Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?

posted in: Audit, Xəbər | 0

Auditor rəyi əsasında uçotda olmayan malları rəsmiləşdirmək olar?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Auditor

Sual: Qiymətləndirici şirkətin hesabatı və Sərbəst auditorun həmin hesabatı təsdiqi əsasında uçotda olmayan malların qiymətləndirilməsini həyata keçirərək həmin malların balansa daxil edilməsi və ya nizamnamə kapitalının artırılması nəticəsində tərtib edilmiş Rəy malların alış sənədi hesab edilirmi?

Bu rəy tərtib edildikdən sonra Vergi Məcəlləsinin 58.8-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyaları tətbiq olunmayacaq ki?

Bununla bağlı Vergilər Nazirliyinin rəsmi mövqeyi nədir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində malların alışını təsdiq edən sənədlər dedikdə elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, ciddi hesabat blankı olan “Malların alış aktı” və idxal gömrük bəyannaməsi nəzərdə tutulur. Malların mədaxilini təsdiq edən sənədlərin siyahısı isə iqtisadi fəaliyyət sahələri (topdansatış, istehsal, pərakəndə ticarət və ictimai-iaşə) üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları ilə müəyyən edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyası yuxarıda qeyd olunan sənədlərdən ən azı biri olmadığı halda tətbiq olunur.

Nəticə: Auditor rəyi əsasında malların rəsmiləşdirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 58.8-ci maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət rüsumu haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

Dövlət rüsumuDövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“ Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12 (I kitab), maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009,

№ 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; 2015,

№ 12, maddə 1432; 2016, № 1, maddələr 15, 36, № 4, maddə 630, № 5, maddə 849, № 6, maddə 1014, № 10, maddə 1605, № 11, maddələr 1753, 1776, 1780, 1790, № 12, maddələr 2006, 2051; 2017, № 3, maddələr 337, 341, № 5, maddə 742, № 6, maddə 1028, № 7, maddə 1308, № 8, maddə 1506, № 12 (I kitab), maddə 2265; 2018, № 3, maddə 405, № 4, maddələr 639, 647, № 7, maddələr 1415, 1444, № 8, maddə 1675, № 12 (I kitab), maddə 2489; Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1434-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilsin:

“2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”.

2. Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilsin:

“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər                                               Dövlət rüsumunun məbləği

33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması              20 manat

33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması                        250 manat

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Mühasib

İşəgötürən: Novco Group of Companies

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Ülkər xanım
Vakansiya barədə məlumat

– Balansın yığılması və pul vəsaitlərin hərəkəti
– Şirkətin mühasibat işlərinin aparılması
– Bank əməliyyatlarının həyata keçirilməsi və s.
– Ezamiyyələrin hesablanması

Mühasib üçün tələblər

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– Vergi məcəlləsini yaxşı bilməli;
– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
– Rus və ingilis dilini bilməsi arzuolunandır
– MS Office (xüsusillə Excell) və 1C 8.2 və 8.3 bilikləri

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Excel-də başqa səhifədəki xananı necə izləməli?

posted in: Excel, Xəbər | 0

Excel-də başqa səhifədəki xananı necə izləməli?


Excel-in ən gözəl imkanlarından biri də Watch Window-dur. Fərz edək ki, hər hansı bir səhifədə müəyyən dəyərləri dəyişərək eksperiment aparırıq, lakin bu dəyişikliklər başqa bir səhifəyə də təsir edir, başqa səhifədəki xananı da dəyişir. Hər dəfə dəyişiklik etdikdən sonra həmin səhifəyə gedib həmin xanaya baxmaq əvəzinə, olduğumuz səhifədə qalmağa davam edərək Watch Window vasitəsilə digər səhifədəki xananı müşahidə edə bilərik.

Bunun üçün Formulas menusundan Watch Window ikonuna klikləmək kifayətdir.

Watch window - 1

Qarşımıza belə bir qutu çıxacaqdır.

Watch window - 2

İzləmək istədiyimiz xananı Add Watch ikonuna klikləyərək əlavə edə bilərik. Bu zaman, nəticəsini görmək istədiyimiz xananın üzərinə gedib, onu klikləməyimiz yetərli olacaqdır.

Watch window - 3

Screenshot-da gördüyümüz xana – EOMONTH adlı sheet-də yer alan C9 xanasıdır. Add düyməsini kliklədikdən sonra izlədiyimiz xananı əlavə etmiş oluruq.

Watch window - 4

  1. İzlənilən xananın yer aldığı faylın adı
  2. İzlənilən xananın yer aldığı sheet-in adı
  3. Xananın özü
  4. İzlənilən xanadakı mövcud nəticə
  5. İzlənilən xanadakı formul

Və biz C9 xanasının bağlı olduğu istənilən xanadakı dəyəri dəyişdikdə burdakı nəticə də avtomatik dəyişəcəkdir.

İzləmək üçün çox sayıda xana əlavə etmənin mümkünlüyünü də qeyd etmək istərdim. Add Watch üzərinə klikləyərək eyni əməliyyatı istədiyimiz qədər təkrar edə bilərik.

Aktuallığını itirmiş xananı silmək üçün isə Add Watch ikonunun yanındakı Delete Watch ikonundan faydalanacağıq.

Müəllif: Elçin Xəlilov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.