Mühasib tələb olunur – Caspian Legal Center

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İşəgötürən: Caspian Legal Center

Son müraciət tarixi: 30.04.2019


Vakansiya üzrə öhdəliklər:

– Mühasibat uçotu üzrə sənədləşmələrin aparılması
– Bank ödənişlərinin həyata keçirilməsi, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsi və zəruri hesablamaların aparılması
– Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək
– İstehsal dövriyyəsi və xərclərin uçotu
– Aylıq maliyyə hesabatlarının hazırlanması

Mühasib üçün tələblər:

– Ali təhsil ( maliyyə, mühasibat uçotu)
– Minimum 2 il iş təcrübəsi ( istehsal və ya catering sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcəkdir)
– 1C proqramı ilə işləmək bacarığı
– Vergi qanunvericiliyi barədə biliklər
– MS Office proqramlarını bilməli
– Analitik təhlil bacarığı

İş qrafiki: Həftənin 6 günü
İş yeri: Xırdalan ərazisi
Nahar şirkət tərəfindən verilir
Əməkhaqqı müsahibə əsasında təyin olunacaqdır.

Müraciət etmək üçün CV-lərinizi  / ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu halda əmlak vergisi hesablanmalıdırmı?

posted in: Vergi, Xəbər | 0

əmlak vergisi FizikiBu halda əmlak vergisi hesablanmalıdırmı?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Sual: Müəssisə öz fəaliyyəti üzrə əmlakların alqı-satqısı ilə məşğuldur. Bu məqsədlə müəssisə tərəfindən satış məqsədi ilə əmlak alınır və bu əmlaklar satış məqsədi ilə saxlanılan digər aktivlər hesabına qeydə alınır.

Hesabat ilində bu əmlaklara əmlak vergisi hesablanmalıdırmı? Xahiş edirəm Vergi Məcəlləsinin maddələrinə əsasən izah edəsiniz.

Cavab: Müəssisələr əsas vəsaitlərin Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Eyni zamanda əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Sorğunuzda qeyd olunan satmaq məqsədi ilə alınmış malların əsas vəsait kimi uçota alınmadığını və amortizasiya hesablanmadığını nəzərə alaraq, həmin mallara görə əmlak vergisi ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 13.2.17-ci198.2-ci202-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatdan çıxarılması

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatdan çıxarılması


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

– Ləğvlə bağlı sənədlər (PDF formada)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 33 və 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”- VN Kollegiyasının 03.09.2014-cü il tarixli 1417050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: 

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

Vergi ödəyicisinin filialının, nümayəndəliyinin online qeydiyyatdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi: Qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (6-cı addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (6-cı addım)

(5-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Amortizasiya və aşınma barədə dəqiq təsəvvürə malik olmaq və onların fərqini dəqiq bilmək

Torpaqdan başqa istənilən əşyanın, uzunmüddətli istifadə edilən aktivlərin müəyyən bir istifadə müddəti var. Və xidməti müddət ərzində bu aktivlərin – əsas vasitələrin dəyərini istehsal olunan məhsulun dəyərinə paylamaq lazımdır. Məsələn, şokolad konfetləri istehsal edən avadanlığı götürək.  Onun istifadə müddəti 5 ildir. Yəni, bu avadanlıq 5 il ərzində ardıcıl məhsul istehsal edərək aşınmaya məruz qalır, köhnəlir. Lakin, beş il müddətində o, öz dəyərini bu şokolad məhsulunun dəyərinə köçürür. Bax, bu köhnəlmə elə aşınmadır. Öz dəyərini buraxılan məhsulun dəyərinə köçürmək isə amortizasiyadır. Əsas malların balans dəyərinin bu məbləğin istehsal dəyərinin qiyməti üzrə hesablanması amortizasiya xərcləri vasitəsilə həyata keçirilir.

Beləliklə, amortizasiya xərcləri məhsul, xidmət və xidmətlərin dəyərinin əsas elementlərindən biridir. Buna görə əsas fondların amortizasiyasına çox ciddi yanaşmaq lazımdır. Çünki amortizasiya ayırmalarının həddindən artıq yüksəldilməsi və ya azaldılması istehsal dəyərinin düzgün müəyyən olunmamasına səbəb olacaqdır.

Lakin, elə olur ki, obyekt fiziki olaraq tam aşınmayıb, amma tətbiqi arzuolunmazdır. O, artıq istifadə olunmaz hala gəlib. Çünki həmin avadanlıq mənəvi keyfiyyətlərinə görə yararsızdır. İstehsal üsulları yenilənib, dəyişib, təkmilləşib, avadanlıq isə köhnədir. Yəni, mənən aşınıb. Beləliklə, fiziki aşınma ilə yanaşı, həm də mənəvi aşınma da mövcuddur.

Amortizasiya ayırmaları isə – bu, xidmət müddətində amortizasiya dəyərinin əsas vasitələrə  paylanmasıdır. Bu – əsas vasitələrin dəyərinin hazır məhsulların dəyərinə köçürülməsidir. Yəni, amortizasiya (“ödəmə”) – aşınmanın qiymətlə ifadəsidir.

Məqalənin 7-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.