Mühasibat Uçotu Kursları start götürür!

Mühasibat Uçotu Kursları start götürür

Mühasibat Uçotu kursları üçün qeydiyyatdan keçməyə tələsin!
Mühasibatlığı bizimlə öyrənin.

– Öyrəndiyiniz nəzəri biliklər iş prosesində köməyinizə çatmırsa,
– Hər yerdə praktika tələb etsələr də bu praktikanı harda və necə qazanacağınızı bilmirsinizsə,
– MƏCƏLLƏLƏR və digər MÜHASİBATLIQ təlimatlarını oxumaq və başa düşmək çətin gəlirsə, biz sizi yeni start götürəcək xüsusi MÜHASİBATLIQ KURSUNA dəvət edirik.

Qrupda dərslər iştirakçılara fərdi yanaşma prinsipi ilə təşkil edilir. Bizə qoşulun ki, interaktiv metodla, asan dildə və real sənədlərlə işləmək imkanını sizin üçün əlçatan edək!

Mühasibatlığın 0-dan başlayaraq praktiki şəkildə tədris olunduğu kurs proqramında

– beynəlxalq mühasibatlıq nəzəriyyəsi,
– vergi və DSMF hesabatlarının tərtib olunması,
– müxabirləşmələrin asan və yaddaqalan metodlarla mənimsənilməsi,
– elektron portallarda (Elektron qaimələrin yazılması, əmək müqaviləsinin elektron qeydiyyatı və s.) işləmək qaydaları öyrədilir.

Bundan əlavə olaraq, kursun praktika hissəsində siz rəsmi sənədlərlə praktiki işləmək imkanı əldə edəcəksiniz.

Kursun umumi müddəti 52 saat, həftədə 2 dəfə, hər dəfə 2 saat olmaqla keçirilir. Kursda iştirak etmək üçün aşağıdakı linkə daxil olub qeydiyyat formunu doldurmağınız xahiş edilir.

Dərslər 18 aprel tarixindən etibarən başlayacaq.

https://form.cubics.pro/form/DTrTquiHhQadDtLmJ

Əlaqə vasitələri:

Telefon: (050) 225-81-05 / (012) 598-37-98

Email:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Baş mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya baş MühasibVakansiya: Baş mühasib

İşəgötürən: Azakhov LLC


Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotu ilə bağlı əməliyyatlar
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Məşğulluq və Statistika idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması
– Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İş qrafiki: 09:00-dan 18:00-dək
– Həftənin 6 günü


Telegram qrupumuza üzv olun

Baş mühasib üçün tələblər

– Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu)
– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
– MS Office(xüsusillə Excell), 1C 7.7, e-gov,e-taxes və digər portallardan istifadə etmək
– Bütün növ (vergi, DSMF, Statistika və Məşğulluq) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
– Vergi, əmək qanunvericiliyi barədə biliklər (Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli)
– Rus dilini bilənlərə üstünlük veriləcək.

Əmək haqqı: 800-1000 AZN

Uyğun olan namizədlər şəkilli CV-ni elektron poçt ünvanına göndərə bilərlər  /

Telefon: +994 12 555 55 48

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (3-cü addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (3-cü addım)

(2-ci hissəni bu keçidə daxil olmaqla oxuya bilərsiniz)


Hesabat məbləğləri, ezamiyyələr və avans ödənişləri

İstehsalat və iqtisadi fəaliyyət dövründə müəssisələr və şirkətlər işgüzar səfərlərə, dəftərxana ləvazimatı almağa, poçt sifarişlərinin ödənilməsinə, notariat xidmətlərinə və digər xərclərə ehtiyac duyurlar. Belə cari və təsərrüfat xərcləri nağdsız bir şəkildə hesablaşma hesabı vasitəsilə ödənilə bilməz. Bu cür xərclər heç də həmişə həmin hesabların açıq olduğu bank müəssisələri vasitəsilə bank köçürmələri yolu ilə ödənilə bilmir. Digər bənzər xərcləri tətbiq etmək üçün əməkdaşlara təhtəl hesab nağd pul verilir. Bu məbləğ müəssisə rəhbərliyi tərəfindən təsdiq edilmiş hesablamaya əsasən verilir. Müəssisələrdə iqtisadi məsrəflərlə məşğul olan şəxslərin dairəsi müəyyənləşdirilir və bu dairə, rəhbərliyin sifarişi ilə təsdiqlənir və hesablarına avanslar verilir. Avanslar xərclərə faktiki ehtiyac yarandıqdan sonra verilir.

Ezamiyyə xərcləri üçün pul verilərkən aşağıdakı hesablamalardan keçmək lazımdır: sənədlər əsasında oraya və geriyə yol biletləri, bütün ödənişlər (biletlər, qəbzlər, sığorta polisləri), yaşayış və yemək üçün normativlərə uyğun ödəniş qəbzləri (oteldə qalmaq və yemək üçün ödənilən xərclərin qəbzləri). Bütün bu xərclər, sutkalıq xərc istisna olmaqla, əvvəlcədən hesabata əlavə edilməli olan sənədlərlə təsdiqlənməlidir.

Avans hesabatı ona əlavə olunmuş sənədlərlə birlikdə, hesabatdakı alınan məbləğlər üzrə yoxlanılması üçün mühasibat şöbəsinə təqdim olunur. Avans hesabatları mühasib tərəfindən yoxlanıldıqdan sonra müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Sənədlərlə təsdiq olunmayan pul qalığı geri qaytarılmalıdır. Geri qaytarılmadığı təqdirdə, o, əmək haqqından tutulur. Lakin, elə də olur ki, verilən məbləğdən daha artıq pul məsrəfləri çıxır və onlar da sənədlərlə təsdiqlənir, belədə artıq xərclər kassadan həmin şəxsə qaytarılır.

Hesabat məbləği yalnız həmin müəssisənin ştatında olan və ezamiyyətə gedən işçilərə verilir. İşgüzar səfər dövründə işçiyə qanunla müəyyənləşdiriləndən artıq olmayan miqdarda, istirahət və bayram günləri, yolda olan günlər daxil olmaqla, o cümlədən məcburi tranzit dayanmaları da nəzərə alınmaqla, sutkalıq məbləğ təyin edilir. Gündəlik ezamiyyə xərcləri hesablanarkən, gediş və gəliş günləri ayrı-ayrılıqda hesablanır.

Ezamiyyədə olma faktı ezamiyyə vəsiqəsindəki qeydlər əsasında təsdiqlənir. İşçi bir neçə ünvana göndərildiyi təqdirdə, hər bir yerdə, vaxtdan asılı olmayaraq, qeydlər edilir. Ezamiyyətə yola düşmə günü nəqliyyat növünə alınmış bilet əsasında müəyyənləşdirilir və bu ezamiyyə vərəqi ilə təsdiqlənməlidir. Ezamiyyətdən qayıtma günü də alınmış bilet əsasında ezamiyyə vərəqində qeyd olunmaqla təsdiqlənir.  İşçini 40 gündən artıq müddətə ezamiyyətə göndərmək olmaz, bura yola sərf edilən günlər daxil edilmir.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xarici dövlətin rezidentinin daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması

posted in: Vergi, Xəbər | 0

Rezident hüquqiXidmətin adı: Xarici dövlətin rezidentinin daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– bölmənin ləğv edilməsi barədə xarici hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat)

əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34 maddəsi

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasındayerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),   Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.