Vergiləri artıq bu vasitə ilə də ödəmək mümkün olacaq

posted in: Vergi, Xəbər | 0

korporativ vergiVergiləri STP terminalları vasitəsilə ödəmək mümkün olacaq.

Sumqayıt Texnologiyalar Parkının istehsal etdiyi ödəmə və bilet terminalları, eləcə də növbə və informasiya köşkləri “STP Terminal” brendi ilə təqdim olunacaq.

Bu günə qədər Sumqayıt Texnologiyalar Parkı Vergilər Nazirliyi, Gömrük Komitəsi kimi dövlət qurumlarını, “Kapital Bank”, “Rabitəbank” və “Easypay” kimi özəl şirkətləri müxtəlif terminal və köşk tipli məhsullarla təmin edib.

STP terminalları ölkəmizə idxal olunan bənzər məhsullarla müqayisədə bir sıra üstünlüklərə malikdir: terminalların karkas və konstruksiyası müştərinin istəyinə əsasən dizayn edilə, həmçinin sifarişçi şirkətin korporativ rənglərinə uyğun olaraq rənglənə bilir. Bunlarla yanaşı, terminalların metal karkasını dözümlülük və təhlükəsizlik məqsədlərilə müxtəlif qalınlıqda hazırlamaq mümkündür. Terminalların texniki baxışını da STP həyata keçirir. Ən əsası isə yerli istehsal olan STP terminallarının qiymətləri xarici analoqları ilə müqayisədə daha münasibdir.

Maliyyə-bank sektorunda xidmət haqqı, satış, vergi və digər ödəmələr; nəqliyyat, idman, əyləncə sektorlarında bilet satışı; təhsil və səhiyyə sahələrində bir sıra digər məqsədlər üçün terminalların tətbiqi olduqca faydalıdır. Bu terminallardan informasiya təqdim etmək məqsədilə də istifadə oluna bilər: terminallar müraciətçilərə müəssisə haqqında yazılı məlumat təqdim etmək, müxtəlif layihə və tədbirlərin foto və videolarını göstərmək, bu və ya digər xidmətdən yararlanmaq üçün məlumatlandırıcı xüsusiyyətə də malikdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib

posted in: Xəbər | 0

Əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olmuş müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinə əməl olunması sahəsində bu ilin ilk rübündə 131 hüquq pozuntusu aşkar edilib.

Hüquq pozuntuların 41%-i əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsindən, 39%-i işçinin məzuniyyət hüquqlarının pozulmasından, 5%-i qanunvericiliyin tələbləri pozularaq əmək müqavilələrinə xitam verilməsindən, 15%-i digər hüquq pozuntularından ibarət olub.

Aşkar edilən hüquq pozuntularının aradan qaldırılması məqsədi ilə Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

Mənbə: sosial.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibatlıqda CRM-in rolu. Cubics CRM

posted in: muhasibat, Xəbər | 0

CRMMühasibatlıqda CRM-in rolu. Cubics CRM


Bir çox mühasibatlıq və ya konsaltinq kimi xidməti fəaliyyətlə məşğul olan şirkətlər müştəri loyallığını qorunması və yeni müştərilərin cəlb olunmasında bir sıra çətinliklərlə üzləşirlər. Bu çətinliyə isə adətən aşağıdakılar səbəb olur:

  • Müştəri haqqında ətraflı məlumatın olmaması
  • Mövcud məlumatların etibarlı saxlanılmaması
  • Məlumat bazası ilə işin çətinliyi
  • Kadrlar arası işin yaxşı təşkil olunmaması
Bəs bu problemləri necə həll etmək olar?

Excel cədvəlləri, qeyd dəftərləri kimi köhnə üsullarla bu mümkün deyildir. Hətta məlumatların belə təşkili əlavə problemlərin yaranmasına da səbəb ola bilər. Məsələn, kompüterdə yaranmış hər hansı nasazlıq, qeydlərin itirilməsi, işçi dəyişikliyi kimi hallarda bir sıra müştəri məlumatları itirilə bilər. Həmçinin bu struktur ətraflı təhlillərin aparılmasını, lazımi məlumatın axtarılmasını olduqca çətinləşdirir və böyük vaxt itkisinə səbəb olur. Belə ki, siz bu prosesə sərf etdiyiniz vaxtınızı və enerjinizi biznes strategiyanızın inkişafına, yeni təkliflərin hazırlanmasına sərf etsəniz daha yaxşı nəticələr əldə edə bilərsiniz.

Yuxarıdakı kimi halların yaşanmaması və əksinə yüksək inkişafa nail olmaq üçün texnologiyanın gücündən istifadə etmək lazımdır. Biznes inkişafı üçün ən effektli texnoloji vasitələr isə CRM sistemləridir.

CRM sistemləri müştəri informasiyalarının toplanılması və saxlanılması ilə müştəri əlaqələrinin düzgün idarə edilməsi, satış və marketinq strategiyasının təkmilləşdirilməsinə xidmət edən vasitələrdir.

Cubics CRM – Effektiv satış və biznes idarəsi üçün.

Cubics CRM müştəri informasiyalarının saxlanılması, şöbələr arası əməkdaşlıq, kadrların işinin tərtibatı, tapşırıqlar və təkrarlanan tapşırıqların yaradılması, tapşırıqlar üçün yadasalma xidməti, müxtəlif parametrlər üzrə asan axtarış imkanı kimi funksionallıqları, E-mail, SMS və IP telefoniya xidmətləri ilə biznes inkişafına kömək olur.

Sistemi istənilən biznes sahəsinə asanlıqla inteqrasiya etmək mümkündür. Bununla da, şirkətlər müştəri məlumatlarını sistemə dolğun şəkildə əlavə edə, həmçinin bütün məlumatların etibarlı saxlanılmasını təmin edə bilərlər.

Sistemin ən önəmli özəlliklərindən biri daxil etdiyiniz informasiyalar əsasında ətraflı və çox istiqamətli statistik göstəricilərin avtomatik formalaşdırılmasıdır. Bu göstəricilər vasitəsilə şirkətin güclü və zəif istiqamətlərini, qazanc və itkilərini, əsas müştəri mənbələrini, şirkət əməkdaşlarının fəaliyyətini təhlil edə və bunun əsasında  yeni hədəflər, inkişaf planları müəyyən edə bilərsiniz.

Cubics CRM-in Android və iOS sistemli cihazların hər birində dəstəklənən mobil tətbiqi vasitəsilə isə ofis xaricindən belə işlərinizi asanlıqla idarə edə və izləyə bilərsiniz.

Bəs Cubics CRM-dən necə istifadə etmək olar?

Cubics CRM-in istifadəsi olduqca asandır. Bunun üçün https://cubics.pro/register – dan qeydiyyatdan keçərək, sizlər üçün təqdim olunmuş 14 gün ödənişsiz sınaq müddətindən yararlana bilərsiniz. Bu müddətdə siz CRM-in funksionallıqlarını test edə, öz biznesinizdə CRM-in tətbiqi ilə əldə edəcəyiniz üstünlüklərlə tanış ola bilərsiniz. İstifadəçi interfeysinin rahat və asan başa düşülən olması, həmçinin proqramın Azərbaycan, Rus və İngilis dillərində istifadə imkanı sizin funksionallıqlardan istifadənizi daha da asanlaşdıracaqdır.

Onu da qeyd etmək istərdim ki, qeydiyyat zamanı 6368 promo kodunu daxil edərək siz, sistemə birbaşa giriş hüququna malik olacaqsınız.

Sistemi istər sınaq müddətində, istərsə də biznesinizə tətbiq etdikdə Cubics CRM Texniki Dəstək komandası yaranmış hər hansı sualınızı anında cavablandıracaq, təklif və iradlarınızı nəzərə alacaqdır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

MühasibVakansiya: Mühasib

İşəgötürən: Mint Inşaat LLC

Vəzifə öhdəlikləri

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.)
• Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
• Vergi, DSMF, statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

Mühasib üçün tələblər

• Yaş: 25-35
• Cinsi: qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)

Vakansiya şərtləri

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Telefon danışıqları şirkət tərəfindən ödəniləcək;
• İş qrafiki həftənin 5 günü;
• İş saatı: 09.00-dan 18.00 kimi,
• Əmək Haqqı – 600 AZN

Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
Əlaqə telefonu : (012) 404 73 18;
Web Səhifə : www.mintinshaat.az

Maraqlanan namizədlərdən öz CV-lərini  /  poçt ünvanına, mövzu bölməsində mühasib yazılmaqla göndərmələri xahiş olunur.

QEYD:  Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.