Mühasibat uçotu haqqında Qanunda kiçik dəyişiklik ediləcək

posted in: muhasibat, Xəbər | 0

Valyuta dəyişikliklərMühasibat uçotu haqqında Qanunda dəyişiklik ediləcək.

Belə ki, bununla bağlı Mühasibat uçotu haqqında Qanuna  dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Təklif edilən dəyişiklik layihəsinə əsasən:

3.1. 2.1.1-ci maddədən “normativ” sözü çıxarılacaq;

3.2. 4.4-cü maddədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz ediləcək;

3.3. 8.1-1-ci maddəyə “subyektləri” sözündən sonra “(kredit təşkilatları istisna olmaqla)” sözləri əlavə ediləcək.

Mənbə: meclis.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi məcəlləsində bu dəyişikliklər ediləcək

posted in: Vergi, Xəbər | 0

Vergi məcəlləsiVergi məcəlləsi – Hansı dəyişikliklər ediləcək?


Belə ki, bununla bağlı Vergi Məcəlləsi.nə dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Təklif edilən dəyişiklik layihəsinə əsasən:

1.1. 102.1.33-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.34-cü maddə əlavə edilsin:

102.1.34. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş  təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri.”;

1.2. 106.1.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.25-ci və 106.1.26-cı maddələr əlavə edilsin:

106.1.25. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş  təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə  əlaqədar UEFA-nın, onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, qeyri-rezident futbol klublarının (assosiasiyalarının) həmin oyunla bağlı əldə etdiyi gəlirləri;

106.1.26. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş  təsdiqedici sənəd  əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA, onu təmsil edən və onun yaratdığı qeyri-rezident hüquqi şəxslərin, habelə qeyri-rezident futbol klublarının (assosiasiyalarının) çempionatla bağlı əldə etdiyi gəlirləri.”;

1.3. 125.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 125.4-cü maddə əlavə edilsin:

125.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd  əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə  əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klublarının dividend və faiz gəlirlərinə, habelə UEFA 2020 Futbol  çempionatı ilə əlaqədar UEFA-nı təmsil edən qurumların dividend gəlirlərinə bu maddənin müddəaları tətbiq edilmir.”;

1.4. 164.1.42-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.43-cü və 164.1.44-cü maddələr əlavə edilsin:

“164.1.43. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu ilə  əlaqədar UEFA, onun yaratdığı qeyri-rezident hüquqi şəxslər və qeyri-rezident futbol klubları (assosiasiyaları) tərəfindən həmin oyunla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı;

164.1.44. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatı ilə əlaqədar UEFA, onu təmsil edən, habelə onun yaratdığı və tərəfindən səlahiyyətləndirilmiş hüquqi şəxslər tərəfindən çempionatla bağlı malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsi, habelə malların idxalı.”;

1.5. 165.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 165.1.8-ci maddə əlavə edilsin:

“165.1.8. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar UEFA və onun yaratdığı hüquqi şəxslər, habelə bu fəaliyyət çərçivəsində UEFA tərəfindən cəlb edilmiş qeyri-rezident fiziki şəxslər tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi.”;

1.6. aşağıdakı məzmunda 188.1.6-cı maddə əlavə edilsin:

“188.1.6.  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş təsdiqedici sənəd  əsasında Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar  idxal edilən mallar.”.

Maddə 2. Bu Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

Mənbə: meclis.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr artırılır

posted in: muhasibat, Xəbər | 0

Mühasibat qanunvericiliyin pozulmasıMühasibat qanunvericiliyinin pozulması cərimələri artırılır.

Belə ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb. Təklif edilən dəyişiklik layihəsinə əsasən:

1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

3. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə –

vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.”.

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.3-cü maddəsi həmin maddədə göstərilən mühasibat uçotu subyektlərinə münasibətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsi ilə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla tətbiq edilir.

Mənbə: meclis.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotundan çıxarılması

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsin filialı – vergi uçotundan çıxarılma

Qeyri-kommersiyaXidmətin adı: Hüquqi şəxsin (təşkilatın) filialının (bölməsinin) vergi uçotundan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– filialın, nümayəndəliyin və ya digər bölmənin ləğv edilməsi barədə rezident hüquqi şəxsin qərarı və vergi ödəyicisinin uçota alınması barədə şəhadətnaməsinin əsli (vergi şəhadətnaməsi itmişdirsə – yazılı məlumat)

əlavə olaraq təqdim edilə bilər:

– “Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatının ləğv olunmasına dair ərizə” (hüquqi şəxs ƏDV qeydiyyatında olduqda) və “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişi”nin əsli (vergi orqanından götürüldüyü halda)

-“Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) bağlanması haqqında arayış” (təsərrüfat subyekti olduqda)

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” (NKA-sı olduqda) (POS-terminal olduqda  qeydiyyatdan çıxarılmaqla)

– vergi ödəyicisinin aktiv bank hesablarının bağlanılmasına dair məlumat (ləğvetmə prosedurlarının yerinə yetirilməsi zamanı hesablaşmaların aparılması üçün istifadə olunacaq bank hesabları istisna olmaqla)

– son vergi yoxlamasının nəticələri barədə məlumat və ləğvetmə balansı və ya vergi bəyannaməsi

– yekun bəyannamələr

– təqdim edilməmiş bəyannamələr (mövcud olduqda)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34 maddəsi

– Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),   Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləriüçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: vergi orqanında yerinə yetirilməli olan bütün prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.