Professional hesabatları necə hazırlamalı?

posted in: Excel, Xəbər | 1

Professional hesabatProfessional hesabat hazırlamaq üçün xüsuslar

Bu dəfəki yazımızda rəhbərliyə təqdim etdiyimiz hesabatlarımızı necə daha mənalı və professional edə biləcəyimiz mövzusuna toxunacağıq. İlk başda mənasız gələn bir çox nüansa lazımi diqqəti vermədiyimiz zaman hesabatın keyfiyyətinə necə təsir edəcəyini görəcəyik.

Mövzuya başlamazdan əvvəl onu da qeyd etmək istəyirəm ki, hər hansı bir hesabat hazırlayarkən, rəhbərinizə verməli olduğunuz 2 sual var:

  1. Hansı məlumat hazırlanmalıdır?
  2. Hansı formatda təqdim edilməlidir?

1-ci punkt çox böyük məlumat bazasından rəhbərliyə maraqlı olan məlumatın çəkib çıxarılmasını əhatə edirsə, 2-ci punkt bu məlumatın hansı formatda təqdim edilməli olduğunu müəyyən edir. Və 2-ci punkt ilə bağlı şirkətinizdə hər hansı hesabatlıq formaları varsa, mütləq surətdə o formalardan istifadə edilməli, əks təqdirdə özünüz istəyən formatda bir hesabat hazırlamalı olacaqsınız.

Bu yazının məqsədi də, müstəqil olaraq hazırlayacağımız hesabatların keyfiyyətini artırmaq yollarını araşdırmaqdır. Gəlin, ilk sualımıza baxaq. Mövzuya davam etmədən öncə aşağıdakı cədvələ diqqət yetirib, bu cədvəldəkı çatışmamazlıqları öz-özünüzlə müzakirə edin.

Beləliklə, sual belədir: aşağıdakı cədvəl niyə yaxşı hesabat sayıla bilməz?

Reporting techniques - 1

Yazıya davam etmədən öncə bir az düşünün. Əgər hazır isəniz, bu cədvəli daha professional və dolğun etmənin yollarını araşdıraq.

1. Başlıq

Hər hansı bir hesabat təqdim edərkən, bu hesabatın adı, əhatə etdiyi dövr və ona xas olan xüsusiyyətləri mütləq qeyd edilməlidir. Cədvəlimizdə filiallar üzrə kredit portfelləri haqqında məlumatı görürük, lakin hansı ilə/aya aid olduğunu görmürük. Əksinə, aşağıdakı kimi bir başlıq bütün qaranlıq məsələləri aydınlaşdıracaqdır.

 

Reporting techniques - 2

2. Aylar üzrə trend

Cədvəlimizdəki məbləğlər tək bir aya aid olduğu üçün, bu məbləğlərin yaxşı, ya da pis olduğunu iddia etmək qeyri-mümkündür. Daha dolğun və güvənilir məlumat üçün daha öncəki 2 ayın məbləğləri də əlavə edilib, ümumi trend müşahidə edilsə, şirkətin vəziyyəti daha düzgün başa düşülər.

Reporting techniques - 3

Gördüyümüz kimi, artıq təkcə yanvar 2015 yox, eyni zamanda dekabr 2014-cü il üzrə də məlumatlar olduğu və digər sütunlarda bu iki ayın müqayisəsi də aparıldığı üçün, şirkətin hər bir filialında gedən proseslər yavaş-yavaş ortaya çıxmağa başlayır. Tək dövrə aid heç bir məbləğ dolğun məlumat verə bilməyəcək.

3. Büdcə ilə müqayisə

Bundan əlavə, aylar üzrə müqayisə ilə birlikdə, büdcə və faktiki məbləğlər arasındakı müqayisə də çox faydalı ola bilər.

Reporting techniques - 4

Diqqət etsək görərik ki, Bakı filialının yanvar ayında dekabr ayına görə 25%-lik artış etməsinə baxmayaraq, büdcə ilə müqayisədə, əslində nəzərdə tutulanın gerisində fəaliyyət göstərib.

Bütün analizlərdə olduğu kimi, bu cədvəlimizdə də bütün komponentlər nəzərdən keçirilməli, tək bir göstərici ilə qərarlar verilməməlidir.

4. Şərti formatlamadan istifadə

Şərti formatlama vasitəsilə əldə etdiyimiz fərqləri vizuallaşdıra və onların başa düşülmə xüsusiyyətlərini artıra bilərik. Bu formatlama ilə cədvəlimizi aşağıdakı kimi formatlaya bilərik.

 

Reporting techniques - 5

Unutmayaq!

  1. Hər bir hesabatın çox aydın bir başlığı olmalıdır – şirkətin adı, hesabatın mahiyyəti, məqsədi və hesabatda yer alan məbləğlərin hansı qaynaqdan əldə edildiyi.
  2. Müqayisə üçün imkanlar olmalıdır. Aylar, illər və ya büdcə üzrə.
  3. Vizual olaraq zənginləşdirilməlidir.
  4. İmkan varsa, hesabatı alan şəxs hesabatdakı müəyyən detalları dəyişməklə hesabatın necə dəyişdiyini görməlidir – Form controls vasitələri burda çox köməyimizə çatır.
  5. Və ən əsası – müəyyən çərçivədə məna kəsb edəcək istənilən yaradıcı vasitədən məntiqli ölçüdə istifadə edilə bilər.

Müəllif: Elçin Xəlilov


Ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qeyri-rezidentin bu xidmətləri vergiyə necə cəlb edilir?

posted in: Xəbər | 0

Qeyri-rezidentin bu xidmətləri vergiyə necə cəlb edilir?

vakansiya baş mühasib

 

Sual: Qeyri-rezident müəssisəyə hüquqi şəxs tərəfindən öz işçiləri üçün imtahan və təhsilə görə ödənişlər edilir. Asağıdakı 4 hal üzrə ƏDV və ÖMV ödənişləri barədə yazardınız.

1) Təhsil Azərbaycanda verilir

2) Təhsil xaricdə verilir

3) İmtahan Azərbaycanda kecirilir

4) İmtahan xaricdə keçirilir.

Nəzərə alın ki, ödənilən məbləğ qarşılığında heç bir distant təhsil və s. kimi online xidmətlər alınmır. İşçi gedir təhsil müəssisələrində təhsil alır və ya imtahan verir. Bu təhsil də şirkətin işləri ilə əlaqədardır.

Cavab: Bildiririk ki, sorğunuzda göstərilən xidmətdən gəlir qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərinə aid edildiyindən həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilir.

Əlavə olaraq, xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə xidmətlərin faktiki göstərildiyi yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Sorğunuzda qeyd olunan xidmətlər (imtahan və ya təhsil) Azərbaycan Respublikasının ərazisində həyata keçirildiyi halda, həmin ödənişlərdən ƏDV tutulur, bununla yanaşı, Azərbaycan Respublikasının hüdudlarından kənarda göstərilən xidmətlər isə ƏDV-yə cəlb edilmir.

Əlavə olaraq, bildiririk ki, istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azaddır.

Təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edildiyi halda təhsil haqlarının ödənilməsi üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Təhsil haqlarının ödənilməsi üçün yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatdan yuxarı hissəsi və istehsalatdan ayrılmadan təhsil almağa göndərilmiş işçiyə ödənilən təqaüd məbləğləri ümumi qaydada muzdlu işdən əldə olunan gəlir kimi Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1-ci maddələrinə əsasən vergiyə cəlb olunur.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (1-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Mühasibat uçotu ilə bağlı 13 addım (1-ci addım)


Azbukaucheta.com saytında mühasibat uçotu ilə bağlı yadda saxlamağın və öyrənməyin zəruri olduğu 13 addım barədə maraqlı bir məqalə dərc edilib. Aktuallıq kəsb etdiyini nəzərə alıb, həmin yazını sizin diqqətinizə çatdırırq.
1-ci addım
Müəssisənin kassasını bank hesabından dəqiq fərqləndirməyi bacarmalısınız.

Hər bir təsərrüfat subyekti – müəssisə, şirkət fondların saxlanılması, qəbul edilməsi və emissiyası üçün kassa aparatına malikdir. Bütün pul əməliyyatları maddi məsul şəxs olan kassir tərəfindən həyata keçirilir. Tam fərdi maddi məsuliyyət tələb edən bütün müqavilələr kassir tərəfindən icra edilir. Kassaya pulun qəbulu baş mühasib tərəfindən imzalanmış nağd sifarişlər əsasında həyata keçirilir. Kassaya pul köçürmüş fiziki və ya hüquqi şəxslərə, onun qəbulu üçün Baş mühasib və kassir tərəfindən imzalanmış qəbz (orderin kəsilmiş hissəsi) verilir.

Kassadan pul çıxarılması,  xərclərlə bağlı kassa orderləri və ya lazımi qaydada tərtib olunmuş ödəmə cədvəlləri, pulun buraxılması üçün ərizələr, hesablar və digər sənədlər vasitəsilə həyata keçirilir ki, onlar da idarə rəhbəri və baş mühasib tərəfindən imzalanır.

Fərdi şəxs üçün kassadan nağd pul verərkən, kassir orderdə qeyd etmək üçün pul alanın pasportunu və ya şəxsiyyət vəsiqəsini(sənədin adı və nömrəsi, kimin və nə vaxt verildiyini göstərən) təqdim etməyi tələb edir. Pul alan kassa orderinə imza atır. Nağd əmanətlərə pul vəsaiti qəbulu və çatdırılması yalnız onların icrası günündə həyata keçirilir. Kassa orderləri ilə pulun qəbulu və ya verilməsi, yalnız onların icra olunduğu gündə həyata keçirilir. Ödəniş cədvəllərinə əsasən əməkhaqqı, işə müvəqqəti yararsızlığa görə sosial ödənişlər və mükafatların verilməsi, idarə rəhbəri və baş mühasibin dərkənarı olan titul vərəqinə yazılmış müddət və yazılı məbləğ göstərilməklə icra olunur. Müəssisənin kassası vasitəsilə aparılan bütün hesablaşmalar “nağd hesablaşma” hesabları adlanır.

Bank hesablaşmanı necə açmaq lazım gəldiyini sizə bankda söyləyəcəklər. Bank hesabının açılması üçün lazım olan zəruri sənədlərin reyestrini orada sizə təqdim edəcəklər. Siz hesab açmaq istədiyiniz bankı seçməlisiniz. Eyni vaxtda bir neçə bankda da hesab açmaq olar. Siz hesabın açılması və ona xidmətlə bağlı bankla müqavilə imzalayırsınız.

Müqaviləyə əsasən sizin hesablaşma hesabınız üzrə əməliyyatlar bank tərəfindən bunların əsasında həyata keçirilir: sizinlə razılaşdırılmış (qəbul edilmiş) ödəniş sifarişləriniz, toplama tələbləri, habelə bank, vergi və məhkəmə orqanlarının sərəncamları, əgər onlar respublikanın qanunvericiliyinə zidd deyilsə. Bank hesablarında pulun hərəkəti haqqında banklar hesablaşma hesabları üzrə hesabatlar verirlər. Banklar hesabatları elektron və ya yazılı şəkildə verirlər.

Bank hesabına nəğd pul qoyanda, onun hesaba oturdulması təmin edilir. Qəbul olunmuş pula görə bank qəbz verir, hansı ki, onu məxaric kassa orderinə əlavə etmək lazımdır. Bank hesabları vasitəsilə hesablaşmalar “nağdsız hesablaşmalar” adlanır.

Məqalənin 2-ci hissəsini bu keçidə daxil olmaqla oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (4-cü hissə)

posted in: Məqalə, Xəbər | 0

Çexiya ilə bağlı maraqlı faktlar (4-cü hissə)


Çexiyada köhnə pəncərə çərçivələrini şüşə paketlə dəyişdirməyə icazə verilmir.

Bu ölkədə pul “koruna” adlanır.

Çöllərdə və kənd yolları arasında yerləşən torpaqlarda əlvan xalçaya bənzəyən vəhşi lalələr bitir.

Axşamlar şəhərdə narkotik istifadəçilərinə rast gəlinir. Amma, adam az olan yerlərdə , lakin belələri gizlənməyi heç ağıllarından belə keçirtmirlər.

Praqada yaşayan tanışlardan birinin söylədiyinə görə burada iki növ zəncilər mövcuddur: əlində portfel olan və işlə bağlı harasa tələsən zənci, digərləri isə bayram əhvalında və bir yerdə dayanan zənci – narkotik alveri edən.

Yazıçı Frank Kafka Praqada anadan olub. Onun obrazı bir çox suvenirlərdə öz əksini tapıb.

Praqada kranlardan axan su təmiz və qoxusuzdur. Onu qaynatmadan da içmək mümkündür.

Mağazalarda şüşə butılkalarda satılan pivənin qiyməti aliminium qablardakından ucuz qoyulur. Amma onu satın alarkən qiymət yüksəlir. Sən demə, şüşə butılkanın dəyəri pivənin üzərinə bilavasitə satış zamanı qoyulur.

Yanacaqdoldurma məntəqələrində benzin avtomobilə dərhal vurulur, onun ödənişi isə sonra həyata keçirilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.