Kommersiya hüquqi şəxsin dövlət reyestrindən çıxarılması

posted in: Vergi, Xəbər | 0

hüquqi şəxsXidmətin adı: Kommersiya hüquqi şəxs – dövlət reyestrindən çıxarılma.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– ləğvetmə balansı

– qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd

– kommersiya qurumunun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli

– kommersiya qurumunun üzərində “ləğv prosesindədir” yazılmış möhürü

– vergi şəhadətnaməsi (kommersiya qurumu 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa)(qeydiyyat və ya vergi şəhadətnaməsi, nizamnaməsi (əsasnaməsi) və ya möhürü itmişdirsə,itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan)

– səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasınınarayışı – hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə təhvil aktı və ya bölünmə balansı

– hüquqi şəxs barədə hər hansı inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub-olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə müvafiq məhkəmədən arayış

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34 və 158-ci maddələri

– Mülki Məcəllənin 59-61-ci maddələri

– İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi

– NK-nın 04.10.2012-cı il tarixli 219 nömrəli Qərarı

– Vergilər nazirinin  11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”

– Vergilər nazirinin 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri  (maliyyə- sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti:  çatışmazlıq aşkar edilmədikdə 7 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Kommersiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisi olan sahibkar özü-özünə borc verə bilərmi?

posted in: Vergi, Xəbər | 0

əmək­haqqıdan gəlir vergisiVergi ödəyicisi olan sahibkar özü-özünə borc verə bilərmi?

Sual: Qeyd etmək istəyirəm ki, fiziki şəxs ƏDV (Əlavə Dəyər Vergisi) ödəyicisidir və əsas fəaliyyəti istehsal (27.320 digər elektron naqillərin və kabellərin istehsalı) sahəsidir.

Bilmək istərdim ki, fərdi sahibkar (fiziki şəxs) maliyyə çatışmamazlığı səbəbindən özü-özünə borc verə bilərmi?

Əgər qanunvericilikdə belə hal nəzərdə tutulmuşdursa bu hansı formada həyata keçirilməli və əsasən hansı məcəllə ilə tənzimlənməlidir?

Gələcəkdə bu borcun qaytarılması necə aparılmalıdır?

Cavab: Bildiririk ki, fərdi sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicisinin mülkiyyətində olan pul vəsatinin sahibkarlıq fəaliyyəti üçün istifadə etməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.
Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tələbələrə təqaüdlərin təyin olunması qaydasında dəyişiklik edilib

posted in: Xəbər | 0

satınalmaBakı şəhəri, 1 aprel 2019-cu il / Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il
5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər
Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 380; 2017, № 4, maddə 672, № 5, maddə 1010, № 10, maddə 1918; 2018, № 11, maddə 2432, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 1.9-cu bəndi aşağıdakı redaksiyada verilsin:

“1.9. Ali və orta ixtisas təhsili müəssisələrində, həmçinin magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında  akademik məzuniyyət götürən doktorant və tələbələrə cari tədris semestri müddətində təqaüd tam həcmdə ödənilir və həmin şəxs akademik məzuniyyətdən qayıtdıqda ona təqaüd yalnız növbəti imtahan sessiyasının nəticələrinə əsasən ümumi əsaslarla verilir. Peşə təhsili müəssisələrində akademik məzuniyyət götürən tələbələrə təqaüdün verilməsi onlar akademik məzuniyyətə getdiyi gündən dayandırılır və akademik məzuniyyətdən qayıtdıqda tələbələrə təqaüdün verilməsi davam etdirilir.”.

Azərbaycan Respublikasının
Baş naziri                   Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sahibkarlar üçün QR Code standartlarının layihəsi hazırlanıb

posted in: Xəbər | 0

SahibkarlarFiziki şəxslər və təsərrüfat subyektləri üçün QR Code standartlarının layihəsi hazırlanıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemi infrastrukturunda tətbiq olunmaq üçün QR Code standartları hazırlayıb.

Bankdan bildirilib ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödənişlər Sistemi”nin (AÖS) yaradılması layihəsi üzrə işlər plan əsasında davam etdirilir.

Layihənin icrası üzrə cari mərhələdə Milli Ödəniş Sistemi İnfrastrukturuna inteqrasiya olunacaq informasiya resurslarından QR-ödənişlərinin aparılmasında istifadə olunması məqsədilə fiziki şəxslər və təsərrüfat subyektləri üçün nəzərdə tutulan QR Code (Quick Responce Code – informasiyanın ISO 18004 standartı əsasında 2 ölçülü ştrix-kod şəklində təsvir olunmuş forması) standartlarının layihəsi hazırlanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış layihələr, həmçinin QR Code standartları üzrə tez-tez verilən suallara cavablar Mərkəzi Bankın internet saytının “Hüquqi sənədlər/Layihələr” alt-bölməsində yerləşdirilib (https://www.cbar.az/page-55/azrbaycan-uzr-qr-code-standarti).

Bu standartlar üzrə təqdim olunan layihələr barəsində mayın 31-dək irad və təkliflər  elektron poçt ünvanına göndərilə bilər.

Mənbə: azertag.az