Sahibkarlar üçün QR Code standartlarının layihəsi hazırlanıb

posted in: Xəbər | 0
birbank biznes

SahibkarlarFiziki şəxslər və təsərrüfat subyektləri üçün QR Code standartlarının layihəsi hazırlanıb.

Azərbaycan Mərkəzi Bankı (AMB) ödəniş sistemi infrastrukturunda tətbiq olunmaq üçün QR Code standartları hazırlayıb.

Bankdan bildirilib ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Yeni rəqəmsal ödəniş texnologiyalarının tətbiqi” prioriteti çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən “Ani Ödənişlər Sistemi”nin (AÖS) yaradılması layihəsi üzrə işlər plan əsasında davam etdirilir.

Layihənin icrası üzrə cari mərhələdə Milli Ödəniş Sistemi İnfrastrukturuna inteqrasiya olunacaq informasiya resurslarından QR-ödənişlərinin aparılmasında istifadə olunması məqsədilə fiziki şəxslər və təsərrüfat subyektləri üçün nəzərdə tutulan QR Code (Quick Responce Code – informasiyanın ISO 18004 standartı əsasında 2 ölçülü ştrix-kod şəklində təsvir olunmuş forması) standartlarının layihəsi hazırlanıb.

Azərbaycan və ingilis dillərində hazırlanmış layihələr, həmçinin QR Code standartları üzrə tez-tez verilən suallara cavablar Mərkəzi Bankın internet saytının “Hüquqi sənədlər/Layihələr” alt-bölməsində yerləşdirilib (https://www.cbar.az/page-55/azrbaycan-uzr-qr-code-standarti).

Bu standartlar üzrə təqdim olunan layihələr barəsində mayın 31-dək irad və təkliflər  elektron poçt ünvanına göndərilə bilər.

Mənbə: azertag.az


Print Friendly, PDF & Email