Xidmətin adı: Kommersiya hüquqi şəxs – dövlət reyestrindən çıxarılma.
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– ləğvetmə balansı
– qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini təsdiq edən sənəd
– kommersiya qurumunun nizamnaməsinin (əsasnaməsinin) və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin əsli
– kommersiya qurumunun üzərində “ləğv prosesindədir” yazılmış möhürü
– vergi şəhadətnaməsi (kommersiya qurumu 2008-ci il 1 yanvar tarixədək vergi uçotunda dayanmışdırsa)(qeydiyyat və ya vergi şəhadətnaməsi, nizamnaməsi (əsasnaməsi) və ya möhürü itmişdirsə,itmiş sənədin və ya möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan)
– səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair Maliyyə Bazarlarına Nəzarət Palatasınınarayışı – hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə təhvil aktı və ya bölünmə balansı
– hüquqi şəxs barədə hər hansı inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub-olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə müvafiq məhkəmədən arayış
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 34 və 158-ci maddələri
– Mülki Məcəllənin 59-61-ci maddələri
– İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi
– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi
– NK-nın 04.10.2012-cı il tarixli 219 nömrəli Qərarı
– Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”
– Vergilər nazirinin 05.03.2014-cü il tarixli 1417040100293500 nömrəli əmri
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə- sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)
İcra müddəti: çatışmazlıq aşkar edilmədikdə 7 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər: Kommersiya qurumunun dövlət reyestrindən çıxarılması haqqında bildiriş
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az
