1100 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya mühasibVakansiya: Mühasib

İnternational Company

Əmək haqqı: 800-1100 AZN (iş təcrübəsindən asılı olaraq müsahibə zamanı müəyyən edilir)
Əmək Məcəlləsinə uyğun işə qəbul
İş vaxtı barədə müsahibə zamanı ətraflı məlumat veriləcək.

Vəzifə öhdəlikləri:

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirilməsi;
• Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi;
• BTP proqramında işləməklə vergi bəyannamələrinin göndərilməsi və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak edilməsi;
• DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;

• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi;
• Bank, kassa, əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi;
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların həyata keçirilməsi;
• Tabel əsasında işçilərin əmək haqlarının, digər ödəmə və ödənişlərin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqlarının verilməsinə dair cədvəllərin hazırlanması;
• Bütün növ məzuniyyət və ezamiyyələrin hesablanması;
• Pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılması;
• Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirilməsi.

Namizədə qarşı tələblər:

• Təhsil: Ali təhsil (bank işi, maliyyə, mühasibat uçotu), magistr təhsili arzuolunandır;
• Yaş həddi: 32-55;
• Dil biliyi: Azərbaycan, Rus dilləri (əla səviyyədə) və İngilis dili arzuolunandır;
• Mühasibatlıq və pərakəndə satış sahəsi üzrə minimum 5 il iş təcrübəsi (istehsal, ticarət);
• MS Office (xüsusilə Excell), 1C (8.2 və 8.3), e-gov, e-taxes və digər portallardan istifadə etmək.

Nəzəri və praktiki biliklər:

• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
• Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını;
• Uçot və hesabatı;
• Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
• İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
• Vergi və əmək qanunvericiliyinin əsasları.
• Komanda ilə işləmə bacarığı;
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Təmkinlilik, etibarlılıq, özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, nizam-intizamlı; bacarıqlı;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirməlidir;
• Ezamiyyətlərə açıq olmalıdır.

Yalnız tələblərə cavab verən CV-lərə baxılacaqdır. CV göndərərkən mövzu qismində “mühasib” başlığının yazılması mütləqdir!
Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini  / ünvanına göndərə bilərlər.
Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

4 Aprel Moldovada Mühasiblər Günüdür

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Aprelin 4-ü Moldovada mühasiblər günüdür.

Moldovada mühasibat uçotu və audit ildən ilə inkişaf edir və beynəlxalq standartlar səviyyəsinə çıxır – Moldova peşəkar mühasiblər və auditorlar Assosiasiyasının direktoru Vyaçeslav Çabanu belə hesab edir.

“İNFOTAQ” nəşrinin verdiyi məlumata görə, Vyaçeslav Çabanu bu fikirləri mühasibat uçotu işçilərinin peşə bayramı ilə bağlı söyləyib. Qeyd edib ki, 2007-ci ildə mühasibat uçotu ilə bağlı yeni qanun qəbul edildikdən sonra bu sahə inkişaf etməyə başlayıb və tədricən beynəlxalq standartlara çatmaqdadır.

“İstərdik ki, bu tendensiya qorunsun və Moldova respublikasının mühasiblərinin peşəkarlığı bu sahədə fəaliyyət göstərən beynəlxalq assosiasiyalar tərəfindən etiraf olunsun”, – Çobanu belə bəyan edib.

Onun sözlərinə görə, bu sahədə əhəmiyyətli və dərin biliklər olmadan mühasiblər peşəkar hesab oluna bilməz.

“Müasir cəmiyyət mühasibat uçotunun iqtisadi və sosial həyatda əhəmiyyətini, mühasibat uçotu sahəsində işləyən mütəxəssislərin məsuliyyətinin mühümlüyünü tam şəkildə dəyərləndirir”, – direktor belə söyləyib.

2011-ci ildə Moldovada peşənin maliyyə və iqtisadi əhəmiyyətini nəzərə alan 4 aprel sərəncamı dərc edilib və həmin tarix mühasiblər Günü kimi qeyd olunur.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Saxta məhsulların hazırlanması ilə məşğul olan sexlər aşkarlanıb

posted in: Vergi, Xəbər | 0

ləğvSaxta məhsullar hazırlayan sexlər aşkarlanıb.

Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı sahəsində vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, istehlak bazarında məhsulların qanunsuz dövriyyəsi və haqsız rəqabətə yol verilməsi halları ilə mübarizə çərçivəsində nəzarət tədbirlərini davam etdirir.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş əməliyyat məlumatı əsasında, vergi əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Mini market”də və Gəncə prospektində yerləşən “Şərab evi mağazası”nda həyata keçirilən operativ vergi nəzarəti tədbirləri zamanı bu mağazalardan külli miqdarda qanunsuz istehsal edilmiş və saxta aksiz markaları ilə markalanmış alkoqollu içkilər aşkar edilib.

Müəyyən edilib ki, Bakı şəhəri, Xətai rayonu, 6-cı Əhmədli küçəsində yerləşən fərdi yaşayış evlərindən birində vətəndaş Əliyev Şahin Hacı oğlunun rəhbərliyi altında spirt məhsulları kustar üsulla bahalı içkilərə aid şüşə qablara doldurulur. Məhkəmə qərarı əsasında fərdi yaşayış evində aparılmış axtarış zamanı Rusiya və yerli istehsal adlı 1059 ədəd saxta aksiz markası,  286 ədəd hazır alkoqollu içki, 52 qutu boş şüşə, 15 qutu qapaq, 5 qutu tıxac, 1 qutu və 2 bağlama etiket aşkar edilib. Bundan başqa, bir neçə qutu saç rəngləyiciləri də aşkar edilib və hazırda həmin kimyəvi qatqıların alkoqol məhsullarının istehsalında istifadə edilib-edilməməsi araşdırılır.

Beləliklə, aparılan tədbir zamanı qanunsuz gəlir əldə etmək məqsədilə istehlakçıların kütləvi şəkildə aldadılması, insan orqanizmi üçün təhlükə yarada biləcək saxta məhsulların hazırlanması, aksiz markalarının saxtalaşdırılması hallarına yol verilməsi müəyyən edilib. Aşkar edilmiş faktlar üzrə cinayət işi qaldırılıb, Şahin Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, ev 53 ünvanda yerləşən həyət evində bir sıra brend markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş müraciət əsasında araşdırma aparılıb.

Xəzər Rayonu Məhkəməsinin qərarı əsasında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları tərəfindən həmin ünvanda yerləşən Həmidov Əlövsət Akif oğluna  məxsus həyət evində keçirilən nəzarət tədbiri zamanı bir sıra brend markalara, o cümlədən “Ariel”, “Vernel”, “Calgon” və “Domestos” adlı markalara məxsus yuyucu və təmizləyici vasitələrin saxta üsulla hazırlanaraq satışa hazırlandığı müəyyən edilib. Ə.Həmidov qonşu ölkələrdən ucuz yuyucu vasitələri alaraq onları texniki duzla qarışdırıb brend markalı yuyucu vasitələrin qutularına doldurularaq hazırladığını və müxtəlif obyektlərə, o cümlədən “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən satış obyektlərinə təqdim etdiyini etiraf edib.

Bundan başqa baxış zamanı məhsulların hazırlanması məqsədilə istifadə edilməmiş boş qutular və etiketlər aşkar edilib.

Saxta məhsulların hazırlanmasında Həmidov Əlövsət Akif oğlundan başqa daha 4 nəfərin əmək müqaviləsi olmadan bu işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub. Qeyd olunan faktlarla əlaqədar araşdırma aparılır.

Beləliklə, aparılan nəzarət tədbirləri zamanı hər iki halda yerli və xarici istehsalçıların məhsullarını saxtalaşdırmaqla onların intellektual mülkiyyət hüquqlarına və işgüzar nufuzuna zərər vurulması və vergidən yayınma halları müəyyən edilib.

Vergilər Nazirliyi vergi ödəyicilərinin nəzərinə çatdırır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır. Bununla belə, son zamanlar vergi orqanlarında daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, ölkə ərazisində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində, xüsusilə şadlıq evlərində vətəndaşlara qanunsuz istehsal edilmiş və saxta aksizli, o cümlədən kustar üsulla hazırlanmış alkoqollu içkilər təqdim edilir. Gəlir əldə etmək məqsədilə belə “işbazlar”la sövdələşməyə gedən vergi ödəyiciləri bilməlidirlər ki, bununla yalnız qeyri-qanuni istehsalçıların fəaliyyətinə rəvac vermir, həm də vətəndaşların sağlamlığını təhlükə altına atmış olurlar. Vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vergilər Nazirliyi ölkə vətəndaşlarına müraciət edərək bildirir ki, ticarət şəbəkələrində və ictimai iaşə obyektlərində alkoqollu içkilər alarkən, onların aksizinin olub-olmamasına, malın qiyməti və məhsulun keyfiyyətinin uzlaşmasına diqqət yetirsinlər və hər hansı şübhələri yaranarsa, aidiyyatı dövlət qurumlarına müraciət etsinlər.

Mənbə: taxes.gov.az


Ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Bazarlarına Nəzarət Palatası Təcrübə Proqramı elan edir

posted in: Maliyyə, Təcrübə, Xəbər | 0

Mühasibatlıq təcrübəçilərAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası funksional fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların praktiki biliklərinin artırılması, eləcə də gənclərin şəxsi inkişafının təmin edilməsi və onların maarifləndirilməsi məqsədilə təcrübə proqramı elan edir.

Proqramın məqsədi Tələbələrin iqtisadi və maliyyə biliklərinin artırılması, peşəkar bacarıqlarının inkişafı, nəzəri biliklərinin təcrübə ilə bütünləşdirməsi və real iş şəraiti ilə yaxından tanış etməkdən ibarətdir.
Təcrübəçiyə dair tələblər:

– Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
– Özünü daim inkişaf etdirməli, innovativ olmalı;
– Analitik düşünmə qabiliyyəti olmalı;
– Nəzəri biliklərinin təcrübə dövründə tətbiqini bacarmalı;
– Kompüter və ingilis dili bilikləri.

Proqrama müraciət:
Namizədlər aşağıdakı istiqamətlər üzrə müvafiq təcrübə sahəsini seçməlidirlər:

– Hüquq
– Kredit bazarına nəzarət
– Sığorta fəaliyyətinə nəzarət
– Makroprudensial nəzarət və metodologiya
– Beynəlxalq əlaqələr və kommunikasiya

Seçim mərhələləri:

1. IV kurs tələbələri, məzunlar və ya magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər;
2. Namizədlərdən daxil olmuş CV-lər analiz edildikdən sonra tələblərə uyğun namizədlər ilkin olaraq test imtahanına, sonra isə İnsan resursları idarəsi və aidiyyəti departamentlərlə müsahibə mərhələsinə dəvət edilirlər;
3. Mərhələləri uğurla keçmiş namizədlər ilə müqavilə bağlanılır və təcrübə proqramına başlanılır.

Proqrama iştirak etmək üçün namizədlər CV-lərini  / ünvanına göndərməlidirlər.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.