İnzibati Xətalar Məcəlləsinə kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

AR İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344; № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, №7, maddələr 1273, 1296, 1297, 1299,

№ 11, maddələr 1964, 1966, 1969, 1979; № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19; № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646; № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; №10, maddə 1963, №11, maddələr 2188, 2191, 2214, 2217, 2231; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1357-VQD, 1371-VQD və 1377-VQD nömrəli, 7 dekabr tarixli 1382–VQD və 1384-VQD nömrəli, 18 dekabr tarixli 1395-VQD və 1398-VQD nömrəli, 28 dekabr tarixli 1406-VQD, 1427-VQD və 1432-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 43.1-ci maddəyə hər iki halda “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

2. 394.0.7-ci maddəyə “habelə” sözündən sonra “tikintisinə icazə tələb olunan açıq məkanda” sözləri əlavə edilsin.

3. 395.1-1-ci maddədə “ölçülərindən asılı olmayaraq” sözləri “tikintisinə icazə tələb olunan” sözləri ilə əvəz edilsin.

4. 395.2-ci maddəyə “açıq məkanda” sözlərindən əvvəl “tikintisinə icazə tələb olunan” sözləri əlavə edilsin.

5. 428.7.1-ci maddədən “, texniki şərtlər pasportu və icazə müqaviləsi” sözləri çıxarılsın və “onların” sözü “onun” sözü ilə əvəz edilsin.

6. 428.7.3-cü maddəyə “sahəsində” sözündən sonra “(o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2019-cu il.

Mənbə: president.az


Bax: Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Xəbər | 0

satınalmaVahid büdcə təsnifatı ilə bağlı Qərarda dəyişiklik edilib


Bakı şəhəri, 28 mart 2019-cu il / Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan
Respublikası vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli, “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2008-ci il 10 aprel tarixli 84 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1359-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 avqust tarixli 610 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 420 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Azərbaycan Respublikası vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 10, maddə 866; 2006, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010, № 4, maddə 369, № 11, maddə 1048; 2011, № 1, maddə 66, № 4, maddə 365; 2012, № 9, maddə 934; 2013, № 8, maddə 1000, № 10, maddə 1202; 2014,

№ 1, maddələr 59, 69, № 2, maddə 201, № 5, maddə 557, № 6, maddələr 745, 747, № 9, maddə 1130; 2015, № 2, maddə 227, № 3, maddələr 328, 337, № 6, maddələr 774, 781, № 7, maddə 890, № 11, maddə 1412; 2016, № 3, maddə 595, № 4, maddələr 806, 831, № 5, maddələr 941, 955, № 8, maddə 1450, № 9, maddə 1561, № 12, maddələr 2220, 2241; 2017, № 4, maddə 643, № 6, maddə 1244, № 9, maddələr 1722, 1745, № 10, maddə 1896; 2018, № 1, maddə 122, № 3, maddə 630, № 4, maddələr 785, 831, № 6, maddə 1356, № 7 (II kitab), maddə 1628, № 8, maddə 1799, № 10, maddələr 2142, 2155, № 11, maddə 2428) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Büdcə gəlirlərinin Təsnifatı”nın 1.4.2.3.3.6-cı yarımmaddəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə – “Büdcə xərclərinin iqtisadi təsnifatı”nda “282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” adlandırılsın və həmin təsnifata əlavədə “282400. Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun xərcləri” paraqrafının mətni aşağıdakı redaksiyada verilsin:

“282400. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri” paraqrafına dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun xərcləri daxildir.”.

2. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 306; 2009, № 11, maddə 936; 2017, № 3, maddə 503, № 7, maddə 1474; 2018, № 8, maddə 1796, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında və 1-ci hissəsində “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2. həmin Qərarla təsdiq edilmiş “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları” üzrə:

2.2.1. adında “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin;

2.2.2. 1-ci hissədə “dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin əsas borcalanlar tərəfindən yerinə yetirilməsi mümkün olmadığı təqdirdə, zəmanətçinin (bu halda Azərbaycan Respublikasının) dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsi üçün” sözləri “dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilsin;

2.2.3. 2.1-ci bənddə “Dövlət zəmanəti” sözləri “Dövlət borcu və zəmanəti” sözləri ilə əvəz edilsin;

2.2.4. 2.3-cü bəndə “riskin dərəcəsi” sözlərindən sonra “və əsas borcalanın maliyyə vəziyyəti” sözləri əlavə edilsin;

2.2.5. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

“3.2-1. Azərbaycan Respublikasının dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün müvafiq büdcə ili üçün dövlət büdcəsi haqqında qanunda ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.”;

2.2.6. 3.3-cü bənddə “zəmanətçi” sözü “zamin” sözü ilə əvəz edilsin;

2.2.7. 4.2-ci bənddə “dövlət zəmanəti” sözləri “dövlət borcu və zəmanəti” sözləri ilə və 4.3-cü bənddə “dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin” sözləri “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı-nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı”nın 1.4.2.3.2.3-cü yarımmaddəsində və “Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı”nın “Baş kredit sərəncamçıları” sütununda “Dövlət zəmanəti ilə alınan borcların” sözləri “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                            Novruz Məmmədov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Baş Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Baş Mühasib

İşəgötürən: Softline

Vakansiya haqqında

Əmək haqqı: 1500 AZN
Yaş həddi: 25 – 35
İş rejimi: 09:00– 18:00
İş yeri: Bakı

Vəzifə öhdəlikləri

– Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
– Vergi ödənişlərinə nəzarət etmək
– Vergi bəyannamələrini yığmaq
– Daxili nəzarət (audit)
– Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
– Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq
– İşçilərə nəzarət və təlim
– İlkin sənədlərə nəzarət

Tələb olunan bilik və bacarıqlar

– Müvafiq sahədə ali təhsil
– Müvafiq təcrübə (minimum üç illik)
– 1C Mühasibat Proqramının peşəkar biliyi
– Excel və Word proqramlarının peşəkar biliyi
– Vergi Məcəlləsi
– Müvafiq sertifikatlar üstünlük sayılacaq

CV-ni hara göndərmək lazımdır?

Yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-lərini  / electron ünvanına mövzu yerinə Baş Mühasib yazaraq göndərməsi xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qurumun ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi

posted in: Vergi, Xəbər | 0

DSMF bank rekvizitləriXidmətin adı: Qurumun ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”

– ləğvetmə barədə qərar

– ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat. (ödəmə qabiliyyətinin olması qanunvericilikdə nəzərdə tutulmuş hallarda auditor rəyi ilə də təsdiq edilə bilər)

– hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd

– möhür

– aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələri olduqda İqtisadiyyat Nazirliyinin razılığı


Bax:

Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması

Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu


Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:  

– Mülki Məcəllənin 59-61-ci maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi

– NK-nın 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”

 – Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv  edilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD- nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti: 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dövlət reyestrindən çıxarış

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.