Xidmətin adı: Qurumun ləğv prosesində olması barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– “Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizə”
– ləğvetmə barədə qərar
– ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat. (ödəmə qabiliyyətinin olması qanunvericilikdə nəzərdə tutulmuş hallarda auditor rəyi ilə də təsdiq edilə bilər)
– hüquqi şəxsin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın mətbu nəşrdə dərc olunmasını təsdiq edən sənəd
– möhür
– aktivlərinin ümumi dəyəri minimum əmək haqqı məbləğinin 50 min mislindən artıq dövlət və bələdiyyə müəssisələri olduqda İqtisadiyyat Nazirliyinin razılığı
Bax:
Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması
Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– Mülki Məcəllənin 59-61-ci maddələri
– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunun 16-cı maddəsi
– NK-nın 13.04.2005-ci il tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”
– Vergilər nazirinin 11.02.2014-cü il tarixli 1417040100162000 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”
Xidmətin göstərildiyi yer:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD- nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)
Müraciəti emal edən struktur vahidi:
ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)
İcra müddəti: 5 iş günü
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dövlət reyestrindən çıxarış
Elektronlaşdırma səviyyəsi: –
Mənbə: taxes.gov.az