Vergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisinin misallarla hesablanma qaydası

posted in: Vergi, Xəbər | 2

Baş mühasib vakansiyaVergilər Nazirliyi tərəfindən Cari Mənfəət vergisi-nin misallarla hesablanma qaydası.


Sual: Sualım Mikro sahibkarlıq Subyekti olan fərdi sahibkarın gəliri barədədir. Misal üçün Fərdi sahibkar 2019-ci ilin yanvarın ayının 1-dən fəaliyyətə başlamışdır. Və bundan əvvəl onun hər hansı fəaliyyəti olmayıb. Fərdi sahibkarın 2019-ci ilin I rübündə gəliri 5 000 manat – xərci 2 000 manat, 2019-ci ilin II rübündə gəliri 5 000 manat – xərci 1 000 manat, 2019-ci ilin III rübüdə gəliri 5 000 manat xərci 2 500 manat, 2019-ci ilin IV rübüdə gəliri 5 000 manat – xərci 4 000 manat təşkil etmişdir. Ümumiklikdə 2019-ci il üzrə gəlirləri 20.000 manat, xərci isə 9 500 manat təşkil etmişdir.

1.Fərdi sahibkar Vergilər Məcəlləsinin 151-ci bəndinə əsasən cari vergi ödəmələrini hansı şəkildə həyata keçirilməlidir?

2.Cari vergi ödəmələri ödənilərkən 151.5.2 bəndi hansı şəkildə gözlənilməlidir?

3.Xahiş edirəm ki, hər rüb üzrə cari vergi ödəmələrini yuxarıda göstərilən misala uyğun bildirərdiniz.

Cavab: Əvvəlki ildə fəaliyyəti olmayan fərdi sahibkar Vergi Məcəlləsinin 151.5-ci maddədə nəzərdə tutulan qaydada, mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamaqla cari vergini hesablamalı və bu barədə rüb başa çatdıqdan sonrakı ayın 15-dən gec olmayaraq arayış təqdim etməlidir. Sorğunuzda qeyd olunan halda il ərzində gəlir və xərcləri nəzərə alaraq cari vergi ödəmələri aşağıdakı qaydada hesablanır.

1-ci rüb (aprel ayının 15-dən gec olmayaraq) (5 000-2 000) x 20% x 75%=450. 450-75%=112.5 (cari vergi ödənişi)

2-ci rüb (iyul ayının 15-dən gec olmayaraq) (10 000-3 000) x 20% x 75%=1050. 1050-75%=262.5 (ödənilməli məbləğ 262.5-112.5=150)

3-cü rübdə (oktyabr ayının 15-dən gec olmayaraq (15 000-5 500) x 20% x 75%=1425. 1425-75%= 356.25 (ödənilməli məbləğ 356.25-262.50=93.75)

4-cü rübdə (yanvar ayının 15-dən gec olmayaraq) (20000-9500) x 20% x 75%=1575. 1575-75%= 393.75 (ödənilməli məbləğ 393.75-356.25=37.5)

İllik yekun hesablama (20 000-9 500) x 20%=2100 2100-75%=525

Yekun ödəmə isə 525 – 393.75 (il ərzində ödənilən cari vergi ödənişləri) = 131.25.

Qeyd olunanlardan göründüyü kimi, cari vergi ödəmələri artan yekunla hesablanır, yəni hər rüb üzrə hesablanan cari vergi məbləğindən əvvəlki rüblərdə ödənilmiş cari vergi məbləğləri çıxılır. Hesablamalarda sonda çıxılmış 75 faiz məbləğ isə mikro sahibkarlar üçün nəzərdə tutulmuş güzəştdir və hər rüb nəzərə alınır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vakansiya: Baş Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya: Baş mühasib

İşəgötürən: Azerbaijan Tourism Board

Azərbaycan Turizm Bürosu Azərbaycanın turizm imicinin formalaşdırılması və bu yolla ölkənin turizm istiqaməti kimi dəyərinin yüksəldilməsi ilə məşğuldur. Qurum Azərbaycanda turizmin effektiv inkişafı üçün turizm imkanlarının müvafiq şəkildə tanıdılması və təbliğatı üzrə fəaliyyət göstərir.

Əsas vəzifə öhdəlikləri:

• Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması arzuolunandır)
• 1C 7.7 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi həmçinin, MS Excel-də işləmək bacarığı
• Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
• BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
• Vergi orqanları ilə yazışmalar və vergi sahəsi ilə bağlı əməliyyatlar – (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
• E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
• Əmək haqqı, ezamiyyətlərin, xəstəlik vərəqələrinin, sosial məzuniyyətləri hesablanmasını və müavfiq olaraq göndərilməsi
• DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
• Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
• Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi

Namizədə dair tələblər:

• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
• Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar olması;
• Tez qavramaq və uyğunlaşmaq bacarığı;
• Problemləri təhlil və həll etmə bacarığı;
• Beynəlxalq mühasibat uçotu standartlarını bilməsi üstünlükdür.

Namizədlər CV-lərini  / ünvanına 14 aprel 2019-cu ilədək göndərməlidirlər.

Xahiş olunur, e-mailin mövzu hissəsinə müraciət etdiyiniz vəzifənin adını (Baş Mühasib) qeyd edəsiniz.

Məlumat üçün bildirək ki, yalnız qısa siyahıya seçilmiş namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə dəvət olunacaqlar.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ödәnişsiz mәzuniyyәtin verilmə qaydalarını tam bilirikmi?

posted in: Xəbər | 0

Sual: İşçilәrә ödәnişsiz mәzuniyyәt verilәrkәn hansı qaydalara әmәl edilmәlidir? Bu mәzuniyyәtlәrin verilmәsi hansı qaydada aparılmalı vә rәsmilәşdirilmәlidir?

Cavab: Әmәk Mәcәlәsinin 129-cu maddәsinә әsasәn, ödәnişsiz mәzuniyyәtlәr bu Mәcәllәdә nәzәrdә tutulmuş hallarda işçilәrin xahişi vә ya tәrәflәrin qarşılıqlı razılığı ilә verilir. İşәgötürәnlә işçinin qarşılıqlı razılığına әsasәn, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulan hallarda, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәrlә işçilәrә müddәti altı aydan çox olmayaraq tәrәflәrin mülahizәsinә әsasәn müәyyәn edilәn ödәnişsiz mәzuniyyәt verilә bilәr.

Әmәk Mәcәllәsinin bu maddәsinә әsasәn, 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtin verilmәsindә әsas şәrt işәgötürәnlә işçinin qarşılıqlı razılığıdır. Tәrәflәrdәn birinin, o cümlәdәn işçinin rәsmi yazılı razılığı vә ya әrizәsi olmadan, hәmçinin kollektiv müqavilәlәrdә nәzәrdә tutulmayan, o cümlәdәn әmәk müqavilәsi ilә müәyyәn edilәn şәrtlәr olmadan, işәgötürәnin әmri ilә işçinin 6 aya qәdәr ödәnişsiz mәzuniyyәtә göndәrilmәsi Әmәk Mәcәllәsinin bu maddәsinә uyğun deyil vә işçinin әrizәsi әsasında mәhkәmә qaydasında etibarsız hesab oluna bilәr.

Әmәk Mәcәllәsinin 130-cu maddәsindә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәr isә işçilәrin xahişi ilә bir iş ilindә müddәti bu maddәdә nәzәrdә tutulan qaydada verilir: Bu maddәdә nәzәrdә tutulan ödәnişsiz mәzuniyyәtlәrә çıxmaq üçün işçinin әrizәsi ilә bәrabәr hәkim mәslәhәt komissiyasının rәyi, әlillik qrupu barәdә sәnәd, müharibә veteranı vәsiqәsi, tәhsil müәssisәsinin arayışı, seçki komissiyasının arayışı vә sair tәsdiqedici sәnәdlәrdәn biri tәqdim edilmәlidir.

Ailә, mәişәt vә başqa sosial mәsәlәlәri hәll etmәk üçün işçilәrә 7 tәqvim gününәdәk ödәnişsiz mәzuniyyәt verilәrkәn digәr heç bir sәnәd tәqdim edilmәdәn işçinin әrizәsi tәqdim edilmәlidir.

Mәzuniyyәtlәrin verilmәsi işçinin әrizәsi әsasında işәgötürәnin әmri ilә rәsmilәşdirilir. Әmrdә işçinin adı, atasının adı vә soyadı, vәzifәsi (peşәsi), verilәn mәzuniyyәtin növü, müddәti, müvafiq iş ili, mәzuniyyәtin başlandığı, qurtardığı vә mәzuniyyәt müddәti bitdikdәn sonra işçinin işә başlamalı olduğu il, ay, gün göstәrilmәlidir.

Mənbə: labourrights-az.org


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması

posted in: Vergi, Xəbər | 0

Qeyri-kommersiya BəyannaməXidmətin adı: Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması

Tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 74.1-ci maddəsi

– Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin yerli vergi orqanlarınınvergi borcları strukturları, MGD-nin Koordinasiya şöbəsi, RVŞ-nin Bəyannamələrin kameral yoxlanması bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi borcları strukturları, MGD-nin, BŞLGD-nin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Bəyannamələrin kameral yoxlanması bölmələri

İcra müddəti: 

30 gün (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün 10 gün)

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.