Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Qeyri-kommersiya BəyannaməXidmətin adı: Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması

Tələb olunanlar: – Sərbəst formada müraciət ərizəsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 74.1-ci maddəsi

– Vergilər nazirinin 18.03.2016-cı il tarixli 1617040100440300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kargüzarlığın aparılması Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),  Naxçıvan MR VN-nin yerli vergi orqanlarınınvergi borcları strukturları, MGD-nin Koordinasiya şöbəsi, RVŞ-nin Bəyannamələrin kameral yoxlanması bölmələri (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi borcları strukturları, MGD-nin, BŞLGD-nin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİ-nin vergi öhdəliklərinin icrasına nəzarət strukturları, RVŞ-nin Bəyannamələrin kameral yoxlanması bölmələri

İcra müddəti: 

30 gün (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün 10 gün)

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email