“Elektron sənəd mübadiləsi haqqında Müqavilə”nin müddətinin uzadılması

posted in: Vergi, Xəbər | 0

dividenddən vergiXidmətin adı: Elektron sənəd mübadiləsi haqqında Müqavilənin müddətinin uzadılması.

Tələb olunanlar: – “Elektron sənəd mübadiləsi haqqında Ərizə”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– NK-nın 27.07.2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”

– Vergilər nazirinin  10.12.2009-cu il tarixli 0917040101142300 nömrəli əmri

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturları, MGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, RVŞ-nin vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət strukturları

İcra müddəti: Ərizə daxil olduğu gündən sonra 1 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – “ Elektron sənəd mübadiləsi haqqında Müqavilə”nin müddətinin uzadılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi:

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: “Audit şöbəsinin rəhbəri” tələb olunur

posted in: Audit, İş elanı, Vakansiya, Xəbər | 0

Daxili Audit VakansiyaVakansiya: Audit şöbəsinin rəhbəri

İşəgötürən: Kontakt Home

Vəzifə öhdəlikləri:

• Risklərin qiymətləndirilməsi əsasında DAX planının hazırlanması
• Maliyyə hesabatlarının dəqiqliyini, etibarlılığını, mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqini nəzarətdə saxlamaq
• İT Auditin təşkili
• Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlamaq və qiymətləndirmək
• Daxili audit xidmətinin fəaliyyətini beynəlxalq daxili audit standartlarına uyğun yerinə yetirilməsini təmin etmək

Vakansiya üzrə tələblər:

• Ali təhsil (Hüquq və ya İqtisadi təhsil arzu olunandır)
• Auditvə ya maliyyə sahəsində iş təcrübəsi – 3 ildən artıq
• MS Office, xüsusilə Excel proqramını yüksək səviyyədə bilməlidir
• “Big Four” şirkətlərində iş təcrübəsi arzuolunandır
• CİA sertifikatı olanlara üstünlük veriləcək

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində Audit şöbəsinin rəhbəri qeyd edərək CV formasını  /  elektron ünvanına göndərmək xahiş olunur.
Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Baş mühasib seçimi zamanı necə yanılmayasan? (2-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Baş mühasibBaş mühasib seçimi zamanı necə yanılmayasan?

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçidə daxil olun)

Təhsil, təcrübə, düzgünlük, diqqətlilik, məsuliyyətlilik… Bütün bu keyfiyyətlərə malik olan mühasibi necə tapmalı?

  • İri şirkətlərdə iş təcrübəsi sizi yoldan azdırmasın.

Bu yaxınlarda belə bir hadisə baş verib: kiçik şirkətlərdən birinə işləmək üçün mühasib-qız gəlib, hansı ki, o, bundan əvvəl Rusiyanın nəhəng neft şirkətlərindən birində çalışıbmış. Hesabat dövründə məlum olub ki, qız bir çox kobud səhvlərə yol verib. Bu haqda ona məlumat veriləndə, o tamamilə sakit şəkildə belə cavab verib: “Hə, bunda nə var ki? Biz həmişə belə etmişik!” Xatırlayırsınız, söyləmişdim ki, iri şirkətdə çalışan mühasib yalnız müəyyən sahə üzrə cavabdehlik daşıyır.  Təbii ki, o, sizin elə də böyük olmayan, amma tam “mühasib silsilənizin” heç də həmişə öhdəsindən gələ bilməyəcək. O səbəbdən namizədin CV-də “iri şirkətdə mühasib işləmişəm” kimi pafoslu xəbərdarlığı hələ hər şey demək deyil.

  • Kadrlar uçotunu mühasibə tapşırmayın.
Çox vaxt şirkətin bütün sənədləşmə işi mühasibin üzərinə qoyulur. Mühasib həm maliyyə, həm işgüzar yazışma, həm də kadrlar üzrə cavabdehlik daşıyır…

Bu özlüyündə səhvdir, ona görə də “universal-mühasib” axtarmaq lazım deyil. Bundan əlavə, mühasibə kadrlar işinin tapşırılmasının özü təhlükəlidir. Axı, bu halda mühasib özünü həm işə qəbul edir, həm də işdən çıxara bilir… Və yeri gəlmişkən, əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, maliyyə sənədləri mühasibin evində deyil, ofisdə saxlanılmalıdır. Yaxşı olardı ki, seyf də saxlanılsın.

  • “Şəxsi vəziyyətləri” aydınlaşdırmaqdan utanmayın.

Mühasibin şirkətin bütün sənədlərinə “azad çıxışının” olmaması, onun qəfil yoxa çıxması şəraitində sizin sığortalanmağınız olacaq. Təcrübə göstərir ki, bu cür hallar artıq bir “normaya çevrilib”. Adam yarım il işləyir, yoxlama zamanı çatanda isə o, yoxa çıxır. Hələ onun sənədlərlə birgə yoxa çıxmaması yaxşı hal sayıla bilər. “Yoxa çıxanı” bu cür məsuliyyətli anda axtarıb tapmaq isə demək olar ki, mümkün olmur.  Bilirsinizmi niyə belə baş verir? Çünki sahibkarlar namizədləri elementar yoxlamadan belə keçirmirlər. Sahibkar işə qəbul etdiyi mühasibin pasportunu yoxlamalıdır və onun harada qeydiyyatda olduğunu, harada yaşadığını öyrənməlidir. Yaxşı, yoxlama ərəfəsində yoxa çıxanda sən, bu şəxsi harada axtarıb tapacaqsan, axı?  Bu məsələdə sənə kim kömək edəcək?

  • Unutmayın, sizin mühasibiniz – muzdlu işçidir.

Hələ sorğu-sual zamanı beyninizdə bir aksiomanı hazır tutun: əgər, kənardan gələn mühasibin keyfiyyətləri sizi qane edirsə belə, o sizin nə arxadaşınız, nə də “maliyyə dostunuzdur”. Mühasib də digərləri kimi muzdlu işçidir, “canlı insandır”. Düzdür, tabeliyinizdə olan digərlərindən fərqli olaraq, mühasib-freelancer öz fəaliyyətini özü planlaşdırır, çünki. Bir neçə təşkilatda çalışır. Və o, bu fəaliyyəti heç də həmişə düzgün planlaşdıra bilmir.

Sizin mühasib-freelancer-iniz  nə qədər yaxşı biri olsa da, ona nəzarət etmək lazımdır. Heç vaxt mühasibatlıq işlərini öz axarına buraxmayın.

Elə vaxt olur ki, sizin mühasibiniz üçün yeni sifarişçi ortaya çıxır. Orada işləmək daha asandır, işlər daha azdır, əməkhaqqı isə daha yüksəkdir. Sizin sifarişinizlə yeni sifarişi dəyərləndirir, belə bir qərara gəlir ki, sizin ona verdiyiniz məvacib, elə də ədalətli məbləğ deyil. O, başa düşür ki, əməkhaqqının artırılması çətin ki, baş tutsun və bu zaman mühasibin bir yolu alır, sizin müəssisənizin işləri ilə bağlı səylərini xeyli aşağı salır.

Beləliklə, mühasibat uçotunda xeyli səhvlər ortaya çıxır. Siz isə mühasibi bir qədər də qıcıqlandırırsınız. Əgər, siz bunun üstündə onun əməkhaqqını gecikdirirsinizsə və yaxud iddialar irəli sürürsünüzsə, o, kəskin şəkildə sizinlə xudahafizləşəcək. Siz keçən dövrlər ərzində onun əməyinin nəticələrini əldə etmək istəyirsiniz: mühasibat proqramı, təhvil verilmiş hesabatlar və s, o isə maaaşını almadığını bəhanə edib, bunları verməkdən imtina edir… Qapalı bir dairə yaranır. Yaddan çıxarmayın: siz nadir halda partnyor olacaqsınız, amma demək olar ki, həmişə mühasibinizin rəhbəri olacaqsınız. Freelancer nə qədər yaxşı olsa belə, onun işini nəzarətdən kənar qoymayın. Mühasibatlıq işlərini öz axarına heç vaxt buraxmayın.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?

posted in: Xəbər | 0

Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?


Sual: Uzun müddət (altı il) fəaliyyəti dayandırılmış MMC-nin təsisçisi vəfat edərsə MMC-ni necə bağlamaq olar?

Cavab: Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir. Eyni zamanda bildiririk ki, fəaliyyətini dayandırmış vergi ödəyicisinin ləğvi hüquqi şəxslərin ləğv olunmasının ümumi qaydasında həyata keçirilir.


Hüquqi şəxsin ləğv proseduru haqqında məlumatla keçidə daxil olmaqla tanış ola bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 145-ci (hüquqi şəxsin ləğv edilməsi) maddəsi, Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.