Read More9
Read More9

Kontakt Home ‘Baş mühasib’ axtarır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasibVakansiya: Baş mühasib

İşəgötürən: Kontakt Home


Vəzifə öhdəlikləri:

• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.

Tələblər:

• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi satış sektorunda 2 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində Baş mühasib qeyd edərək CV formasını  / elektron ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Pula qənaət etməyin 20 yolu

posted in: Məqalə, Xəbər | 0

Pula qənaət etməyin 20 yolu


Qənaət etmək gələcək istifadə üçün pulların yığılmasıdır. Əgər siz lazımsız məsrəflərdən qaçıb, artıq qalan vəsaiti yığmağa başlasanız, bir müddət keçdikdən sonra daha böyük məqsədlərinizi maliyyələşdirmək iqtidarında olacaqsınız. Aşağıda təqdim olunan sadə və faydalı üsullardan istifadə edərək qənaət etməyə başlayın.

1. Alış-veriş üçün siyahı tutun.

2. Mağazaya gedərkən lazım olan qədər pul götürün.

3. Pulunuzu gərəksiz halda xırdalamayın.

4. Pul qabınız soyuq rəngdə deyil, isti rənglərdə olsa yaxşıdır. Qırmızı, narıncı və qəhvəyi rənglər pulları özünə cəlb edir.

5. Həftəlik menyu tutun. Menyu sizə lazım olan ərzaqları qədərində almağa kömək edəcək və siz artıq pul xərcləməyəcəksiz.

6. Ərzaq alış-verişinə ac qarına getməyin ki, aclıq hissi sizi nələrsə almağa sövq etməsin.

7. Bir çox məhsulları bazardan almağa üstünlük verin. Bazar qiymətləri market qiymətlərindən çox-çox aşağıdır.

8. Yerli mal alın. Bu, sizə daha ucuz başa gələr.

9. Bəzi məhsulları bahalı qablaşdırmada deyil, açıq, çəki ilə alın ki, tara pulu ödəməyəsiz. Misal üçün, dəmir qablaşdırmadakı 200 qramlıq zeytun əvəzinə çəki ilə satılan 200 qram zeytun ala bilərsiz. Bəzəkli sellofanda satılan qarabaşaq, lobya, noxud kimi paxlalı bitki və quru ərzaqları açıq, çəki ilə almaq daha ucuz başa gəlir.

10. Kassanın ətrafındakı xırda-para məhsullar (şirniyyat, oyuncaq və s.) müştərilərin impulsiv alış-verişi üçün ora düzülüb. Çalışın marketoloqların pul tələsinə düşməyin.

11. Mövsümə uyğun məhsullar alın ki, ucuz başa gəlsin.

12. Orqanizm üçün zərərli qidalardan imtina edin. Sağlamlığınızı qoruyaraq pulunuza daha çox qənaət edərsiz. Çips, mayonez, ketçup, qazlı, şirin içkilər, kolbasa və s. əvəzinə quru meyvə və çərəz, yulaf, balıq, zeytun, bulqur və s. alın.

13. Yarımfabrikatlardan uzaq olun. Özünüzün hazırlayacağınız təzə dolma, kotlet, pizza, düşbərə və s. dondurulmuş qidalardan daha ucuz və faydalıdır.

14. Bəzi ərzaqları hissələrlə deyil, bütov şəkildə alın. Misal üçün, bütöv bir toyuqdan bir neçə dəfə, müxtəlif yeməklər hazırlaya bilərsiz, nəinki 1 kilo toyuq qanadından.

15. Eyni məhsullar müxtəlif mağazalarda müxtəlif qiymətlərə satılır. Diqqət edin və cibinizə uyğun məkandan alış-veriş edin.

16. Çeşidli çörək bişirməyi öyrənin. Bu zaman pulunuza hər gün 30-40% qənaət edərsiz, həm də süfrənizdə daim təzə, ətirli çörək olacaq. Qənaət etdiyiniz pul ilin sonuna daha sanballı məbləğ olaraq toplanacaq.

17. Səliqəli olun ki, malınız tez sıradan çıxmasın.

18. Borc almayın, borc verməyin, kreditə girməyin.

19. Bir çox reklam aksiyalarına aldanmayın.

20. Gəlirlərin və xərclərin hesabatını aparın.

Qənaət etdiyiniz pullara yaxşı istirahət edə və ya arzuladığınız dəyərli nəsə ala bilərsiz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə məlumat!

posted in: Vergi, Xəbər | 0

Məşğulluq XidmətiNazirlik gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə məlumatlara münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) aprelin 1-dən ailələrə uşaq pulu veriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, gələn aydan ailələrə uşaqpulu veriləcəyi barədə məlumatlar həqiqəti əks etdirmir:

“Bugünlərdə sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan, guya gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın!”

Qeyd edək ki, yayılan məlumatlarda ailələrdə 3 yaşa kimi olan uşaqlara 80 manat, 3-7 yaşa kimi olan uşaqlara 50 manat, 7-17 yaşa kimi olanlara isə 40 manat veriləcəyi əks olunub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə vergi sisteminin sadələşdirilməsi tövsiyə olunub

posted in: Vergi, Xəbər | 0

vergilərdən azadBraziliyaya vergi sistemini sadələşdirmək tövsiyə olunub.

Beynəlxalq Valyuta Fondu (BVF) Braziliya hökumətinə vergi qanunvericiliyinə əməl edilməsinə çəkilən xərclərin azaldılması məqsədilə vergi sisteminin sadələşdirilməsi istiqamətində addımlar atmağı tövsiyə edib. Tövsiyəyə əsasən, hökumət federal vergi sisteminin mürəkkəbliyinin aradan qaldırılması planlarını həyata keçirməli, federal və dövlət vergi sistemlərinin bir-birinə uyğunlaşdırılması üçün apardığı işləri davam etdirməlidir.

Fond təmsilçisi “iddialı” struktur islahatlarının aparılmasının, o cümlədən vergi güzəştlərinin tətbiqinin sürətləndirilməsinin və əməkhaqqı fondunun vergidən azad edilməsinin zəruri olduğunu vurğulayıb. BVF-nin tövsiyəsində göstərilib ki, ölkə korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə qətiyyətli tədbirlər görməli, vergi və bank informasiyalarından istifadə və bu informasiyaların mübadilə edilməsinin üsullarını təkmilləşdirməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!