Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası
Xidmətin adı: Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası
Xidmətin göstərilməsi üçün tələb olunanlar:
– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza
Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:
– VM-nin 16.2-16.5 və 24.0.6-cı maddələri
– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”
– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş
“ Hüquqi şəxsin filialının, nümayəndəliyinin fəaliyyətinin online bərpası” elektron xidməti üzrə inzibati reqlament”
Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)
Müraciəti emal edən struktur vahidi:
VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi
İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Fəaliyyətin bərpa edilməsi haqqında bildiriş
Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb
Mənbə: taxes.gov.az
Çexiya ilə bağlı maraqlı faktlar
Xidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi
Sual: 2019-cu ilin 1 yanvar tarixindən etibarən Vergi Məcəlləsinin 102.1.22-1-ci və 106.10-cu maddələrinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri gəlir vergisindən, hüquqi şəxslərin dividend gəlirləri isə mənfəət vergisindən azaddır.