Read More9
Read More9

AGA Group “Mühasib-Xəzinədar” axtarır

XəzinədarVakansiya: Mühasib-Xəzinədar / İşəgötürən: AGA Group

Əmək haqqı: 500 – 800 AZN

Vəzifə  öhdəlikləri:

• Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
• Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
• Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar;
• Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
• Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
• Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;

Mühasib-Xəzinədar üçün Tələblər:

• Yaş həddi: 25 – 35
• Cins: Xanım
• Ali iqtisadi təhsil;
• Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəsi;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik  olmalı;
• MS Office proqramları, xüsusən Exceli mükəmməl  bilməli.

İş qrafiki:

• Bazar ertəsi – cümə saat 08:45-18:15;
• Şənbə qısaldılmış iş günü saat 09:00-13:00.

Qeyd: Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini      /   ünvanına  mövzu yerində Mühasib-Xəzinadar yazaraq göndərə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkə turistlərdən vergi tutmağa hazırlaşır

posted in: Vergi, Xəbər | 0

Qazaxıstan turistlərdən vergi tutmağa hazırlaşır.

Qazaxıstan hökuməti ölkəyə gələn xarici vətəndaşlardan “bed tax” (mehmanxana yığımı) sistemi üzrə vergi tutmağı planlaşdırır.

Bu verginin tətbiqi ölkədə 2019-2025-ci illər üzrə turizmin inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçiriləcək.

Mədəniyyət və idman naziri Arıstanbek Muhamedioğlu proqramı hökumətə təqdim edərkən bildirib ki, rəhbərlik etdiyi nazirlik turizmin inkişaf etdirilməsi məqsədilə əsas bazarlarda aparılan marketinqin və ölkəyə turistlərin cəlb edilməsinin keyfiyyətini Gürcüstan, Çexiya və Birləşmiş Ərəb Əmirlikləri təcrübəsi əsasında yaxşılaşdırmağı təklif edib: “Bu addımın atılmasında dövlət büdcəsinin üzərinə düşən yükün yüngülləşdirilməsi üçün ölkəyə turist kimi gəlmiş xarici vətəndaşlardan burada qaldıqları hər gecə üçün 2-4 dollar həcmində vəsait tutulacaq. Dövlət proqramı qəbul edildikdən sonra bu qayda Qazaxıstan Respublikasının bütün ərazisində qüvvəyə minəcək”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Çexiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

ÇexiyaÇexiya ilə bağlı maraqlı faktlar

(1-ci hissə)

  • Çex dilinin qrammatikası dünyada ən mürəkkəb qrammatikalardan biri hesab olunur.
  • Çex sözlərini söyləmək əcnəbilərdən ötrü çətinlik törədir, belə ki, mövcud olan bəzi sözlər saitsizdir.
  • Zebranı keçərkən, tamamilə sakit ola bilərsiniz: sürücülər hökmən sizə yol verəcəklər. Əlbəttə, istisnalar da olur, amma, əksər sürücülər piyada üçün ayrılan keçid xəttinə bir neçə metr qalmış maşınlarını saxlayırlar.
  • Bu ölkədə ictimai yerlərdə bərkdən burun silmək mütləq şəkildə normal qarşılanır.
  • Çexlər ev heyvanlarını çox sevirlər. Ahıl adamların müşaiyət etdikləri cins itləri burada tez-tez görmək mümkündür.
  • Zoomağazalara bu ölkədə hər küncdə rast gəlmək mümkündür.
  • Küçələrdə sahibsiz heyvanlara rast gəlmək mümkün deyil, hətta nə vaxtsa Çexiyada yolunuzdan keçən qara pişiyə rast gəlsəniz, bilin ki, onun da sahibi var.
  • Avropa üzrə ən çox çətənə (marixuana) Çex respublikasında çəkilir.
  • Yeri gəlmişkən, burada narkotik vasitələr leqallaşdırılıb (15 qr marixuana, iki qr amfetamin, qram yarım heroin, bir qram kokain).

Həmçinin bax: 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Alfred Nobel necə varlandı? (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Alfred Nobel necə varlandı?

2-ci hissə (1-ci hissəni oxumaq üçün keçid)

Məşhur Nobel Mükafatı, mübahisəsiz, dünyada ən prestijli mükafat hesab olunur. Onunla, hər il mədəniyyət, akademik və elmi uğurlara görə müxtəlif adamlar təltif olunurlar. Bu mükafatı alanlar sırasında Vilhelm Rentgen – rentgen şüalarını kəşf edən, İsrail prezidenti Şimon Peres, rus alimi İvan Petroviç Pavlov, fizik-nəzəriyyəçi Albert Eynşteyn və digərləri var.

Xeyirxahlıq vəsiyyətnaməsi
1895-ci il noyabrın 27-də Parisdəki isveç-norveç klubunda Alfred Nobel vəsiyyətnamə imzaladı, həmin sənədə görə 31 milyon İsveç kronu məbləğində vəsait (bu gün üçün təxminən 472 milyon dollar)  – öz sərvətinin 94% – fizika, kimya, tibb, ədəbiyyat, eləcə də dünyada sülhün möhkəmləndirməsi yönündə fəaliyyətə görə mükafatın təsis olunmasına sərf ediləcək.

Vəsiyyətnamədə deyilirdi: “Mən, aşağıda imza edən Alfred Bernhard Nobel, düşünərəkdən qərar verdim, vəsiyyətnaməm mənim qazandığım mülkiyyət üzrədir… Mənim kapitalım qiymətli kağızlara dəyişdirilməli, fond yaradılmalı, faizlər mükafat şəklində il ərzində bəşəriyyətə ən böyük fayda gətirmiş adamlara verilməlidir.

Sözügedən faizlər beş bərabər hissəyə bölünməlidir, hansı ki bundan ötrü nəzərdə tutulub: birinci hissə fizika sahəsində ən mühüm kəşflər və ixtiralara, ikinci hissə kimya, üçüncü hissə fiziologiya və ya tibb sahəsində, dördüncü – insan ideallarını əks etdirən əhəmiyyətli ədəbi əsərlərə, beşinci hissə isə xalqların birliyinə öz töhfəsini verən, quldarlığı ləğv edən, mövcud olan ordu sayını azaldan və sülh müqavilələrinə yardım edənlərə…

Mənim xüsusi arzum ondan ibarətdir ki, bu mükafatın təqdimatına namizədin milliyyəti təsir etməsin, həmin mükafatı onlar skandinavlardır və ya deyil, bundan asılı olmayaraq ən layiqli insanlar alsın”.

Bax, dünyada ən prestijli mükafat – Nobel mükafatı belə yarandı.

Hazırda hər il qaliblərə Alfred Nobelin təsviri olan qızıl medal və 1,4 milyon dollar ekvivalentində pul mükafatı verilir!

Mənəviyyata meyl

Belə deyirlər ki, Nobel mükafatı təyin olunana qədər, özünün milyonlarla dollarına baxmayaraq, Alfred depressiyadan əziyyət çəkirdi. O, heç vaxt evlənməmişdi, yaxın dostları da yox idi. Onun yeganə dostu Parisdəki protestant kilsəsinin dini qulluqçusu Natan Sederblum idi. Onu tanıyanların söhbətlərinə görə, Alfredin silah düzəldəndən filantropa çevrilməsində həmin şəxsin böyük rolu olmuşdu. Sederblumun moizələrini dinləyərək, eləcə də kilsəni ziyarət etməklə və xeyriyyəçiliklə məşğul olmaqla, Alfred öz emosional vəziyyətini yaxşılaşdırmağa çalışırdı.

Sözardı

Bir çox adamların Nobel mükafatına bənzər bir mükafat təsis etmək üçün 472 milyon dolları yoxdur, amma, başqalarına təmənnasız olaraq xeyirxahlıq etməklə özlərindən sonra unudulmaz təəssüratlar qoyurlar. John Maxwell  bir dəfə belə söyləyib: “İnsanın həyatında iki ən mühüm gün var – birinci, anadan olduğu, ikinci isə niyə doğulduğunu öyrəndiyi gün”.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!