İdman və mərc oyunlarından əldə edilən vəsaitlərdən vergi tutulması

posted in: Vergi, Xəbər | 0

Sabit vergiVM 99.3.12-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir kimi tövsif edilir. Ona görə də bu gəlirlər üçün vergi dərəcəsi 10 faiz təşkil edir. Məcəllənin 101.5-ci maddəsində qeyd olunub ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. Qayda qeyri-rezidentlərə də (maddə 125.1.8.) şamil edilir. Bu müddəa Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə olunmuş nağd pul vəsaitlərinə aid deyil.

Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxs (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludur. Başqa sözlə, vergi agentləri əldə olunan gəlirdən 10 faizlik vergini ödəniş vaxtı tutmalıdır.

İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər sadələşdirilmiş verginin ödəyicilərinin siyahısındadır (maddə 218.4.2). Məcəllənin 219.4-cü maddəsində göstərilib ki, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru üçün oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti, idman mərc oyunlarının satıcısı üçün isə operatorun ona verdiyi komisyon haqq sadələşdirilmiş verginin vergitutma obyektidir. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru tərəfindən oyun iştirakçılarından qəbul edilən vəsaitdən 6 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən isə operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə vergi ödənilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda nizamnamə kapitalı 870.000 manat olan MMC yaradılıb

posted in: Vergi, Xəbər | 0

dövlət qeydiyyatıAzərbaycanda nizamnamə kapitalı 870.000 manat olan MMC yaradılıb.


Kommersiya qurumunun adı: “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyəti

Qeydiyyat nömrəsi (VÖEN): 1005803791

Təşkilati-hüquqi forması: Məhdud Məsuliyyətli Cəmiyyət.

Hüquqi ünvanı: AZ1108, Bakı şəhəri Binəqədi rayonu, Mustafa Kamal Atatürk ev.224.

Nizamnamə kapitalı: 872851.94 manat.

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi:  İsmayılov Nazim Sultan oğlu.

Dövlət qeydiyyatına alındığı tarix: 27 Fevral 2019.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tibbi sığorta ödənişləri: işəgötürənlə işçinin öhdəliyi nələrdir?

posted in: Xəbər | 0

icbari tibbi sığortaTibbi sığorta ödənişləri : işəgötürən ilə işçinin öhdəliyi.

Gələn ildən icbari tibbi sığorta sisteminin bütün ölkə ərazisində tətbiqi planlaşdırılır. Bu isə o deməkdir ki, əmək müqaviləsi əsasında işləyən hər kəsdən 2020-ci il yanvarın 1-dən icbari sosial sığorta və işsizlikdən sığorta ilə yanaşı, icbari tibbi sığorta ödənişləri də tutulacaq.

Artıq ayrı-ayrı sosial qrupa aid əhali üçün ödəniləcək illik sığorta haqlarının məbləği də müəyyən edilib. Qaydalara əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özünüməşğul əhali qrupu üçün tibbi sığorta ödənişlərinin illik məbləği 120 manat təşkil edəcək.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzunu şərh edərkən bildirib ki, tibbi sığorta dərəcəsinin işəgötürənlə işçi arasında bölgüsü də artıq dəqiqləşdirilib. İşçinin ödəyəcəyi sığortanın məbləği: əməkhaqqı 200 manata qədər olduqda əməkhaqqının 3 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta); əməkhaqqı 200 manatdan yuxarı olduqda isə əməkhaqqının 10 faizi (DSMF) + 0,5 faiz (işsizlikdən sığorta fonduna) + 2 faiz (tibbi sığorta). İşəgötürən isə işçiyə ödənilən əməkhaqqının 200 manata qədər hissəsindən, müvafiq olaraq, 22 faiz + 0,5 faiz + 2 faiz, əməkhaqqının 200 manatdan çox olan hissəsindən isə 15 faiz + 0,5 faiz + 2 faiz vəsait ödəyəcək.


Qeyri-formal əmək bazarının miqyasının azaldılması istiqamətində qabaqlayıcı tədbirlərə ehtiyac var

Sahib Məmmədov hesab edir ki, ölkədə mövcud olan qeyri-formal əmək bazarının miqyasını əhəmiyyətli şəkildə azaltmadan tibbi sığorta sisteminə keçid müəyyən fəsadlar yarada bilər. Bu baxımdan, ortaya çıxa biləcək mümkün çətinliklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərə ehtiyac var: “Bu, təkcə sahibkarlar və işəgötürən təşkilatlar üzərində nəzarət funksiyasını həyata keçirən qurumlardan deyil, bütün iqtisadi strukturların birgə fəaliyyətindən, işin düzgün təşkilindən və koordinasiyalı əməkdaşlıqdan asılıdır. Son vaxtlar gizli iqtisadiyyatın azaldılması, sahibkarlıq fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində önəmli addımlar atılır. Amma qeyri-formal əmək bazarının miqyasını azaltmaq üçün yalnız Vergilər Nazirliyinin səyləri kifayət etmir”.


Həyatın yığım sığortasına ödənilən məbləğlər gəlir vergisindən azaddırmı?

Xatırladaq ki, “Tibbi sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, icbari tibbi sığorta üzrə xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Qaydalara görə, bu sahə üzrə maliyyə təminatının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək. Beləliklə, aşağıdakı şəxslərin icbari tibbi sığorta ödənişləri-ni dövlət ödəyəcək:

  • Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər;
  • Peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları;
  • Növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər;
  • Sosial müavinət almaq hüququna malik əmək qabiliyyəti olmayan şəxslər;
  • Ünvanlı dövlət sosial yardımı alan şəxslər;
  • Ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar;
  • Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar;
  • Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Həyatın yığım sığortasına ödənilən məbləğlər gəlir vergisindən azaddırmı?

posted in: Vergi, Xəbər | 1

Həyatın yığım sığortasıHəyatın yığım sığortası üçün ödənilən məbləğlərin gəlir vergisindən azad edilməsi.

Həyatın yığım sığortası üçün ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Bununla bağlı qanunvericilikdə hər hansı dəyişiklik varmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsi,102.1.8-ci maddə

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.