Həyatın yığım sığortasına ödənilən məbləğlər gəlir vergisindən azaddırmı?

posted in: Vergi, Xəbər | 1

Həyatın yığım sığortasıHəyatın yığım sığortası üçün ödənilən məbləğlərin gəlir vergisindən azad edilməsi.

Həyatın yığım sığortası üçün ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Bununla bağlı qanunvericilikdə hər hansı dəyişiklik varmı?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanılan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsi,102.1.8-ci maddə

Mənbə: vergiler.az

Mühasibat xidmətləri

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

  1. Cemale
    |

    Bu boyda cumle olar? Bunu bile-bile cetin yazillarki camaat hec ne basa dusmesin. Huquqsunaslara muraciet etsin. Camaatda simiclik edir. Qalir bisavad…