Vergi orqanları ilə yazışma necə olmalıdır?

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarıVergi ödəyiciləri və vergi orqanları arasında yazışma.

Vergi Məcəlləsinin 70-ci maddəsinə əsasən, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməyibsə və bir tərəf onu digər tərəfə verməyibsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Mövzunu Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət departamentinin şöbə rəhbəri Məmməd Quliyev şərh edir.

Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri), adı göstərilməklə, vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsində qeyd olunur ki, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə):

  • vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – verildiyi gün;
  • poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra;
  • elektron üsulla elektron kabinetinə göndərildikdə – göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

Vergi Məcəlləsində yeni dəyişikliklər ediləcək

Məcəllənin 70.2-2-ci maddəsində göstərilir ki, sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim olunur. Vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, əgər onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.

Vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat və sənəd mübadiləsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində fərdi elektron səhifə kimi elektron kabinet yaradılıb. Elektron kabinetdən istifadə üçün vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə forması imzalanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən İnternet Vergi İdarəsində elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi yalnız vergi ödəyicisi tərəfindən vergi orqanından kod-parol götürüldükdən sonra həyata keçirilir.


Malların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?

Elektron kabinetə giriş kod-parol və ya gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Vergi ödəyicisi elektron kabinetə daxil olaraq digər vergi ödəyiciləri ilə də qarşılıqlı sənəd mübadiləsini təmin edə və elektron xidmədlərdən istifadə edə, istifadə olunmuş elektron xidmətin icra müddəti, elektron xidmətin göstərilməsinin gedişatı, elektron xidmətin nəticəsi barədə məlumat ala bilər. Vergi orqanları tərəfindən elektron kabineti olan ödəyicilərə vergi orqanının təşəbbüsü ilə məlumatların göndərilməsi birmənalı olaraq elektron kabinet vasitəsilə həyata keçirilir. Elektron kabinet vasitəsilə sənədlər (onların surətləri) və məlumatlar vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra, vergi ödəyicisi tərəfindən elektron üsulla vergi orqanına göndərildikdə – elektron üsulla göndərildiyi gün lazımi qaydada çatdırılmış sayılır.

Vergi ödəyicisinin elektron kabinetinə daxil olan məlumatlarla müəyyən dövr ərzində vergi ödəyicisi tanış olmadıqda, vergi administrasiyası tərəfindən həmin şəxsin mobil nömrəsinə xatırladıcı xarakterli xəbərdarlıq SMS-ləri göndərilir. Elektron kabinetdən istifadə nəticəsində vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyinin artırılması və ənənəvi üsulla kağız daşiyıcılarda sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısı alınmış olur.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Malların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiMalların alış sənədi olmasa 75% vergi güzəşti əldə etmək olar?


Sual: Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2019-cu il tarixdən mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi gəlirinin uçotunu aparıb xərclərinin uçotunu aparmırsa yəni alıdığı malların alışına dair əlində heç bir sənəd yoxdursa həmin vergi ödəyicisi Vergi Məcəlləsinin 101.3 və 102.1.30 cu maddələrində qeyd olunan gəlirin 75%-nin vergidən azad olunması güzəştlərdən istifadə etmək huquq varmı yoxsa yox ?

Cavab: Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Müvafiq meyarlara cavab verən şəxslərin Vergi Məcəlləsin 102.1.30-cu maddəsində nəzərdə tutulmuş vergi güzəşti-ndən istifadəsi barədə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib VakansiyaVakansiya: Mühasib

İşəgötürən: Mumuso

  • Şəhər: Bakı
  • Yaş: 28 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Vakansiya barədə məlumat

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Bank, kassa əməliyyatlarının kontrolu və uçotu
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Ödəniş tapşırıqlarının yazılması
– Qeyd olunanların uçotunun aparılması və 1C 8 programına işlənməsi
– Müdüriyyət tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi
– İş yeri AF mall
– Həftədə 1 istrahət günü
– Rəsmi qeydiyyat

Mühasib üçün tələblər

– 1C.8.3 Mühasibat proqramında sərbəst işləmək bacarığı mütləqdir (uçotun aparılması)
– 3 (üç) ildən yuxarı iş təcrübəsi
– MS Excel proqramını bilməli
– Azərbaycan və Rus dillərində danışıq qabiliyyəti
– Ciddi və məsuliiyətli
– Kollektivdə işləmə bacarığı
– İşdə dəqiqlik

Vakansiya ilə maraqlanan şəxslər: şəkilli CV-lərinizi göstərilən e-mail ünvana göndərə bilərsiniz. Məktubun mövzusunda hansı iş üçün müraciət etdiyinizi qeyd etməyiniz mütləqdir.  /

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsində yeni dəyişikliklər ediləcək

posted in: Vergi, Xəbər | 0

vergi öhdəlikləriNağdlaşdırma ilə bağlı Vergi Məcəlləsi yenidən dəyişdiriləcək.

Fevralın 28-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclasında, bir sıra məsələlərlə yanaşı, vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergi sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində məsələlər müzakirə edilib.

İclasın nəticələrinə əsasən, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” ölkə Prezidentinin 2018-ci il 22 dekabr tarixli fərmanı ilə müəyyən olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Nazirlər Kabinetinin iclasında qaldırdığı məsələlər və verilən təkliflər nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarına müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Bundan əlavə, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə nağdlaşma səviyyəsinin azaldılması və növbəti dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsi-ndə dəyişikliklər edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini hazırlayaraq 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.

Eyni zamanda, Vergilər Nazirliyinə Maliyyə və İqtisadiyyat nazirlikləri ilə birgə konstruktiv əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi haqqında, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanının 3.2.3-cü yarımbəndi ilə verilmiş tapşırığa uyğun olaraq, əmtəəsiz əməliyyatlar aparmaqla və yalan əqdlər bağlamaqla vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə növbəti dövlət büdcəsi zərfi çərçivəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinin Aparatına təqdim etmək tapşırılıb.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.