Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi?

posted in: Vergi, Xəbər | 0

ƏDV qeydiyyatının ləğv edilməsiVergidən azad olunmuş gəlirlər ilə bağlı öhdəliklər.


Sual: Fərdi sahibkar vergidən azad olunmuş gəlirlər üçün vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədikdə ona hər hansı cərimə nəzərdə tutulurmu?

Cavab: Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər çox ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad olunmuş gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən, vergidən azad edilmiş gəlir əldə edən şəxs də, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunmuş gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə, ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarına maliyyə sanksiyası tətbiq olunacaqdır. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

40 yaşdan sonra mühasib olmaq mümkündürmü?

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Əlbəttə mümkündür. Bu vəziyyətdə yaş, hər hansı bir şəkildə təhsil qaydasına təsir göstərmir. Bir çox tanışlarım iş istiqamətini dəyişdirmişdilər və hətta 45 və 46 yaşlarında olan qadınlar belə öyrənmək üçün yanıma gəlirdilər. Kursları bitirdikdən sonra onların bir çoxu indi məhz, baş mühasib vəzifəsində çalışırlar.

Ola bilsin, ümumtəhsil məktəbini təzəcə bitirmiş gənc qız da özünü məhz, mühasibatlıqla bağlı rəhbər vəzifəyə hazırlamaq istəsin.

Belə bir nümunəni misal çəkmək – bərbərliklə müqayisə etmək istəyirəm. Nədənsə məhz, belə bir müqayisə fikri ağlıma gəldi. Yəqin, siz belə bir halla rastlaşmısınız: bərbərxanaya gəlib saçınızı düzəltdirməyi xahiş edirsiniz, bunu yerinə yetirirlər və evə gəldikdən sonra sizdə saç kəsiminizlə bağlı hansısa “çatışmazlıqların” olması hissi baş qaldırır.

Amma, elə ustalar da var, hansı ki, öz işlərini elə səliqə ilə görürlər ki, güzgüdən ayrılmaq istəmirsən. Belə çıxır ki, birinci usta saç kəsimi texnikasının sadəcə ardıcıl addımlarını bilir. İkinci usta isə sizin başınızın sanki 3D təsvirini (əgər, belə demək mümkünsə) görür.

Mühasib də belədir, o, sadəcə hesab planının adını öyrənmək və ilkin sənədləri doldurmağı bilməklə kifayətlənməməlidir, o, həm də mühasib baxışlarına malik olmalıdır. Misal üçün, direktorunuz bu və ya digər vəziyyəti necə adlatmalı olduğunu öyrənmək istəyir. Siz dərhal vəziyyəti ona bir neçə tərəfdən təqdim etməyi bacarmalısınız. Özü də, bu təqdimat çox sürətli olmalıdır. Və yalnız bundan sonra sakitcə əyləşərək və Vergi kodeksini oxuyaraq, hansı vəziyyətin daha baha, hansının ən faydasız və ya qanunu pozan hal olması ilə bağlı rəhbərliyə cavab hazırlamalısınız.
S. Tatyana

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi ödəyicilərinin uçot məlumatları dürüstləşdirilir

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi Vergi ombudsmanıVergi ödəyicilərinin uçot məlumatları dürüstləşdirilir


Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicilərinin uçot məlumatları ilə faktiki məlumatları arasında hər hansı kənarlaşma müəyyənləşdirildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə məlumat verməklə uçot məlumatlarının dürüstləşdirilməsi hüququ müəyyən edilib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin uçota alınması, uçot yerinin dəyişdirilməsi ilə bağlı yenilikləri şərh edib. Bildirib ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin digər təsərrüfat subyekti olduqda həm özünün olduğu yer, həm də digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən vergi orqanına təqdim etdiyi ərizə əsasında uçota alınır: “Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin (vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yer) yerləşdiyi ünvan üzrə yenidən uçota alınır”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni idxal gömrük rüsumu tətbiq ediləcək

posted in: Xəbər | 0

Yeni nəsil NKA vergi Pedaqoji fəaliyyətYeni idxal gömrük rüsumu tətbiq ediləcək.

Sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları martın 8-də qüvvəyə minəcək.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə” qərarına əsasən, həmin tarixdən məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad ediləcək. Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq.

Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.
Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.