Read More9
Read More9

Bolqarıstan vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0

Bolqarıstan vergi sistemi barədə bilmədiklərimiz.

Bolqarıstanın vergi sistemi beynəlxalq maliyyə hesabatlılığı standartlarına uyğundur, lakin, bir sıra müəssisələr sənədləri əvvəl mövcud olmuş milli standartlara uyğun da apara bilərlər.

Vergi rezidentləri prinsipi: Əgər, Bolqarıstan ərazisində qeydiyyata alınıbsa və qeydə alınma ofisi Bolqarıstanda yerləşən hüquqi şəxslər Bolqarıstanın vergi rezidentləri hesab olunurlar. Bolqarıstandakı xarici şirkətlərin daimi nümayəndəlikləri də vergi rezidentləri kimi tanınırlar.

Vergi prinsipi: Rezident şirkətlərin istənilən ölkədə əldə etdikləri gəlirlər vergiyə cəlb olunur. Bolqarıstan ərazisində fəaliyyət göstərən qeyri-rezidentlər də əldə etdikləri mənfəətdən vergi ödəyirlər.

Dividendlər: Əgər, hökumətlərarası müqaviləyə uyğun şərtlər əsasında aşağı tarif müəyyən edilməyibsə, onda gəlir mənbələrinə qeyri-rezidentlərdən ötrü 5% tarifi ilə gəlir faizi təyin edilib. Avropa Birliyi ölkələrindən olan rezidentlər gəlir mənbələrindən vergi ödəmirlər.

Lisenziyalı ödənişlər, qonorarlar və royaltilər: Qeyri-rezidentlər tərəfindən ödənilən lisenziyalı ödənişlər, qonorarlar və royaltilər 10% tarifi ilə vergi ödəyirlər. Bir sıra hallarda Avropa İttifaqından olan rezidentlər üçün lisenziyalı ödənişlər, qonorarlarvə royaltilər üçün 5% tarifi ilə vergi müəyyən edilib.

ƏDV: Bolqarıstan ərazisində ƏDV mal və xidmətlərin ümumi qiymətindən tutulur. Bolqarıstanda bu verginin standart tarifi 20% təşkil edir. Mehmanxana xidmətləri üçün isə ƏDV-nin həcmi 9% tarifi ilə müəyyən olunub.

ƏDV-dən ötrü qeydiyyata alınma: Təsərrüfat fəaliyyəti ilə məşğul olan və illik dövriyyəsi 50 000 bolqar levindən (31 500 ABŞ dolları) artıq olan bütün rezidentlər üçün ƏDV ödənişi ilə bağlı qeydiyyat məcburidir. Bəzi xidmətlərə görə qeydə alınma hüdudu 20 000 ilə 70 000 lev arasında müəyyən olunub.

ƏDV ödənişi: ƏDV hər hesabat ayı üzrə, ay başa çatdıqdan sonrakı 14 gün ərzində ödənilməlidir.

Bolqarıstanda olan digər korporativ vergilər

Kapitala görə vergi: Bolqarıstanda kapitallaşmaya görə vergi nəzərdə tutulmayıb.

Yığım fondu ilə bağlı vergi: Bolqarıstanda yığım fondları ilə bağlı vergi yoxdur.

Əməkhaqqı fondu ilə bağlı vergi: Bolqarıstanda işəgötürənlər üçün əməkhaqqı fondlarına vergi mövcud deyil.

Daşınmaz əmlaka görə vergi: Bolqarıstanda daşınmaz əmlaka görə vergi, əmlakın dəyərini əks etdirən qiymətin həcmindən asılı olaraq, 0,01%-dən 0,45% civarında müəyyən edilib.

Mirasa görə vergi: Mirasa görə vergi yerli hakimiyyət orqanları tərəfindən, qohumluq dərəcəsi nəzərə alınmaqla, 0,4% – 6,6% hüdudunda müəyyən edilib.

Gerb yığımı: Bolqarıstanda gerb yığımları nəzərdə tutulmayıb.

Daşınmaz əmlakın idarə olunması hüququnun başqasına verilməsi ilə bağlı vergi: Bolqarıstanda belə bir vergi növü nəzərdə tutulmayıb.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təkmil uçotun tətbiqi audit üçün perspektivlər açacaq

posted in: Audit, Excel, Xəbər | 0

Kənar audit“Kölgə iqtisadiyyatı”nın azaldılması audit sistemi üçün perspektivlər açacaq.

Auditorlar Palatasının sədri Vahid Novruzov “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusuna həsr olunmuş forumdakı çıxışında bəyan edib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda “kölgə iqtisadiyyatı”nın azaldılmasına dair yol xəritəsinin hazırlanması üzrə iş aparır. Bildirib ki, sənəddə ölkə Prezidentinin “kölgə iqtisadiyyatı” ilə bağlı söylədiyi fikirlər əsas götürülüb. Qeyd olunub ki, bu sahədə qabaqcıl xarici təcrübədən bəhrələnmək və ölkəmizdə həyata keçirilən mühüm tədbirlərin təşviqini təmin etmək məqsədilə Vergilər Nazirliyi və Azərbaycan İqtisadçılar Birliyi ilə birgə bu ilin sentyabr ayında “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılıb.

V.Novruzov bildirib ki, verginin ümumi dəyərdən deyil, gəlir və xərclər nəzərə alınmaqla hesablanması zərurəti təkcə vergi yükünün optimallaşdırılması ilə bağlı deyil, bütövlükdə maliyyə nəzarəti və şəffaflığın artırılması nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Belə bir yanaşma təkmil uçot və hesabatlılıq sisteminin tətbiqi, müstəqil audit institutunun qanunvericiliklə ona həvalə olunmuş vəzifələrinin icrası baxımından da önəmlidir.
Verginin ümumi dəyərdən deyil, gəlir və xərclər nəzərə alınmaqla hesablanması bütövlükdə maliyyə nəzarəti və şəffaflığın artırılması baxımından da önəmlidir

Çıxışında audit sisteminin mövcud problemlərinə toxunan sədr əsas səbəblərdən biri kimi gəlir və xərclərin uçotunun və hesabatlılığın qənaətbəxş səviyyədə aparılmadığını qeyd edib. V.Novruzov bu məsələni gündəmə gətirdiyinə və göstərdiyi dəstəyə görə ölkə auditorları adından vergilər nazirinə təşəkkür edib: “Təbii ki, uçot və hesabatlılıq lazımi səviyyədə olmayan yerdə maliyyə nəzarətinin, o cümlədən auditin rolundan və əhəmiyyətindən danışmaq çətindir”. O, idarəetmənin optimallaşdırılması və sahibkarların yükünün azaldılması ilə bağlı təkliflərini də səsləndirib, müasir təfəkkürlü vergi ödəyicilərini formalaşdırmağın əsas məsələlərdən olduğunu qeyd edib. Bildirib ki, il boyu mütəmadi məsləhət və tədris xidmətlərinin aparılması, eyni zamanda kütləvi informasiya vasitələrindən, telekanallardan sistemli şəkildə istifadə edilməsi vacibdir: “Dialoq mühitinin daha da şəffaflaşdırılması, vergi əməkdaşları və audit barədə informasiyaların birbaşa sahibkarlardan bizə daxil olması mühüm əhəmiyyət kəsb edə bilər. Bunun öz konsepsiyası hazırlanmalı və prosedurlar olmalıdır ki, hər bir müraciət edən sahibkarın məxfiliyi qorunmaqla onun istəkləri və qarşılaşdıqları çətinliklər birbaşa müvafiq qurumlara çatdırıla bilsin”.

Palata sədri rəqəmsal iqtisadiyyatın və sosial auditin imkanlarından dialoqun mahiyyəti və çevikliyi baxımından istifadə edilməsinə tərəfdar olduğunu deyib: “Artıq reallaşmağa başlayan vergi ödəyicilərinin şəxsi kabineti sistemi ölkəmizdə tezliklə öz real həllini tapmalıdır. Vergilər Nazirliyi və Auditorlar Palatasının müvafiq şuralarında nümayəndələrin qarşılıqlı təmsilçiliyinin təmin edilməsi vacibdir. Bu, mövcud problemlərin həllində operativliyin təmin olunması baxımından xüsusi önəm kəsb edir”.

Bu fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı təsdiq edilib

posted in: Xəbər | 0

Yeni nəsil NKA vergiBakı şəhəri, 18 fevral 2019-cu il Pedaqoji fəaliyyət ilə məşğul olmağa yol verməyən
xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci  il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası   Prezidentinin   2018-ci   il   5   iyul tarixli 164 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Pedaqoji fəaliyyət ilə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı təsdiq edilsin (əlavə olunur).
  2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 18 fevral

tarixli 57 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Pedaqoji fəaliyyət ilə məşğul olmağa yol verməyən xəstəliklərin
SİYAHISI
 

Sıra

№-si

Xəstəliklərin Beynəlxalq Təsnifatı üzrə

(XBT-10) kodu

 

Xəstəliklərin adı

1 2 3
1. A15 Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi
2. F00 Alsheymer xəstəliyi zamanı demensiya
3. F01 Vaskulyar demensiya
4. F02 Başqa rubrikalarda təsnif edilən xəstəliklər zamanı demensiya
5. F03 Dəqiqləşdirilməmiş demensiya
6. F06.0 Üzvi hallyüsinoz
7. F06.1 Üzvi-katatonik hal
8. F06.2 Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu
9. F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu
10. F10 Alkoqol qəbulundan yaranan psixi və davranış pozuntuları
11. F11 Opioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
12. F12 Kannabioidlərin qəbulundan yaranan psixi və davranış pozuntuları
13. F14 Kokainin qəbulundan yaranan psixi və davranış pozuntuları
14. F16 Hallyüsinogen maddələrin qəbulundan yaranan psixi və davranış pozuntuları
15. F20 Şizofreniya
16. F22 Xroniki sayıqlama pozuntuları
17. F31.1 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız növbəti maniya epizodu
18. F31.2 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla növbəti maniya epizodu
19. F31.4 Bipolyar affektiv pozuntu, psixotik simptomlarsız müşahidə olunan ağır dərəcəli

depressiyanın növbəti epizodu

20. F31.5 Bipolyar affektiv pozuntu, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiyanın növbəti epizodu
21. F33.3 Qayıdan depressiv pozuntu, psixotik

əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod

22. F60.0 Şəxsiyyətin paranoid pozuntusu
23. F60.2 Şəxsiyyətin dissosial pozuntusu
24. F60.3 Şəxsiyyətin emosional davamsız pozuntusu
25. F60.4 Şəxsiyyətin isterik pozuntusu
26. F63.0 Azartlı oyunlara patoloji meyil
27. F63.1 Yanğına patoloji hərislik (piromaniya)
28. F63.2 Oğurluğa patoloji hərislik (kleptomaniya)
29. F65 Seksual seçimin pozuntusu
30. F98.5 Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla)
31. H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla)
32. J38.0 Səs büküşlərinin və qırtlağın iflici
33. H54.0 Binokulyar korluq (xüsusi təhsil müəssisələri istisna olmaqla)
34. H54.1 Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri istisna olmaqla)

 

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər

posted in: Müqavilələr, Xəbər | 0

Dövlət rüsumuİşəgötürənlər əmək müqavilələrində dəyişiklik etməlidirlər.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti minimum əməkhaqqının 180 manata çatdırılması ilə əlaqədar işəgötürənlərə müraciət edib.

Xidmət işəgötürənlərin nəzərinə çatdırır ki, onlar minimum əməkhaqqından aşağı maaş alan işçilərin əməkhaqqını 180 manata çatdırmalıdırlar. İşəgötürənlər bununla bağlı əmək müqavilələrinə dəyişiklik edərək, martın 1-dək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil etməlidirlər. 19 dərəcədən ibarət Vahid Tarif Cədvəli üzrə əməkhaqqı ödənilən işçilərdən maaşı minimum əməkhaqqından aşağı olan işçilərin də maaşlarında artım edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir. Müraciətdə qeyd olunur ki, müəyyən edilmiş vaxtadək məlumatları sistemə daxil etməyən işəgötürənlər üçün inzibati məsuliyyət yaranacaq: İnzibati Xətalar Məcəlləsinə əsasən, işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə cərimə nəzərdə tutulur.

Mənbə: vergiler.az

error: Content is protected !!