Read More9
Read More9

Yarım milyona yaxın pul mənimsəyən qadın mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

PolisKurqanda 19 milyon rubl pul oğurlayan sabiq mühasib.

Ticarət müəssisəsində işləyən qadın bir neçə il ərzində öz hesabına təşkilatın pullarını köçürüb.

Kurqan vilayətindən olan müstəntiqlər ticarət müəssisəsinin keçmiş mühasibinə qarşı cinayət işi qaldırılblar. Belə ki, qadın təşkilatdan 19 milyon rubl oğurlayıb. Bu haqda DİN-nin Kurqan vilayəti üzrə idarəsinin saytında məlumat yerləşdirilib.

“38 yaşlı qadın (ticarət müəssisəsinin baş mühasibi) xidməti vəziyyətindən və bank hesablarına olan çıxışdan istifadə etməklə, bir neçə il ərzində öz hesabına pul vəsaitləri köçürüb. Nəticədə dələduz mühasib 19 milyon rubla yaxın vəsait mənimsəyib. Hazırda Rusiya DİN-nin Kurqan vilayəti üzrə polis idarəsinin müstəntiqləri  ona qarşı mənimsəmə və ya israfçılıq və pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) ilə bağlı cinayət işi qaldırıblar”, – məlumatda belə deyilir.

Qryd olunur ki, pulların oğurlanması barədə polisə məlumatı qadının çalışdığı fərdi sahibkar xəbər verib. “Oğurladığı pul ilə keçmiş mühasib özünə daşınan və daşınmaz əmlak almağa xərcləyib”, – polis idarəsindən belə söyləyiblər.
İdarədən həmçinin bildirilib ki, şübhəli artıq həbs olunub və onu 10 ilədək həbs cəzası gözləyir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ombudsmanı nə edəcək?

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə edəcək.

Vergilər Nazirliyi vergi ödəyicilərinin hüquqlarının qorunması məsələsini daim diqqətdə saxlayır. Vətəndaş müraciətlərinə vaxtında baxılması, vergi ödəyicilərinin müraciətlərinin keyfiyyətlə araşdırılması, habelə sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş mexanizmlərin təşkili istiqamətində tədbirlər görülür. Vergilər Nazirliyində Vergi Apelyasiya Şurası fəaliyyət göstərir, habelə 2018-ci ildə vergi şikayətlərinə baxılması işinə səmərəli nəzarət məqsədilə yeni apelyasiya mexanizmi də yaradılıb.

Bununla yanaşı, Vergilər Nazirliyi vergi şikayətlərinə baxılması prosesini təhlil edərkən bir sıra hallarda sahibkarların qanuni mənafelərinin pozulmasının vergi əməkdaşlarının yoxlama prosesində, yoxlama aktlarının tərtibi və vergilərin hesablanmasında, habelə vergi ödəyicilərinin düzgün məlumatlandırılmaması nəticəsində baş verməsi faktları ilə bağlı olduğunu müəyyən edib. Məsələn, sahibkar Zülfüqar İsmayılovun xronometraj metodu ilə aparılmış müşahidənin nəticəsinin düzgün müəyyən edilməməsi və ƏDV qeydiyyatına alınması, vergi ödəyiciləri Fidan Cəbiyeva və Fuad Cəbiyevin kameral vergi yoxlamasının hesabat dövründən 3 il keçdikdən sonra aparılması, bir sıra şirkətlərdə mənfəət vergisi bəyannaməsində göstərilən xərclərin uçot baza məlumatları ilə təsdiq edilmədiyi barədə qərarların sonradan təqdim olunmuş təsdiqedici sənədlər əsasında təsdiqini tapması və s. kimi hallarla bağlı araşdırma aparılıb və Vergi Apelyasiya Şurasının qərarı ilə şikayətlər təmin edilib.


Vergi məsələləri üzrə ombudsmanın əsas vəzifəsi vergi ödəyicilərinin şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq,
vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq
formatında tənzimlənməsinə kömək göstərməkdir


Apelyasiya verilmiş işlərin, habelə mübahisələndirilən məsələlərin təhlili aparılarkən bir sıra hallarda sahibkarların kifayət qədər hüquqi biliklərə malik olmamaları, vergi qanunvericiliyinin tətbiqi ilə bağlı məlumatsızlıqları ilə əlaqədar belə qərarlarla bağlı apelyasiya prosesində iştirak etməkdən çəkindikləri müəyyən edilib. Sahibkarların hüquq və qanuni mənafelərini daha etibarlı şəkildə müdafiə etmək, belə müdafiə kanallarının və kommunikasiya imkanlarının artırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən yeni və daha effektiv mexanizmlərin yaradılması istiqamətində araşdırmalar aparılıb. “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan”a əsasən, beynəlxalq təcrübəyə söykənərək aparılan belə araşdırmalar zamanı vergi ödəyicilərinin hüquqlarını qoruyan institutların yaradılması praktikası, vergi ödəyicilərinin hüquqlarının qorunmasında Avropa İttifaqına üzv ölkələrin təcrübəsi, belə institutların fəaliyyətini tənzimləyən qanunvericilik aktları, şikayətlərin idarə edilməsi sistemi və s. geniş öyrənilib.

Vergilər Nazirliyi inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürərək, Azərbaycanda Vergi Ombudsmanı İnstitutunun yaradılmasına dair qərar qəbul edib və artıq bununla bağlı vergilər naziri tərəfindən müvafiq əmr imzalanıb. Vergi Ombudsmanı İnstitutu xarici ölkələrdə vergi ödəyicilərinin hüquqlarını qoruyan struktur model kimi tətbiq olunur və uğurlu nəticələri var. Ombudsmanın fəaliyyətinin başlıca məqsəd və vəzifəsi vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, vergi administrasiyaları ilə münasibətlərinin qarşılıqlı əməkdaşlıq formatında tənzimlənməsinə kömək göstərməkdir. Vergi ombudsmanı sahibkarların hüquq və qanuni mənafelərinin müdafiəsinə yönəlmiş ictimai institutlar və sahibkarlar icması ilə əməkdaşlıq etmək, həmçinin korrupsiya halları, sahibkarların qanuni maraqlarının pozulmasına dair şikayətləri araşdırmaq, KİV də daxil olmaqla, hər hansı mənbədən sahibkarların hüquqlarının pozulmasına dair məlumat əldə etdiyi təqdirdə, öz müstəqil araşdırmasına başlamaq hüququna malik olan şəxsdir.

Beynəlxalq təcrübəyə əsasən, vergi ombudsmanı vergi orqanları və vəzifəli şəxslərdən məlumat, sənəd və materiallar almaq, sahibkarların müraciəti və razılığı əsasında vergi yoxlamasında iştirak etmək, sahibkarların hüquq və mənafelərinin pozulmasına gətirib çıxaran vergi orqanlarının qərarlarının icrasının dayandırılmasına dair nazirliyin aidiyyəti departamentlərinin rəhbərlərinə vəsatətlə çıxış etmək səlahiyyətinə, habelə biznes subyektlərinin şikayətlərinin hərtərəfli və obyektiv baxılması üçün əlavə ekspertləri cəlb etmək hüququna malikdir.

Vergi Ombudsmanı İnstitutu vergi ödəyicilərinin hüquqlarını qoruyan strukturdur. Belə bir qurumun fəaliyyətə başlaması Azərbaycanın vergi sisteminə bir neçə baxımdan fayda verəcəkdir. İlk növbədə, vergi ödəyicilərinin hüquq və manafelərinin etibarlı qorunması baxımından aparılan işlərə öz töhfəsini verəcək, onların işini yüngülləşdirəcəkdir. Eyni zamanda, vergi ödəyicilərinin intizamının güclənməsi və vergiləri vaxtında və tam şəkildə ödəməsi baxımından da bu institutun rolu böyükdür. Çünki vergi ombudsmanının cəmiyyətdə böyük nüfuzu və peşəkarlığının olması ona inamı artırır. Dövlətin özünün bu qurumun mütəxəssislərindən gözləntiləri çoxdur və onun verdiyi rəyə hörmətlə yanaşılır. Bu təşkilatın əməkdaşları ilə vergi ödəyiciləri arasında ünsiyyət dərin olduğundan, onların üzərinə böyük məsuliyyət düşür. Ombudsman sahibkarlara öz hüquq və öhdəliklərini yerinə yetirmək, dövlətin müəyyən etdiyi qanunların tələblərinə riayət etmək, dövlət büdcəsinə vergilərin vaxtında ödənilməsi üçün məsuliyyətini başa salmaq və digər müxtəlif təşviqat işləri görmək, məsləhət və tövsiyələr vermək səlahiyyətlərinə də malikdir.

Hazırda Vergi Ombudsmanı İnstitutunun formalaşdırılması, onun funksiya və səlahiyyətləri, habelə fəaliyyət mexanizmi ilə bağlı iş aparılır.
Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamaları məbləğVergi ödəyicisinin təsərrüfat subyektinin uçot məlumatlarının dəyişdirilməsi.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə

– dəyişikliyi təsdiq edən sənəd

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer: ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün),         Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 

2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər

təsərrüfat subyektinin uçot məlumatlarının

dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (e-qutuya göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda)

Elektronlaşdırma səviyyəsi: 

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Bax: Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0

bildiriş Vergilər forumVergilər naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək.

Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 25 fevral 2019-cu il tarixində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 20-23 fevral 2019-cu il tarixlərində Beyləqan rayonunda 8 saylı Ərazi Vergilər İdarəsinə və İmişli rayonunda vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: taxes.gov.az

Bax: Vergilər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq forum keçirilir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
error: Content is protected !!