Dünya ölkələrində əmlak vergisi (5-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlak Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Kipr, Latviya və Monakoda mövcud olan göstəricilərdən bəhs edəcəyik.
Kiprdə daşınmaz əmlak alınan zaman 0,15-0,20% həcmində vergi tutulur. Əmlakın qeydiyyatı zamanı isə 3-8% həcmində vergi ödənilir.

Yeni əmlakdan 19% ƏDV tutulur. Daşınmaz əmlaka görə illik vergi olaraq 0,6-1,9%+55 avrodan 185 avroya kimi ödəniş etməlisən. Kapital artımına tutulan vergi 20% təşkil edir. Miras və ya vərəsəlik olu ilə keçən əmlaka görə vergi müəyən edilməyib. Fiziki şəxslərdən 0-35% həddində, hüquqi şəxslərdən isə 12,5% miqdarında vergi tutulur.

Latviyada yeni əmlak alınarkən, vergi tutulmur. Yeni alınan daşınmaz əmlakın qeydiyyatı zamanı 2% vergi ödənilir. Yeni alınan əmlakdan 21% ƏDV tutulur. Əmlaka görə illik vergilər 0,2-0,6% təşkil edir. Kapital artımına görə 15% vergi ödəməli olursan. Mirasa və ya vərəsəlik yolu ilə keçən əmlaka görə vergi nəzərdə tutulmayıb. Bu ölkədə fiziki şəxslərdən 24%, hüquqi şəxslərdən isə 15% gəlir vergisi tutulur.

Monakoda yeni əmlaka görə vergi ödənilmir. Əmlakın qeydiyyatına görə 4,5% vergi tutulur. Yeni alınan əmlakdan 20% həcmində vergi ödəməlisən. Bu ölkədə əmlaka görə illik və kapital artımına görə vergilər də tutulmur. Miras və ya vərəsəlik yolu ilə keçən əmlakdan 8-16% həcmində vergi ödəməlisən. Maraqlıdır ki, Monakoda fiziki şəxslərdən gəlir vergisi tutulmur, amma hüquqi şəxslərdən 33,33% vergi ödəməli olursan.


Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Banka getmədən hesab açmaq mümkün olacaq

posted in: bank, Xəbər | 0

Banka getmədən hesab açmaq mümkün olacaq/

Azərbaycanda bank hesablarının açılması ilə bağlı yeni qaydalar hazırlanıb və müzakirədədir.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov məlumat verib.

“Bu qaydalar bazara bir sıra yeniliklər gətirəcək. Vətəndaşlar evdən və yaxud iş yerindən hesab aça biləcəklər.

Ümumiyyətlə, “ASAN finans” sisteminin və bu layihə çərçivəsində “Elektron hökumət” portalının verdiyi imkanlardan istifadə etməklə könüllü və icbari sığorta bazarını genişləndirmək mümkündür. Maliyyə sektorunun ana hədəflərindən biri rəqəmsallaşma, müştəri məmuniyyətinin təmin olunmasıdır. Ötən il cari hesablar üzərindən elektron əməliyyatlarin payı 24%-ə çatıb ki, bu da təxminən 2 dəfə artım deməkdir. Lakin biz bununla kifayətlənməməliyik”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gəlir vergisi güzəşti qazanacaq işçilərlə bağlı meyarlar təsdiq edildi

posted in: Vergi, Xəbər | 0

Yeni nəsil NKAVergi güzəşti alacaq işçilərin meyarları təsdiqləndi


“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.1-ci yarımbəndinin və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

3. Bu Qərar 2019-cu il yanvarın 1-dən tətbiq edilir.

Azərbaycan Respublikasının
Baş naziri                         Novruz Məmmədov

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2019-cu il 18 fevral
tarixli 56 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun
MEYARLARI
1. Ümumi müddəalar

 

1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 101.1-4-cü maddəsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.7-ci maddəsinə uyğun olaraq neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını (bundan sonra – Meyarlar) müəyyən edir.

1.2. Bu Meyarlarda istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Meyarlar

2.1. Neft-qaz sahəsində fəaliyyətə dair Meyarlar aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri fəaliyyət növündən asılı olmayaraq tam tərkibdə;

2.1.2. bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə xidmət göstərən xarici və yerli subpodratçılar:

2.1.2.1. mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə;

2.1.2.2. il ərzində yeni yaradılacaq subpodratçılar üzrə – yeni yaradılan subpodratçı ilin əvvəlindən bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə mal təqdim etməyə, iş görməyə və xidmət göstərməyə başladığı ayadək əməkhaqqından gəlir vergisini güzəştli dərəcələrlə tətbiq edir. Təqvim ili ərzində bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərlə müqavilə bağlayan subpodratçıların ilin əvvəlindən artan yekunla cəmi gəlirlərində (xərclər nəzərə alınmadan) həmin müqavilələr üzrə gəlirlərin (xərclər nəzərə alınmadan) xüsusi çəkisi 50 faizdən çox olduğu təqdirdə, növbəti ayın 1-dən etibarən təqvim ilinin sonunadək güzəşt hüququnu itirir (növbəti aylar üzrə artan yekunla gəlirlərin (xərclər nəzərə alınmadan) nisbətindən asılı olmayaraq). Növbəti ildən mövcud subpodratçı kimi bu Meyarların 2.1.2.1-ci yarımbəndində qeyd olunan meyar əsas götürülür.

2.2. Qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər.

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

650 manat məvaciblə, 1 il iş təcrübəsi olan Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

“Carçıoğlu Group” MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Namizədlərə olan tələblər:

• Yaş həddi 22-30;
• Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
• Mühasibatlıq sahəsi üzrə minimum 1 il təcrübə;
• Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
• 1C 8.3 (3 rəqəmli ), MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;


Maliyyə Direktoru tələb olunur

Vakansiya barədə məlumat:

• Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
• Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• İşində məsuliyyətli, dəqiq və detallara diqqətli olmalı;

Əmək haqqı: 650 AZN.

Göstərilən tələblərə cavab verən namizədlər öz CVlərini   / elektron ünvanına (Mühasib başlığı ilə) göndərə  bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.