2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vakansiya: Baş mühasib

İşəgötürən: Fiziki şəxs-İstehsal sahəsi

  • Şəhər: Bakı
  • Yaş: 30 – 55 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Səfərov İsi
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi,
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi-şənbə: 09:00-dan 18:00-dək
– Bazar günü – istirahət


 Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Kişi namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– İstehsal sahəsində iş təcrübəsi olan şəxslərə üstünlük veriləcək

CV-lərinizi foto ilə birlikdə  /  ünvanına Baş mühasib başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yoxlamalarla bağlı qanuna dəyişiklik təsdiqlənib

posted in: Xəbər | 0

Sahibkarlıq fəaliyyətinin yoxlanmasıMilli Məclis tərəfindən yoxlamalar və valyuta tənzimi ilə bağlı qanunlara dəyişikliklər təsdiqlənib.

Milli Məclis bu gün keçirilən plenar iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib.

Dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.

Xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Təklif edilən dəyişikliyə əsasən, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.


Telegram qrupumuza üzv olun

Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna da dəyişikliklər layihəsi də parlamentin bu gün keçiriıən iclasında qəbul olunub. Dəyişikliklə nəzərdə tutulur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin.

Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur.

Bundan başqa, parlament Azərbaycanda “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini qəbul edib. Dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur.

Xatırladaq ki, qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru (“Azərpoçt” MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1C proqramının adının təşəkkülü ilə bağlı 10 fakt

posted in: 1C, Məqalə, Xəbər | 0

1C1C proqramı bazarda peyda olana kimi işçilər bu və ya digər sənədləri əl ilə olduqca gec axtarıb tapa bilirdilər. 1C proqramı bu axtarışı sürətləndirdi – istifadəçi müəyyən kriteriyaları daxil etməklə dərhal nəticəyə nail ola bilirdi. Zaman keçdikcə daha çox sayda şirkətlər və müəssisələr bu proqramı satın alırdılar – axı, biznes dünyasında vaxt amili mühüm rol oynayır. Şirkət rəhbərləri öz işçilərinin bu proqramı daha tez mənimsənilməsi və tam şəkildə ondan istifadə olunmasında maraqlıdırlar.

1C şirkətinin əsası 1991-ci ildə Rusiyada məşhur rus sahibkar Boris Georgiyeviç Nuraliyev tərəfindən qoyulub.

Proqrama ilk adı öz axtarış sistemindən çıxış edərək Boris Nuraliyevin özü vermişdi: 1C (lazım olan informasiyanın əldə olunması üçün saniyədən də az vaxt lazımdır). Proqram xüsusi olaraq, müəssisələrdə mühasibatlıq işlərinin yüngülləşdirilməsi məqsədilə Borisin qardaşı – Sergey Nuraliyev tərəfindən yazılmışdı.

Daha sonra bazara “1C: Müəssisə” proqramı çıxarıldı, hansı ki, mühasibatlıq və idarəetmə uçotunun sürətləndirilməsinə, eləcə də personalın idarə olunmasına və əmək haqqı hesalaşmalarına fokuslaşdırılmışdı. Çoxlu sayda müxtəlif proqramlar buraxılmışdı: 1C: Müəssisə: Əməkhaqqı və personalın idarə olunması, Ticarət müəssisəsinin idarə olunması, Ukrayna üçün mühasibatlıq və s. Həmçinin proqramın mənimsənilməsinə hesablanan təlim versiyaları da buraxılmışdı. Proqram daim təkmilləşdirilir, yeni versiyaları buraxılır.

1C şirkəti tərəfindən həmçinin “1C: Konsolidasiya” proqramı da buraxılıb. O, ilk növbədə müəssisələr qrupunun işləri ilə bağlı təhlilin sadələşdirilməsi məqsədilə şirkətlər və müəssisələrin rəhbər işçiləri, direktorları üçün hazırlanmışdı. Düzgün qərarlar qəbul etmək çox vaxt müəssisənin, onun bölmələri və filiallarının işləri barədə informasiyanın nə qədər rahat təqdim olunmasından asılı olur. Cədvəllər, qrafiklər və diaqramlar rəhbərliyə öz şirkətlərinin işini daha asan dəyərləndirməyə, maliyyə və digər göstəricilərlə bağlı nisbəti daha tez aşkara çıxarmağa kömək edir.

Bir qədər sonra 1C şirkəti tərəfindən “1C: elektron təlim” proqramı buraxıldı. Şirkət təlim prosesini sürətləndirmək və bundan daha tez faydalanmağa fokuslaşmışdı ki, indiki zamanda bu, bir çox şirkətlər və firmalar üçün aktual problem hesab olunur. Bu proqram eləcə də təhsil müəssisələrində istifadə üçün nəzərdə tutulub, onun köməkliyi ilə biliklərin müəllimdən tələbəyə daha tez ötürülməsi təmin edilir ki, bu çox mühüm rol oynayır.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sonrakı vaxtlarda şirkət – “1C: Sənəd dövriyyəsi” proqramını buraxdı ki, o da şirkət və müəssisə rəhbərlərinə və kadr işçilərinə çoxlu imkanlar yaratdı. Onun üstünlükləri: faylların qorunması (müəssisənin bütün sənədlərinin uçotu həyata keçirilir); kollektiv iş (bütün işçilərin fayllara çıxışını təmin edir); iş vaxtının uçotu (müəssisə rəhbərliyinə tabeliklərində olan işçilərin əməyinin effektivliyini qiymətləndirməyə imkan yaradır),  İnternetdən və elektron poçtdan istifadə (İnternet vasitəsilə fayllardan istifadə); fərdi tənzimləmələr – hər bir işçiyə öz tənzimlənməsi ətrafında imkanlar yaradır və fayllara çıxışı qadağan edir. “1C: Sənəd dövriyyəsi” proqramının bütün bu funksiyaları həm rəhbərlik, həm də əməkdaşlar üçün işləri bir neçə dəfə sadələşdirir. Proqram çoxlu miqdarda vaxta qənaət etməyə imkan yaradır ki, bu çox önəmli amildir. O, rəhbərliyə öz tabeçiliklərində olanlara nəzarət etməyə imkan yaradır ki, bu da müəssisənin gəlirlərini əhəmiyyətli dərəcədə artırır. Hazırkı məqamda bu proqramdan artıq çoxlu sayda şirkət, firma və müəssisələr istifadə edirlər.

  • 1C  proqramının adı ilə bağlı daha bir versiya da mövcuddur. Həmin versiyada deyilir ki, bu ad ona görə belə düşünülüb ki, bütün məşhur soraq kitabçalarında birincilik qazansın, axı, əlifba üzrə çeşidləmə zamanı hərflərdən fərqli olaraq rəqəmlər birinci gəlir.
  • Adın təşəkkülü ilə bağlı növbəti versiya belə hesab edir ki, çox güman ki, bu əfsanə ilə bağlıdır. Orada deyilir ki, 1C adında şifrələnmiş belə bir ifadə yer alıb: “mühasibatlıqla üzbəüz”.
  • Beləliklə, üç versiyadan söz açdıq, indi isə dördüncünün üzərində dayanaq. Həmin versiyaya görə 1C adı – bu yəhudi əlifbasındakı ilk yazılan hərfdir və “alef” kimi oxunur.
  • Növbəti, beşinci versiya deyir ki, proqrama bu adı öz qardaşının (Sergey Nuraliyev) kompüterində əldəqayırma mühasibat proqramını görən Boris Nuraliyev verib. Həmin anda o, bundan peşəkar mühasibat proqramı düzəltəməyi düşünüb, hansı ki, əksər şirkət və müəssisələrə yararlı olsun. 1C adı isə bunu ifadə edir: tamamını piratların acığına “Sergey tək edib”.
  • Ad ilə bağlı altıncı versiya bunu ifadə edir: “1C – birinci növdür və ya First Company (ilk şirkət)”. Lakin, buradan belə bir sual ortaya çıxır – onda niyə əla növ yox? Bu versiya müəyyən sübutlarla möhkəmləndirilib.
  • Yeddinci versiya ondan ibarətdir ki, ad heç bir halda şərh olunmur və tərcümə edilmir, o empirik yolla, yəni, müəyyən biliklər – ekspert yolu ilə əldə olunub.
  • Səkkizinci mümkün versiya belədir ki, “C” klaviaturanın klavişlərində yeganə hərfdir ki, həm latın, həm də kiril əlifbasında bir-birilə uyğun gəlir.
  • 1C adının təşəkkülü ilə bağlı doqquzuncu versiya ondan ibarətdir ki, 1C adı “Vahid sistem” və ya “Vahid standart” mənasını ifadə edir. Yəni, sistem materialları bazarında yalnız yaxşı proqramlar ola bilər. Boris Nuraliyev də bazara elə proqramla çıxmaq istəyib ki, əvvəl mövcud olanlardan daha yaxşı olsun.
  • Və nəhayət son. Onuncu versiyanın belə bir tarixçəsi var: özünün hələ heç kəsə məlum olmayan mühasibat proqramı ilə bazara çıxan Boris Nuraliyev belə söyləyib: “Bizdə çox yaxşı bir yeni proqram var, əgər, nəsə düz getməsə. onda “1 saniyə gözləyin” və sizin probleminiz həllini tapacaq”.
Bütün yuxarıda deyilənləri yekunlaşdıraraq, söyləmək olar ki, yuxarıda sadalanan on versiya arasında ən düzgünü və səhihi birinci versiyadır. Müxtəlif mənbələrdə həmin versiyaya daha tez-tez rast gəlirsən və görünür o, digərlərindən daha həqiqidir. Bu şirkətin proqram məhsullarından 20 il ərzində daha çox şirkətlər və korporasiyalar istifadə edir, özü də təkcə Rusiyada deyil, onun hüdudlarından kənarda da. 1C şirkətindən olan proqramçılar bir yerdə ayaq döymək istəmirlər, onlar mühasibat proqramlarının yeni versiyaları üzərində işləməkdə davam edirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Bu şəxslər sadələşdirilmiş vergi ödəməlidir

posted in: Vergi, Xəbər | 0

sadələşdirilmiş vergi ödəyicisiNazirlik: İaşə obyektlərində çalışanlar sadələşdirilmiş vergi ödəməlidir.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bu il yanvarın 1-dən ictimai iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat, Bakı üçün isə iki əmsalı tətbiq edilməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər.


Telegram qrupumuza üzv olun

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu zaman ofisiantla obyekti işlədən vergiödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır. Eyni vergiödəyicisi Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzi almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Ödəniş sənədində vergiödəyicisinin VÖEN-i göstərilməlidir. Vergiödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada “Sabit verginin ödənilməsi haqqında qəbz” verilir.

Mənbə: azertag.az