2500 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifə: Baş mühasib

İşəgötürən: Agrico MMC

Şəhər: Bakı

Yaş: 30 – 50 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Ali

İş təcrübəsi: 5 ildən artıq

Əlaqədar şəxs: Kamran Məmmədov

E-mail:  /

Əmək haqqı: 2000 – 2500 AZN
Vakansiya barədə məlumat

– Mühasibat və vergi uçotunun aparılması;
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara (Xüsusi Rejimli Vergi Xidməti Departamenti, DSMF və Statiştika Şöbəsi) təqdim edilməsi;
– Bank əməliyyatlarının həyata keçirilməsi;

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30
– Şənbə : 10.00 – 16.00

– İş yeri Aşağı Güzdək qəsəbəsində yerləşir
– Şirkət 20 Yanvar metrosundan servislə təmin edir.

Maraqlanan namizədlər mövzu yerində Baş mühasib yazmaqla öz CV-lərini / ünvanına göndərə bilərlər.

Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Əmək və Vergi Məcəlləsini yaxşı səviyyədə bilməlidir;
– Müvafiq normativ-hüquqi sənədlər, müəssisədaxili normativ sənədlər, iş vaxtının uçotu;
– Ən azı 3-5 il iş təcrübəsi (istehsalat, satış);
– Müvafiq normativ-hüquqi sənədlər;
– Maya dəyərinin hesablanması qaydaları;
– Avans hesablarının təlimatı;
– MS Office, 1C proqramlarında sərbəst işləməyi bacarmalıdır.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dünya ölkələrində əmlak vergisi (4-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

əmlakDaşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda İspaniya və İtaliyada mövcud olan göstəricilərdən bəhs edəcəyik.

Telegram qrupumuza üzv olun

İspaniyaya –  bu ölkədə yeni əmlak alınarkən onun sahibindən 6-11% həcmində vergi tutulur. Əmlakın qeydiyyata salınması zamanı 0,2-2,0%  vergi ödəməli olursan. Yunanıstandan fərqli olaraq (Məqalənin 3-cü hissəsi) İspaniyada yeni əmlakdan 10% həcmində ƏDV tutulur. Əmlaka görə illik 0,3-3%  həcmində vergi ödəməlisən. Kapital artımına görə isə 20-24% vergi ödəyirlər. Miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə dövlətə 20-24% həcmində vergi ödənilir. İspaniyada fiziki şəxslərdən 20-47%, hüquqi şəxslərdən isə 30% gəlir vergisi tutulur.

İtaliyada yeni əmlak alınarkən vergi ödənilmir. Əmlakın qeydiyyatı zamanı 2-9%+50-200 avro miqdarında vergi tutulur. Yeni satın alınan əmlaka görə bu ölkədə 4-22% civarında ƏDV ödəməli olursan. Əmlaka görə illik ödənilən vergi isə 10,6% faiz həddində müəyyən edilib. Kapital artımına görə 20% vergi ödənilir. Miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə dövlətə 4-85 həcmində vergi ödəməlisən. İtaliyada fiziki şəxslərin gəlirlərindən 23-43%+yerli büdcəyə də ayrıca ödəniş etməlisən, hüquqi şəxslərdən isə 27,5% vergi tutulur.


Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kiçik yatırımla ən faydalı biznesi qurmaq yolları (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

İEÖ-də kiçik biznes iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Təəccüblənmək lazım deyil: sahibkar demək olar ki, sərmayəsiz yaxşı pullar qazana bilər. Əlbəttə, gəlir fəaliyyət növündən və biznesin təşkili formasından asılı olur. Biz sizə kiçik yatırımla ən faydalı biznesi necə qurmağın yollarından söz açacağıq.

Biznesin inkişaf mərhələləri

Biznes işinə başlamaq istərkən, ən mühümü odur ki, biznes yolunda maneələri müəyyən edəsən və onları dəf etməyə hazır olasan. Hər bir sahə və ya regionun özünəməxsus spesifik mürəkkəblikləri mövcuddur: yüksək rəqabət, tədarükçülərin mövcud olmaması, nəqliyyat daşımalarının yüksək qiymətləri. Bütün bunlar məlumat hazırlığı və biznes-plan yazılarkən, diqqətlə öyrənilir.

Sahibkarlıq yolunda ümumi mənada daha bir maneə – universal “çuxurlar” da var. İlk uğurdan sonra gec ya tez maliyyə iflası meydana çıxır: iri müştəri yoxa çıxır, tədarükçü əlaqəyə cavab vermir, kassada sərbəst pul vəsaiti qalmır. Bu zaman bütün imkanları mobilizə etmək və problemin həlli yollarını axtarıb tapmaq lazımdır. Lakin, yeni işə başlayan sahibkarların bir çoxu məhz, bu mərhələdə öz işlərini qapadırlar.

Əgər, ilk “çuxuru” dəf etsəniz, onda biznes çox vaxt yeni səviyyəyə yüksəlir.

Sahibkar gəlir əldə etmək üçün stabil işləyən mexanizm qazanır. Amma, həmin mexanizmi inkişaf etdirməsəniz, onda sizi yeni “çuxur” gözləyir. Bu, prosesin yeknəsəqliyi və darıxdırıcılığı, inkişafın və yüksəlişin olmaması ilə əlaqəlidir. Bu “çuxurdan” çıxış yolu məsələlərin həllindən keçir.

Biznes məsələləri operativ, taktikistratejiyə bölünə bilər. Onlar tədricən etibarlı gəlirlərin bir hissəsi ilə birlikdə etibarlı işçilərə və biznes-assisentlərinə həvalə oluna bilər ki, burada gəlirləri bölüşmək lazım gəlir. İlk növbədə operativ məsələləri (faktura məsələləri və sifarişlərin çatdırılması) həvalə etmək olar. Ardınca – taktiki məsələləri (danışıqların aparılması, məhsul və malların seçimi). Bu, rəhbərliyi bir növ bu işlərdən azad edir və onlar öz güclərini biznesin genişləndirilməsinə və gəlirlərin artırılmasına sərf edirlər.

Biznesin özünəməşğulluqdan fərqi

Bu məsələlərin həvalə olunması mərhələsi, biznesin özünəməşğulluqdan fərqinin bariz göstəricisidir. Birmənalı olaraq, bu yollardan hansının daha yaxşı olduğunu söyləmək çox çətindir. Hər şey sizin dəyərlərinizdən, bacarığınızdan və arzunuzdan asılıdır. Elə sahibkarlar var ki, yalnız özlərinə işləyirlər, öz işlərini sevirlər və özlərini əla hiss edirlər. Və lider-rəhbərlər də var: onlar təşkilati funksiyalar və sistem qurmağa üstünlük verirlər, hansı ki, birbaşa iştirak etmədən özlərinə gəlir əldə edirlər.

Özünəməşğulluqla məşğul olan sahibkar – işlərin bir hissəsini bilavasitə özləri görürlər, bəzən də bundan ötrü əməkdaşları da cəlb edirlər. Bir qayda olaraq, belələrinə işə başlamaq üçün elə də böyük sərmayə lazım gəlmir, fəaliyyətin ilk günündən o, gəlir əldə etməyə başlayır. Qoyulan yatırım elə də böyük olmadığından, əldə edilən gəlirin həcmi də məhdud olur.

2-ci hissəni oxumaq üçün keçidə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kimlərin maaşı artacaq?

posted in: Xəbər | 0

Minimum aylıq əmək haqqıMinimum aylıq əmək haqqının artması ilə kimlərin maaşı artacaq?


Azərbaycan Respublikasının Prezienti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə bu artım əmək haqları Vahid Tarif Cədvəli (VTC) üzrə ödənilən 450 mindən çox işçiyə şamil olunacaq. Onların sırasında daxildir:

  • elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;
  • dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;
  • dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əmək haqqından aşağı maaş alan dövlət qulluqçuları;
  • dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);
  • dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Nazirlər Kabinetinin 2018-ci il 14 mart tarixli 94 nömrəli qərarı ilə əmək haqları tənzimlənən təşkilatlar: Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, İcra Hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzi) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

Minimum aylıq əmək haqqı artırıldı!

Eyni zamanda, minimum əmək haqqı artımı özəl sektorda çalışan və əmək haqqı 180 manatdan az olan işçilərin (ilkin hesablamalara əsasən azı 150 min nəfər) əmək haqqının artmasına səbəb olacaq.

Dövlət başçısının yeni Sərəncamı ilə minimum əmək haqqının artırılması muzdla çalışanların azı 40%-nin əmək haqlarının artmasına imkan verəcək.

Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaqdır.

Mənbə: day.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.