Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı???

posted in: Vergi, Xəbər | 1

Sual: İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

1) Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
2) Silinən və ya ləğv edilən mallar gəlirdən çıxılacaq və ya zərər kimi qeyd ediləcəkmi?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməsə əvəzləşməyə icazə verilirmi?

Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik gəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.

Malların əskik gəlməsi əsaslandırılmadıqda bu malların bazar qiymət gəlir, alış qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Əlavə olaraq xatırladırıq ki, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu108-ci130.1-ci159.5-ci və 161.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilərin ödənilməsi və bəyannamələrin verilmə müddətləri

posted in: Vergi, Xəbər | 0

Vergi növləri üzrə öhdəliklər,

verginin ödənilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

1. Fiziki şəxslərin gəlir vergisi:

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi    hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)
Cari ödəmələr hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I)
Xüsusi notariusların gəlir vergisi hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

bəyannamə isə hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq (20/IV, 20/VII, 20/X və 20/I)

İdman mərc oyunlarından,  lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi hesablanmış gəlir vergisi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

İdman mərc oyunlarından,  lotereyalardan, habelə digər yarış və müsabiqələrdən uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

2. Mənfəət vergisi:

İl üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)
Cari ödəmələr hər rüb başa çatdıqdan sonra 15 gün ərzində (15/IV, 15/VII, 15/X və 15/I)

3. Əlavə dəyər vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

4. Aksiz vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

5. Əmlak vergisi

Hüquqi şəxslər üçün
il üzrə yekun ödəmə və bəyannamənin təqdim edilməsi

hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq (31/III)
Cari ödəmələr rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq (15/II, 15/V, 15/VIII və 15/XI)
Fiziki şəxslər üçün
il üzrə yekun ödəmələr
cari il üçün bərabər hissələrlə həmin ilin avqustun 15-dək və noyabrın 15-dək (15/VIII və 15/XI)

6. Torpaq vergisi

Hüquqi şəxslər üçün
bəyannamələrin təqdim olunması
həmin ilin may ayının 15-dən gec olmayaraq (15/V)
Hüquqi və fiziki şəxslər üçün
il üzrə yekun ödəmələr
bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq (15/VIII və 15/XI)

7. Yol vergisi

Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən
verginin tutulması

 

xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisini həmin avtonəqliyyat vasitələri  Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və 1 bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Azərbaycan Respublikasının ərazisində  avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər tərəfindən bəyannamənin verilməsi və verginin ödənilməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq (20 /I – XII)

8. Mədən vergisi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq    (20 /I – XII)

9. Sadələşdirilmiş vergi

Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I)
Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi

bəyannamənin təqdim edilməsi

Torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməlidir.

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq  (20 /I – XII)

İdman mərc oyunlarının həyata keçirilməsi üzrə sadələşdirilmiş verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi hesabat rübündən sonrakı ayın 20-dək (20/IV, 20/VII, 20/X və 20/I)
Respublika daxilində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları üzrə sadələşdirilmiş verginin ödənilməsi Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün hər bir avtomobil nəqliyyatı vasitəsinə görə “Fərqlənmə nişanı” alınarkən dövlət büdcəsinə ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur
Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi Vergi təqvim ayının sonunadək növbəti dövr (ay, rüb, yarım il, il) üçün Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə muzdlu işçi cəlb etmədən fərdi qaydada məşğul olan fiziki şəxslər tərəfindən hər bir fəaliyyət üzrə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” alarkən ödənilir və bu barədə vergi orqanına bəyannamə təqdim edilməsi tələb olunmur
Bina tikintisi fəaliyyəti üzrə bəyannamənin təqdim edilməsi

verginin ödənilməsi

tikinti-quraşdırma işlərinin başlandığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq

Bəyan olunmuş vergi məbləği bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək

Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi Hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən 1 faiz hesablanan vergini vəsaiti alan şəxsin bank hesabından tutulur, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergi dövlət büdcəsinə köçürülür və həmin müddətədək müvafiq bəyannamə vergi orqanına təqdim edilir

10. Ödəmə mənbəyində tutulan vergilər
(Hüquqi şəxslərin və fərdi sahibkarların öhdəlikləri)

Verginin ödənilməsi fiziki şəxslərə muzdlu işlə əlaqədar gəlir, habelə sığorta haqları (sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə) ödənilərkən, hesablanmış aylıq gəlirdən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

qeyri-dövlət pensiyaları və Vergi Məcəlləsinin 150-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmalı olan digər ödəmələri verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.

Bəyannamənin verilməsi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən gec olmayaraq, digərləri isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

11. Dövlət rüsumu

rüsumun dövlət büdcəsinə köçürülməsi   və  hesabatın verilməsi – notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində,

– Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində,

– digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür və hesabat rübündən sonrakı ayın 20-dək (20.IV, 20.VII, 20.X və 20.I. tarixlərinədək) hesabat vergi orqanına təqdim edilir.

 Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmək məcəlləsi ilə bağlı Fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

mühasibat“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 231; 2000, № 3 (I kitab), maddə 159; 2008, № 7, maddə 611, № 8, maddə 719, № 10, maddə 896; 2009, № 2, maddə 71, № 12, maddələr 977, 987; 2011, № 7, maddə 633; 2012, № 6, maddə 545; 2014, № 7, maddə 791, № 11, maddə 1408, № 12, maddə 1570; 2015, № 1, maddə 20; 2016, № 6, maddə 1050; 2018, № 10, maddə 2007; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 458 nömrəli Fərmanı) 2-ci hissəsinin beşinci abzasına “Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə)” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il.

Mənbə: president.az


Telegram qrupumuza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sirab ASC Mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

vakansiyaVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Sirab ASC

Namizədə tələblər:

– Ali təhsil

– Minimum 5 il iş təcrübəsi

– Yaş həddi 20-30

– Cinsi-kişi

– Vergi,əmək qanunvericiliyi üzrə məlumatlar

– E-gov.az, e-taxes.gov.az və  digər portallardan istifadə etmək

– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti

– Ofiice proqramlarını və Micro  proqramini bilməli

– Rəsmi hesabatların hazırlanması və təqdim olunması üzrə biliklər

– Mühasibatlıqla bağlı yerli qanunveriliyi üzrə biliklər


Aylıq cəmi 7000 AZN məvaciblə Maliyyə Direktoru tələb olunur

İş barədə məlumat

• Gündəlik satış sənədlərinin aparılması;

• Müqavilələrin hazırlanması

• Debitor-kreditorlarla üzləşmələrin aparılması

İş qrafiki – Həftənin 6 günü saat 09:00-18:00. İstirahət günü Bazar

İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A

Əmək haqqı  – 500 azn

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “analitik” yazmaqla / mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Telegram qrupumuza üzv olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.