Malların əskik gəlməsi gəlir və ya xərc öhdəliyi yaradırmı???

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sual: İnventarizasiya nəticəsində fövqəladə və ya hər hansı bir səbəbdən malların əskik gəlməsi mənfəət vergisi baxımından yarana biləcək öhdəliklərlə bağlı aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

1) Malların əskik gəlməsi mənfəət verigisi baxımından gəlir və ya xərc öhdəliyi yaradırmı?
2) Silinən və ya ləğv edilən mallar gəlirdən çıxılacaq və ya zərər kimi qeyd ediləcəkmi?
Nəzərə alın ki, əskik gələn mallar işçinin əmək haqqısından tutulmayacaq. Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.

ƏDV məbləği ödənilib, əsas məbləğ ödənilməsə əvəzləşməyə icazə verilirmi?

Cavab: Bildiririk ki, müvafiq qaydada təsdiqlənmiş malların əskik gəlməsi zamanı həmin malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır, digər tərəfdən malların alış dəyəri də xərc kimi qəbul edilmir.

Malların əskik gəlməsi əsaslandırılmadıqda bu malların bazar qiymət gəlir, alış qiyməti isə xərc kimi nəzərə alınmalıdır.

Əlavə olaraq xatırladırıq ki, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Bax: Vergi Məcəlləsinin 13.2.10-cu108-ci130.1-ci159.5-ci və 161.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Özal
    |

    Salam.
    Malların əskik gəlməsi əsaslandırılmadıqda mənfəət vergisinin məqsədləri üçün bu malların bazar qiyməti gəlir, alışı qiyməti xərc kimi qəbul edilməsi ilə bağlı Vergi Məcəlləsində hansısa maddə varmı? varsa zəhmət olmasa göstərin.
    Təşəkkürlər