1 ildən az iş təcrübəsi olan Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib köməkçisi

İşəgötürən: RİF OFFİCE FURNİTURE MMC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fərman bəy

 Mühasib tələb olunur

İş barədə məlumat

– Mühasibatlıq əməliyyatlarının 1C 7.7 sisteminə daxil edilməsi
– Əmək haqlarının hesablanması
– Daxili nəzarətin həyata keçirilməsi
– Ofis işləri
– Şirkətin sənəd dövriyyəsinin aparılması
– EQAİMƏ və EVHF ın yazılması,
– Statistik hesabatların verilməsi
– Materialların uçotu
– Satış qaimələrinin yazılması və kargüzarlıq işləri
– Həftədə 6 iş günü (09:00-dan 18:00-dək), 1 gün istirahət
– Ünvan Həsən Əliyev küç.50



Namizədə tələblər

– Yalnız xanım namizədlər
– İqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsilli
– 1-3 il mühasibatlıq sahəsində təcrübəsi
– Mühasib tərəfindən verilimiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsi,
– Məsulyyətli və perspektivli.
– Riyazi biliklərin yaxşı səviyyədə olması
– İlkin mühasibatlıq biliklərinin olması
– Məntiqi düşünmə və analiz qabiliyyətiMənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Lizinq almaq istəyənlər vergi uçotuna dayanmalıdır

posted in: Vergi, Xəbər | 0

Lizinq almaqLizinq almaq üçün sahibkar kimi uçotda durmaq tələb olunur.

2019-cu il yanvarın 1-dən Vergi Məcəlləsinə dəyişikliklərin qüvvəyə minməsi bankların fiziki şəxslərə lizinq vermək imkanlarını məhdudlaşdırıb. Məcəllənin 140.1-ci maddəsinə edilən dəyişikliyə görə, banklar fiziki şəxslərə lizinq verə bilməz. Lizinq hüquqi və fərdi sahibkarlara veriləcək.


Lizinqlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik

Dəyişikliyin mahiyyətini şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, bundan sonra maliyyəni yalnız hüquqi şəxslər və fərdi sahibkarlar ala bilərlər: “Yəni sahibkar kimi uçotda durmayan adi vətəndaş lizinq götürə bilməz. Əvvəllər belə bir qadağa yox idi. Elə buna görə də mobil telefondan tutmuş şəxsi məqsədlər üçün avtomobil almaq istəyənlər də lizinqə üz tuturdular. Lizinq xidmətləri xüsusilə 2014-cü ildə genişlənməyə başladı. Həmin dövrdə Mərkəzi Bank bank və bank filiallarından kənarda, o cümlədən pərakəndə ticarət obyektlərində kredit verməyi qadağan etdi. Nəticədə istehlak kreditlərinin bir hissəsi lizinqə çevrildi. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, lizinq, bir növ, məişətdən biznes sektoruna çevriləcək. Bu, təbiidir. Çünki lizinqin mahiyyəti biznesi dəstəkləmək, istehsal vasitələrini almağa pulu olmayan sahibkarlara bu vasitələri əldə etməyə imkan verməkdir. Dəyişiklik lizinq bazarının kiçilməsinə, lizinq şirkətlərinin azalmasına gətirib çıxaracaq, həmçinin istehlak kreditləşməsini artıracaq”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Son kurs tələbələr, magistrlar və məzunlar üçün Təcrübə Proqramı

posted in: Audit, muhasibat, Təcrübə, Xəbər | 0

SchwaTech şirkəti son kurs bakalavr, magistr tələbələrini və məzunları Təcrübə Proqramına dəvət edir!

1 mart – 1 iyun tarixlərinda baş tutacaq olan Təcrübə Proqramı-na sonuncu kurs bakalavr, magistr tələbələri və məzun olmuş şəxslər müraciət edə bilərlər.

Proqrama müraciət hal-hazırda təhsil aldığınız ixtisas adlarına uyğun olaraq hazırlanmış və ixtisasınızın bir çox sahələrini əhatə edir.

1.Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi
2. Mexatronika və robototexnika mühəndisliyi
3. Elektrik mühəndisliyi
4. Kompüter mühəndisliyi
5. Kompüter elmləri
6. Marketinq
7. Mühasibat uçotu və audit

Qeydiyyat linki: https://schwatech.interno.az

Qeydiyyat üçün son tarix: 1 fevral, 2019

Proqram müddəti: 1 mart – 1 iyun, 2019

Əlaqə:

E-mail:

Mənbə: schwatech.interno.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Sahibkarlar üçün təlim keçiriləcək

posted in: Xəbər | 0

Sahibkarlarİxracatçı sahibkarlar üçün təlim təşkil olunacaq.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yanvarın 22-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ixracatçı sahibkarlar üçün “Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim keçiriləcək.

İİTKM-nin mətbuat xidmətindən bildirilib ki, təlim maarifləndirici xarakter daşıyaraq ixracatçılara müasir idarəetmə prinsiplərini öyrədəcək. Tədbir çərçivəsində sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyəti istiqamətləri, şirkət sahiblərinin əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında məlumat veriləcək. Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev öz təcrübəsini bölüşəcək.


Auditorlar Palatası daxili audit kursu keçirəcək

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin sahibkarlıq düşüncə tərzinin təşviqi və korporativ idarəetmə standartlarının tətbiqi yanaşmasını rəhbər tutaraq “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi cari ildə də mütəmadi olaraq sözügedən istiqamətlərdə işlər görəcək.

Qeyd edək ki, mərkəz Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən yaradılıb.

Mənbə: azertag.az