Read More9
Read More9

Faiz dəhlizinin parametrləri və uçot dərəcəsi dəyişməz qaldı

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb.

Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.

İllik inflyasiya hədəf daxilində qalır. 2026-ci ilin martında 12 aylıq inflyasiya 5.6% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.5%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 3.7% olub. İllik baza inflyasiya 5.5% təşkil edib.

Mənbə: vergiler.az

Dərzilər nə qədər vergi və sosial ödənişlər etməlidirlər?

Dərzilər nə qədər vergi və sosial ödənişlər etməlidirlər?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 24.1.6-1-ci maddəsinə əsasən, bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər 220.10-cu maddədə nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır. Həmin fəaliyyət sahələrindən biri də dərzilikdir.

“Business Service Center” MMC şirkətinin Maliyyə-mühasibatlıq işləri üzrə aparıcı mütəxəssisi Jalə Abbasova dərzilərin vergi və sosial ödənişlərlə bağlı öhdəliklərini açıqlayıb. 

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Qanunvericiliyin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada vergi orqanı ilə vergi ödəyicisi arasında razılaşma müqaviləsi bağlanıldıqda bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.
Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) dərzi fəaliyyəti ilə məşğul olan şəxslər Vergi Məcəlləsinin 220.10-cu maddəsinə əsasən, sadələşdirilmiş vergi ödəyiciləridir. Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit məbləğlə müəyyən edilir. Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi aylıq sabit 10 manat müəyyən olunub.

Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;

– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5;

Misal: Tutaq ki, fiziki şəxs Bakı şəhərində fərdi qaydada dərzi fəaliyyəti ilə məşğuldur. Onun vergi öhdəliyi aşağıdakı kimi hesablanır:

10 x 2 (əmsal) = 20 manat.

Gədəbəy rayonunda bu məbləğ 5 manat təşkil edir:
10 x 0.5 (əmsal) = 5 manat.

“Sosial sığorta haqqında” qanunun 14.5.1-1.2 maddəsinə əsasən, dərzi fəaliyyəti ilə məşğul olan fiziki şəxslər minimum aylıq əməkhaqqının 5 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Qanunun 14.5.1-2 maddəsinə əsasən, aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunur:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda – 1,0.

İcbari tibbi sığorta məbləği isə minimum əməkhaqqının 4%- i məbləğində hesablanır.

2026-cı ildə minimum əməkhaqqı 400 manat olduğunu nəzərə alsaq, Bakı şəhərində fərdi qaydada fəaliyyət göstərən dərzi üçün həmin məbləğlər aşağıdakı kimi hesablanır:

Məcburi dövlət sosial sığorta haqqı: (400 x 5%) x 2 (əmsal) = 40 manat;

İcbari tibbi sığorta haqqı: 400 x 4% = 16 manat.

Qeyd edək ki, sadələşdirilmiş vergi ödəyiciləri üçün hesabat dövrü rübdür.

Əgər sabit vergi ödəyicisi kimi fəaliyyət göstərən dərzi muzdlu işçi kimi əmək müqaviləsi bağlayarsa, mükəlləfiyyəti sadələşdirilmiş vergi üzrə sabit vergi ödəyicisi kimi deyil, dövriyyədən və ya könüllü olaraq sadələşdirilmiş vergi və ya gəlir vergisi ödəyicisi kimi davam edəcək.

Mənbə: vergiler.az

İstifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi verilməsi

İstifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi verilməsi

posted in: Xəbər | 0

İstifadə edilməmiş məzuniyyətlər

İşəgötürənlə əmək münasibətlərində olan işçilər AR Əmək Məcəlləsi ilə tənzimlənən  məzuniyyətlərdən istifadə hüququna malikdirlər. Müqaviləyə xitam verildikdə  istifadə məzuniyyət hüququndan istifadə qaydası, habelə istifadə olunmamış məzuniyyət kompensasiyanin  hesablanması  Məcəllənin iyirimi üçüncü fəslinin maddələrinə uyğun həyata keçirilir. Həmin maddəyə görə müqaviləsi ləğv olunmuş işçiyə, onun istəyinə uyğun olaraq istifade edilmemis mezuniyyet gunleri üçün:

  • məzuniyyətin verilməsi təmin edilir  (ƏM 70-ci maddənin a və ç bəndlərinə əsasən müqavilənin ləğvi istisna olmaqla), yaxud;
  • pul əvəzi – istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilir.

İşçinin işdən azad olunduğu tarix həmin məzuniyyətin son günü hesab edilir. Bəzi hallarda  müqaviləsi ləğv edilən işçi əvvəlki illərdə istifade edilmemis mezuniyyet gunleri əvəzinə pul əvəzi istəyə bilər. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzi-kompensasiyanın verilməsi qaydası AR ƏM-nin 144-cü maddəsi ilə tənzimlənir. İstifadə olunmamış məzuniyyətin hesablanması əmək məzuniyyətinin hesablanması ilə eynidir. 

İstifadə edilməmiş məzuniyyətə görə kompensasiya

Müqavilənin hansı səbəbdən ləğv olunmasından asılı olmayaraq işçiyə müvafiq iş ilində  istifadə edilməmiş məzuniyyətə görə kompensasiyalar verilməlidir.

Əmək Məcəlləsinin 144-cü maddəsinə görə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, ona istifadə edilməmiş məzuniyyətlər üçün kompensasiya ödənilir. Həmin maddənin 3-cü hissəsi Məcəllənin 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə kompensasiya verilməsin məhdudlaşdırır, pul əvəzinin verilməsin yalnız əsas əmək məzuniyyətinə aid edilirdi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunnun 18 fevral 2026-cı il tarixli qərarı istifadə edilməmiş məzuniyyətlər üçün kompensasiyanın verilməsinə yeni yanaşmanı ortaya qoydu. Plenum 144-cü maddənin 3-cü hissəsinin bərabərlik prinsiplərinə uzlaşmadğı, ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığı qərarına gəlmiş, 144-cü maddəsinin 3-cü hissəsindəki “bu Məcəllənin 115-117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddasının tətbiqin dayandırmış, 2-ci və 3-cü hissələrin Konstitusiyanın tələblərinə uyğunlaşdırılmasının vacibliyi qeyd olunmuşdur.

AR Konstitusiya Məhkəməsi Plenumunun qərarının tam mətni ilə buradan tanış olmaq olar.

Həmçinin, əvəzçiliklə işləyən işçilər də, əsas işçilər kimi, istifade edilmemis mezuniyyet gunleri üçün məzuniyyət kompensasiyanin hesablanması aparılır.

Ola bilər ki, işçi müvafiq iş ilində əvvəlcədən məzuniyyətə buraxılmış olsun və onun müqaviləsinə iş ili başa çatmamış  xitam verilsin. Bu halda verilmiş məzuniyyət haqqının müəyyən hissəsi işçidən geri alına bilər. Əgər işəgötürən işçi ilə aparılan son haqq hesab  zamanı məzuniyyət pulunu işçidən tuta bilmirsə, gələcəkdə həmin vəsaitin məhkəmə vasitəsi ilə tutulması mümkün deyildir. Məhkəmələrdə qaldırılan belə iddialar təmin edilməməlidir.  Müqavilə və sazişlərdə bəzi kateqoriyadan olan işçilərdən məzuniyyət pulunun müvafiq hissəsinin tutulmaması şərti müəyyən edilə bilər.

Kompensasiyanın hesablanması qaydası

ƏM-nin 131-ci maddəsinə uyğun olaraq işçinin məzuniyyətdən istifadə hüququ əmək müqaviləsinin bağlandığı müddətdən  altı ay  sonra yaranır. Lakin, işçi 6 aydan az müddətdə işləyərək işdən ayrılıbsa, yenə də ona  məzuniyyətə görə kompensasiya ödənilməlidir.

Kompensasiyanın hesablanma qaydası  əmək məzuniyyətinin hesablanması  ilə eynidir (ƏM 111-ci maddə).

Nümunə 1: İşçiyə son 12 ayda verilən əmək haqqı 5000 AZN təşkil edir. istifade edilmemis mezuniyyet gunleri isə iyirmi gündən ibarətdir. məzuniyyət kompensasiyanin hesablanması qaydası aşağıdakı kimidir:

((( əvvəlki 12 ayda gəlir) / 12 ay)/ 30,4)* məzuniyyət günlərinin sayı

(((5000 / 12) / 30,4)*20 gün = 274,1 manat

Məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin (gəlir vergisi, məcburi dövlət sosial ayırması,  icbati tibbi sığorta) tutulması təmin edilməlidir.

Əgər işçi 12  aydan az işləyərək işdən çıxarsa, məzuniyyətin pul əvəzinin ödənilməsi üçün   onun faktik işlədiyi tam təqvim ayları əsas götürülür.

Nümunə 2: 2020-ci il 01 yanvar tarixində işə başlayan işçinin əmək haqqı 300 AZN hesablanıb. Dörd ay sonra işçi işdən ayrılmışdır. Bu işçiyə məzuniyyət kompensasiyanin hesablanması aşağıdakı qaydada olacaqdır:

(1200 / 4) / 30,4) = 9,87

30 gün / 12 = 2,5 (1 aya düşən məzuniyyət günü);

2,5 x 4 = 10 gün;

9,87 x 10 = 98,78. 

İşçiyə 98,70 manat kompensasiya (məzuniyyətə görə pul əvəzi) hesablanmış olur. Həmin məbləğdən də vergi tutulmalıdır. 

İşçilərə təyin edilən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir.

536 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə uçot

Bərbər kimi işləyən fiziki şəxsin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Fərdi qaydada bərbər fəaliyyəti göstərmək istəyirəm. Bu sahədə fəaliyyətə başlamaq üçün qeydiyyat lazımdırmı? Hansı vergi öhdəliklərim yaranır? Məcburi dövlət sosial sığorta haqqı ödəməliyəmmi və məbləği necə hesablanır? Hər ay və ya rüb hansı hesabatları verməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən bərbər fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləği 15 manatdır. Nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

– Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində – 1,5;

– Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;

– digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

“Sosial sığorta haqqında” Qanunun 14.5.1-1.2-ci maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqının 5 faizi məbləğinin müvafiq zona əmsalları tətbiq edilməklə hesablanmış sosial sığorta məbləğini büdcəyə ödəməlidirlər. Bu əmsallar aşağıdakı qaydada müəyyən edilib:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2 əmsal;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5 əmsal;

– digər şəhər və rayonlarda – 1 əmsal.

“İcbari tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri hər ay üçün minimum əməkhaqqı məbləğinin 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Göründüyü kimi, bu sığorta növünün hesablanması zamanı heç bir əmsal tətbiq edilmir.

“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində göstərilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqı onların “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Vergi Məcəlləsinin 221.8.3-cü maddəsinə əsasən, başqa hal nəzərdə tutulmamışdırsa, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər vergi orqanlarına bəyannamə vermirlər.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri

Mənbə: vergiler.az

Bu il işləyənlərin pensiyaları nə qədər artırılacaq?

1 17 18 19 20 21 22 23 2. 699
error: Content is protected !!