500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib köməkçisi

Vəzifə: Flower Cleaning

  • Şəhər: Bakı
  • Yaş: 22 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Mehman bəy
Bax: Əmək haqqı üzrə mühasib tələb olunur
İş barədə məlumat
– 6 günlük iş həftəsi
– İş vaxtı 09:00-dan 18:00-dək
– İnkişaf perespektivi mövcuddur
Bax: 800 manat məvaciblə Maliyyəçi tələb olunur
Namizədə tələblər
– Gülərüz, komanda tərkibində işləmə qabiliyyəti
– Vergi, DSMF və digər aylıq, rüblük hesabatari verməyi bacarmaq
– Excell və 1 C proqramini bilmək vacibdir
işçilərin işə qəbulu və işdən azad olunmasini elektron qaydada rəsmiləşdirmək
– İlkin muhasibat sənədləri ilə (kassa mədaxil, kassa məxaric, bank sənədləri, ödəniş tapşırıqları və s.) işləməyi bacarmaq
– Banklar, vergi, DSMF və digər orqanlar ilə zərurət olduqda bilavasitə əlaqə qurmaqMaraqlanan şəxslər şəkilli CV ilə müraciət etmələri tövsiyyə olunur.Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?

posted in: Xəbər | 0

vergi yüküSadələşdirilmiş vergi ödəyicilərinin gələn il yanvarın 1-dən gəlir və ya mənfəət vergisi ödəyicisi olması bəzi xidmət sahələrinə baha başa gəlir.

Bu, xüsusən intellektual mülkiyyət sahiblərinə aiddir.

Xidməti müqavilə ilə işləyən ekspertlər, xarici mətbuat orqanlarının Azərbaycandakı əməkdaşları, eləcə də, ölkə daxilində jurnalistika fəaliyyəti göstərən böyük bir qrup vergi öhdəliyinin artmasından narahatdır.

Niyə 50 faiz yox, 20 faiz?

Sadələşdirilmiş vergi ödəyicisinin gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq imkanı və bu halda vergi yükünün beş dəfəyədək azalacağı ilə bağlı açıqlamaya münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, vergi rəsmisi dəyişikliyi əsaslandırmaq üçün hipotezadan istifadə edib.

“Nazirliyin əməkdaşı bildirdi ki, 20 faiz rentabellik olarsa… Bəlkə, 50 faiz rentabelliklə işləyir, bəlkə, 5 faiz. Yəni rentabellilik arqumentinin özü mübahisəlidir, çünki hipotezadan istifadə etdikdə, onun müdafiəsi üçün ciddi arqumentlər gətirilməlidir. Və hipoteza irəli sürür ki, 20 faiz olarsa, bəlkə, daha çoxdur. Və niyə 50 faiz yox, 20 faiz?”

Elə sahələr var ki, vergi yükü artır

Ekspert qeyd etdi ki, elə sahələr var ki, orada rentabellik 100 faizdir. Məsələn, intellektual xidmət göstərənlərin elə bir xərci yoxdur.

“Tutaq ki, xarici mətbuat orqanının Azərbaycandakı müxbiri 10 min manat qazanır, bu, elə onun gəliri ola bilər, çünki istifadə etdiyi bir internetdir və əlavə elə bir xərc maddəsi yoxdur. Bu halda vergi əməkdaşının dediyi kimi, 83 manat deyil, 500 manat vergi ödəməlidir, halbuki sadələşdirilmiş vergi imkan verirdi ki, xidmət göstərən rayonda işləyirsə, 200 manat, Bakıda işləyirsə, 400 manat ödəsin”.

Nazirlik rəsmisinin çıxışından qeyd

Qeyd edək ki, Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bu məsələyə belə şərh vermişdi:

“Çünki bildiyimiz kimi, sadələşdirilmiş vergi ödəyicisi ümumi dövriyyənin 4 faizi qismində vergi ödəyirdi. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və ya hüquqi şəxsin mənfəətidir.

Şərti mənfəətlilik dərəcəsini 20 faiz götürsək, aylıq 10 min manatadək gəlir əldə edən şəxslərdə 4 faiz sadələşdirilmiş vergidə sahibkar 400 manat vergi ödəyirdisə, bu gün gəlir vergisinə keçdiyi və yenə də 20 faiz rentabelliklə işlədiyi halda dövlətin verdiyi gəlir və mənfəət vergisi üzrə 75 faizlik güzəşt tətbiq edilməklə, cəmi 83,3 manat vergi ödəyəcək.

Yəni müqayisə etsək, 400 manatdan 83 manata düşür. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan sahibkar vergi uçotunu dəqiq və şəffaf apardığı halda, vergi yükü, əslində, dəfələrlə aşağı salınıb”.

Vergisi sadə olanlar kimlərdir?

Ekspert 75 faiz vergi güzəştinin verilməsinin də əleyhinədir:

“Bu, sağ əllə sol qulağı qaşımaq kimi bir şeydir. Ondansa mənfəət vergisini differensiallaşdırsınlar”.

Sadələşmiş vergi ödəyicisi kimi qalanlar kimlərdir?

İqtisadçının sözlərinə görə, bu kateqoriya kifayət qədər daralıb:

“Bu kateqoriyaya düşənlərin bir qismi patent ödəyiciləridir, məsələn, dərzilər aiddir. Ümumiyyətlə, patent ödəyicilərinin sadələşmiş vergiyə aid edilməsinin tərəfdarı deyiləm. Onlar gəlir vergisi ödəyiciləri olmalıdırlar, çünki patent gəlirlər əsasında təyin edilir, Türkiyədə də belədir”.

Bundan başqa, sadələşmiş vergi ödəyicilərinə 200 minə qədər dövriyyəsi olan ticarətçilər, ictimai iaşə, sərnişindaşıma xidməti daxildir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilmiş vergi dərəcəsi isə saxlanılır.

Verginin analitik bazası olmalıdır

Ekspert vergi sahəsində sistemli iş, analitik bazanın çox yüksək səviyyədə olmasının vacibliyini vurğuladı.

“Verginin analitik bazası olmalıdır, orada makroiqtisadiyyatı bilən mütəxəssislər çalışmalıdır. Mətbuata isə açıqlama belə olmalı idi: Hesablama aparmışıq, səkkiz min manata qədər vergini ləğv etmişik. Bu göstərir ki, bu qədər işçi qüvvəsi yaxın bir ildə bu qədər, iki ildə bu qədər, üç ildə bu qədər leqallaşacaq. Açıqlamalar konkret hesablamalarla verilməlidir”.

Mənbə: oxu.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kommunal xərclərə necə qənaət etmək olar?

posted in: Məqalə, Xəbər | 0

qənaətKommunal xərclərdə necə qənaət etmək olar

2-ci hissə / (1-ci hissə)

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.

Soyuducunu tədqiq edin

Soyuducunuzun qapılarındakı rezinlərə və buzxanadakı buza diqqət yetirin. Əgər sintetik aralıq kip bağlanmırsa, soyutma sistemi effektiv işləməyəcək. Ərzaqlar öz təravətini itirəcək və elektrik enerjisi boşuna sərf ediləcək.

Soyuducunuzu vaxtaşırı buzdan təmizləməyi də unutmayın. Bu həm də gigeyenik baxımdan çox vacibdir.

Ərzaqları buzxanadan erkən çıxarın

Birincisi, buzun təbii açılışı faydalıdır. İkincisi, axı, bir neçə saat öncədən ərzaq öz-özünə buzdan təmizlənirsə, bundan ötrü mikrodalğalı soba və ya duxovkanı işlətməyə nə lüzum var?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Elektrik peçini öncədən işə salın

Elektrik peçlərinin səthi bir qayda olaraq keramik materiallardan hazırlanır, hansı ki, istiliyi çox saxlayır. Belə ki, reseptin sonunda “5-10 dəqiqə ərzində vam odda qalmalıdır” sözü yazılıbsa, elektrik peçini cəsarətlə söndürə bilərsiniz.

Tez qızan materialdan olan qablardan istifadə edin.

Saxsı, şüşə və misdən olan qab-qacaq çuqun və poladdan olanlardan daha tez qızır. Bu fizikanın qanunudur. Qab nə qədər tez qızırsa, bir o qədər enerji az işlədir. Bu qənaət qanunudur.

Eləcə də bir-iki nəfər üçün düşbərə qızdırmaqdan ötrü üç litrlik qazana ehtiyac yoxdur. Böyük həcmli qazanlar daha gec qızır, deməli, həm də pullarınızı tez aparır.

Çaynikə indi lazım olan qədər su tökün

Elektrik çayniki çox enerji işlədir. Onu tam qaynatmaqdan ötrü beş dəqiqə vaxt lazım gəlir. Məgər, siz həmin qaynamış suyu dərhal sona kimi istifadə edirsiniz?

Bir fincanlıq su bir dəqiqə ərzində qızır. Deməli. siz belə etməklə onlarla vatt elektrik enerjisinə qənaət etmiş olursunuz. Bunu aya vurduqda isə 15-20 kVt/s edir. Bir də çayniki ərpdən təmizləyin. Belə də həm su tez qaynayır, həm də elektrik enerjisinə qənaət etmiş olursunuuz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Azərbaycanda 2 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

xarici şirkət ləğvi“Rusiya Kənd Təsərrüfatı Bankı” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701093221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, korpus 1 ünvanına bildirə bilərlər.

“Portelet Treydinq Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700666501) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi, ev 14, mənzil 9 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Kiçik sahibkarlar üçün sürətli amortizasiya tətbiq olunacaq

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.