Vergilər Nazirliyi külli miqdarda aksiz markasız siqaret aşkar edib

posted in: Vergi, Xəbər | 0

siqaretDövlət başçısının vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi  ilə bağlı göstərişlərinə uyğun olaraq, Vergilər Nazirliyi nəzarət tədbirlərini davam etdirir. Cari il ərzində həyata keçirilən araşdırmalar və vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı və satışı sahəsində ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, böyük həcmdə qanunsuz dövriyyənin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb.

Bax: 2019-cu il üçün Net-dən Gross-a əmək haqqı hesablanması

Növbəti nəzarət tədbiri Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında keçirilib. Vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar. Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar  götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.

Bax: Balans və balansın misallarla izahı

Vergilər Nazirliyi bildirir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri sistemli şəkildə davam etdirəcək. Vergilər Nazirliyi alkoqollu içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Balans və balansın misallarla izahı

posted in: Maliyyə, Xəbər | 0
balansBir şirkətin nə qədər səmərəli fəaliyyət göstərdiyini və maliyyə cəhətdən nə qədər yaxşı vəziyyətdə olduğunu öyrənmək üçün – onun maliyyə hesabatlarına baxmaq lazımdır. Maliyyə hesabatlarının analiz edilməsi ayrı bir mövzudur. Bu yazıda maliyyə hesabatlarının ümumiyyətlə nə olduğu barədə danışılacaq.
Beləliklə, 4 əsas maliyyə hesabatı mövcuddur.
  • Gəlir və xərclər barədə hesabat
  • Pul vəsaitlərinin hərəkəti barədə hesabat
  • Balans hesabatı
  • Kapitalda Dəyişikliklər haqqında hesabat
Bunların biri olan balans hesabatı haqqında daha ətraflı aşağıda:

Balans hesabatı.

Mənfəət-zərər və nağd vəsaitin hərəkəti hesabatları şirkətin müəyyən bir dövr ərzindəki (məsələn: 1 yanvar 2012 – 31 dekabr 2012) fəaliyyətindən xəbər verirsə, balans hesabatı əksinə, müəyyən bir məqamda (məsələn: 31 dekabr 2012) şirkətin nəyə sahib olduğunu göstərir. Şirkətin sahib olduğu varlıqlar dedikdə aktivlər, öhdəliklər və məcmu kapital nəzərdə tutulur.

Aktiv – aktivə ingilis dilinə “Asset” kimi tərcümə edilir. İstifadə edilərək dəyər yarada bilən istənilən əşya aktiv ola bilər. Məsələn, bir şirkətin nəqliyyat vasitələri, avadanlıqları, binası, ofisə ləvazimatları, və s. həmin şirkətin aktivləri sayılır.

Öhdəlik – ingilis dilinə “Liability” kimi tərcümə edilir. Adından da bilindiyi kimi “öhdəliklər” şirkətin borclarını əks etdirir. Öhdəliklərin heç biri şirkətə məxsus deyil amma şirkət onlardan istifadə edərək mənfəət qazanmağa çalışır.

Məcmu Kapital – ingilis dilndə “Owner’s Equity” adlanır və şirkətin sahibinə (səhmdarına) məxsus özəl kapitalı ifadə edir. Bu haqda aşağıda daha ətraflı danışılacaq.

Gəlin kəllə qənd istehsalı ilə məşğul olan “A” şirkətinin nəyə sahib olduğuna baxaq.


– Nəğd vəsait (şirkətin xəzinəsində(kassasında))                                      2,500 AZN
– Hazır məhsul (istehsal olunmuş amma hələ satılmamış)                          7,500 AZN
– Nisyə satılan mallara bir ay ərzində alınacaq məbləğ                               3,000 AZN

– İstehsal avadanlığı (qənd bişirən, qablaşdıran, və s.)                             150,000 AZN

– İki mikroavtobus (malın dükanlara daşınması üçün)                                25,000 AZN

– Sexin yerləşdiyi bina (fərz edək ki, şirkətin öz əmlakıdır)                        75,000 AZN

Beləliklə, bu misaldakı “A” şirkətinin cəmi aktivlərinin dəyəri 263,000 AZN-dır.

Bunu da qeyd etmək lazımdır ki, aktivlər iki cür olur:

Qısamüddətli aktivlər – (ingiliscə “short-term assets” və ya “current assets”) bir ildən qısa müddət ərzində pula çevrilə bilən aktivlərə qısamüddətli aktivlər deyilir. Bunlara nağd vəsaitin özü, hazır məhsul, nisyə satılan mallardan alınacaq məbləğ və s. aid edilir.

Uzunmüddətli aktivlər – (ingiliscə “long-term assets”) bir ildən uzun müddət ərzində pula çevrilə bilən aktivlərə uzunmüddətli aktivlər deyilir. Bunlara istehsal avadanlığı, bina və s. aid edilir. Baxmayaraq ki, sadalanan aktivlər (avadanlıq, bina) bir çox hallarda bir ildən daha qısa müddətə satıla bilər, bunlar adətən uzunmüddətli aktivlərə aid edilir.

Hələ ki, yalnız aktivlər daxil edilmiş yarımçıq balans hesabatı aşağıdakı kimi görükür:

balans

Balans hesabatında bir tərəfdə aktivlər göstərilərkən, digər tərəfdə aktivlərin arxasında dayanan öhdəliklər və məcmu kapital göstərilməlidir. Yəni bu aktivlərin mənbəsini, bunların haradan gəldiyini göstərən ikinci tərəf olmalıdır.

Bu misaldakı “A” şirkətinin öhdəlikləri aşağıdakı kimidir:

– Təchizatçılara borc (nisyə alınmış xammala görə)                                  10,000
– Bank krediti (5 illik kredit)                                                                   150,000

Öhdəliklər də həmçinin iki cür olur:

Qısamüddətli öhdəliklər – (ingiliscə “short-term liabilities” və ya “current liabilities”) bir ildən qısa müddət ərzində ödənilməli olan borclara deyilir. Bunlara nisyə alınan xammala görə təchizatçılara olan borcu aid etmək olar. Bu cür borclar adətən bir aydan gec olmayaraq ödənməlidir.

Uzunmüddətli öhdəliklər – (ingiliscə “long-term liabilities”) bir ildən artıq müddət ərzində ödənilməli olan borclara deyilir. Bu öhdəliklərə beş illik bank kreditini aid etmək olar.

Öhdəlikləri balans hesabatına əlavə etdikdə aşağıdakı yarımçıq balans hesabatı alınır:

balans

 

Gördüyünüz kimi sol tərəfdəki aktivlərin cəmi dəyəri 263,000 AZN-dır Sağ tərəfdə isə öhdəliklər 160,000 AZN təşkil edir. Aradakı fərq 103,000 manatdır ki, bu da məcmu kapitalda öz əksini tapacaq.

Məcmu Kapital – şirkətin sahibinə məxsus pullar, onun şəxsi vəsaiti, “Məcmu Kapital” adlanır. İngilis dilində buna “Owner’s Equity” deyilir.
Məcmu Kapital iki hissədən ibarətdir:
 Nizamnamə kapitalı (ingiliscə “Paid-in Capital”) – şirkət sahibinlərinin biznesi başlayarkən ortaya qoyduqları kapitalın dəyəridir. Bu kapital nağd pul da ola bilər, fiziki əşya və ya bina da ola bilər.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi öz şirkətini qurarkən cibində 10,000 AZN nağd pulu və qənd sexində 30,000 AZN dəyərində avadanlığı var idi. Demək “A” şirkətini nizamnamə kapitalı 40,000 AZN təşkil edir. 
– Bölüşdürülməmiş mənfəət (ingiliscə “Retained Earnings”) – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir.
Məsələn, “A” şirkətinin sahibi Məmməd kişi şirkətin fəaliyyətindən hər ay əldə etdiyi vəsaitin yarısını cibinə qoyub özünün və ailəsinin ehtiyaclarına xərcləyirdi, qalan yarısını isə yenidən şirkətin dövriyyəsinə buraxırdı. Şirkət yaradılan gündən onun mənfəətindən onun dövriyyəsinə yenidən yatırılmış məbləğin cəmi 63,000 AZN-ə gəlib çatıb. Demək “A” şirkətinin bölüşdürülməmiş mənfəəti 63,000 AZN-dır.

“A” şirkətinin Məcmu Kapitalını balans hesabatına daxil etdikdə, yekun balans hesabat aşağıdakı kimi görükür:

balans

Beləliklə, balans hesabatımız balans olundu, yəni hər iki tərəfindəki məbləğ bir-birinə bərabər oldu. Həqiqi həyatda balansın düzgün gəlməsi – mühasibatlığın düzgün aparıldığı mənasına gəlir. Mühasibat düzgün aparılmayıbsa balans hesabatı da düzgün gəlməz (yəni hər iki tərəfi bir-birinə bərabər olmaz).

Müəllif: Ağarza


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ölkədən kənar əməliyyatlar üzrə gəlir və xərclər hansı sənədlərlə tanınmalıdır?

posted in: Xəbər | 0

gəlirSual: Firma Rusiyadan malı alır və İrana satır. Həmin mallar Azərbaycan sərhədlərindən daxil olmadan birbaşa İrana gedir. Bu halda, işlər Azərbaycandan kənarda həyata keçirilir. Həyata keçirilmiş işlərə görə Azərbaycanda olan şirkət satılmış malların haqqını Azərbaycandakı cari bank hesabına alır. Bir sözlə, işlər Azərbaycandan kənarda həyata keçirilir, amma vəsait Azərbaycandakı bank hesabı vasitəsilə alınır. Vergi orqanları xaricdə həyata keçirilən mal alışlarını (Azərbaycana gəlmədiyi üçün gömrükdən keçmir və maya dəyəri formalaşmır) sonradan satılan malların maya dəyəri kimi necə əks etdirə bilər?

Yəni, vergi orqanına hesabat təqdim edərkən hesabına daxil olan vəsaitin onun dövriyyəsi olduğunu, amma eyni zamanda, satışın maya dəyərini əks etdirən alışların xaricdə olduğunu hansı yollarla, hansı sənədləşmə ilə çatdıra bilər?

Bax: Dondurulmalı və alınmalı sərəncamlar hansı ardıcıllıqla ödənilməlidir?

Vergi orqanı hansı sənədləşmələr olduğu halda xaricdə alınıb və xaricdə satılan malların alış xərclərini tanıyır?

Bu proseslər zamanı hansı vergi öhdəlikləri formalaşır?

Cavab: Rezident hüquqi şəxs tərəfindən Rusiyadan alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə İran İslam Respublikasına satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Bax: İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

Eyni zamanda malların bir ölkədən Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə daşınması zamanı rezident hüquqi şəxslə qeyri-rezident daşıma şirkətləri arasında müqavilə bağlandığı halda qeyri-rezidentin beynəlxalq daşımalar üzrə xidmətlərdən əldə etdiyi gəlirləri ödəmə mənbəyində 6 faiz dərəcə ilə cəlb edilir.

Bunlarla yanaşı malların alğı-satqısını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13-cü87-ci98-ci101-ci102-ci103-cü104-cü159-cu166-cı168-ci175-ci maddələri və Azərbaycan Respublikasının Nağdsız hesablaşmalar haqqında 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu ilə tənzimlənir.

Bax: Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri nədir?

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Tax Clinic MMC ‘Mühasib köməkçisi’ axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Tax Clinic MMC

Şəhər: Bakı
Yaş: 21 – 30 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Əlaqədar şəxs: Aysel xanım
Telefon: (012) 555-60-09

Əmək haqqı: 250 – 300 AZN

Bax: 500 manat məvaciblə Mühasib köməkçisi axtarılır

İş barədə məlumat

– Mühasibat uçotunun aparılması
– Dövlət orqanlarına hesabatların təqdim edilməsi
– Vergi uçotunun aparılmsı
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İstirahət gunləri: qeyri iş günləri

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– Müvafiq sahədə ali təhsil
– Ofis proqramlarını bilməli
– İşində məsuliyyətli olmalı
– Riyazi savadı və məntiqi düşünmə qabiliyyəti olmalı

Mənbə: kadr.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.