Tax Clinic MMC ‘Mühasib köməkçisi’ axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Tax Clinic MMC

Şəhər: Bakı
Yaş: 21 – 30 yaş
Cins: Fərqi yoxdur
Təhsil: Ali
İş təcrübəsi: 1 ildən aşağı
Əlaqədar şəxs: Aysel xanım
Telefon: (012) 555-60-09

Əmək haqqı: 250 – 300 AZN

Bax: 500 manat məvaciblə Mühasib köməkçisi axtarılır

İş barədə məlumat

– Mühasibat uçotunun aparılması
– Dövlət orqanlarına hesabatların təqdim edilməsi
– Vergi uçotunun aparılmsı
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İstirahət gunləri: qeyri iş günləri

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– Müvafiq sahədə ali təhsil
– Ofis proqramlarını bilməli
– İşində məsuliyyətli olmalı
– Riyazi savadı və məntiqi düşünmə qabiliyyəti olmalı

Mənbə: kadr.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bu ölkədə vergi amnistiyası elan ediləcək

posted in: Vergi, Xəbər | 0

vergi amnistiyasıQazaxıstan Qanunvericiliyinə düzəlişlərə əsasən, kiçik və orta biznes subyektləri bu il oktyabrın 1-dək olan vergi cərimələrinin və onlara əlavə edilmiş penya faizlərinin ləğv ediləcəyi nəzərdə tutulur: bir şərtlə ki, onlar 2018-ci  ilin sonuncu gününə qədər əsas vergi borclarını tam ödəmiş olsunlar.  İlkin hesablamalara görə, vergi amnistiyası 90 mindən artıq təsərrüfat subyektini əhatə edəcək.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, bu addımın atılması Prezident Nursultan Nazarbayevin oktyabrın 5-də xalqa müraciətində irəli sürdüyü təşəbbüsdən irəli gəlir və öz biznesinə yenidən başlamaq istəyən kiçik və orta sahibkarlara işgüzar fəaliyyətlərini bərpa etməyə şərait yaratmaq məqsədi daşıyır.

Bax: Vergi və rüsumların onlayn ödənişinə maraq artır
Vergi amnistiyası:

– iri vergi ödəyicilərinə;

– yerin təkindən istifadə edənlərə (yeraltı su və müalicəvi palçıq çıxarmaq hüququ olanlar istisna olunmaqla);

– aksizli məhsul istehsal edənlərə;

– sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə tətbiq olunmayacaq.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, yuxarıdakı meyarlara uyğun olaraq vergi amnistiyasından faydalanmaq hüququ qazanan 90.077 orta və kiçik biznes subyektinin  (31.210 hüquqi şəxs və 58.867 fərdi sahibkar) dövlətə 340,6 milyard tenge (1 tenge=0,00454 manat) vergi borcu var. Ləğv edilməsi nəzərdə tutulan cərimə faizlərinin məbləği 122,9 milyard tenge, cərimələrin məbləği isə 7,3 milyard tenge təşkil edir. Dekabrın 31-dək 210,4 milyard tenge məbləğində əsas vergi borcunun tam ödəniləcəyi halda, bu məbləğ silinəcək.

Bax: Nazirlər Kabineti ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıb

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçilərin rəsmiyyətə salınmamasına görə bizi hansı cəzalar gözləyir?

posted in: Xəbər | 0

cəzaSual: Son dövrlərdə demək olar ki, bütün şirkətlər artıq işçiləri rəsmi qeydiyyatla işə götürür və rəsmi vergiləri ödəyirlər. Bu həm sahibkarlıq, həm də ümumi dövlətimiz üçün gözəl haldır. Bilmək istərdim, qeydiyyatsız işçi işlədən sahibkarlara qarşı nə kimi cəza var? Və ümumiyyətlə bu cür halları şikayət etmək olurmu? Necə və hara?

Cavab: Bildiririk ki, Əmək Məcəlləsinə əsasən işəgötürən tərəfindən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan hər bir fiziki şəxslə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Həmin müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İşəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Həmçinin bax: İcarəyəverən fiziki şəxsin VÖEN-i olduğu halda E-qaimə verməzsə gəlirdən çıxa bilərik?

Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək məbləğdə, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək məbləğdə, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə inzibati cərimə edilir. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bax: Əmək Məcəlləsinə 3-cü, 5-ci, 7-ci, Vergi Məcəlləsinin 58.10-cu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və Cinayət Məcəlləsinin 162-1-ci maddələri. Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər. Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Bax: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə Mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Ferrum Kapital

  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən yuxarı
  • Əlaqədar şəxs: Günel xanım
Bax: Baş mühasibin köməkçisi tələb olunur

İş barədə məlumat

– Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək

– Mədaxil və məxaric sənədlərinin proqrama işlənilməsi

– Bütün növ ilkin mühasibatlıq qeydlərinin proqrama işlənilməsi;

– Debitorların analizi, gecikmələrin təhlili

– Bütün növ pul hərəkətlərinin qeydiyyatını aparmaq

– İş qrafiki: 6 gün 1 gün istirahət günü

– Həftə içi, 10:00-dan 19:00-dək

– Şənbə günü, 10:00-dan 16:00-dək

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– Təhsil: Ali

– İş təcrübəsi: 1 ildən yuxarı

– Yaş: 25 – 35

– Cins: xanım

– ERP sistemlərdə işləmək qabiliyyəti

– Microsoft office proqramlarında (xüsusi ilə excell) işləmək bacarığı

– Riyazi biliklərin yaxşı səviyyədə olması

– İlkin mühasibatlıq biliklərinin olması

– Məntiqi düşünmə və analiz qabiliyyəti

Mənbə: kadr.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.