Bu ölkədə vergi amnistiyası elan ediləcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi amnistiyasıQazaxıstan Qanunvericiliyinə düzəlişlərə əsasən, kiçik və orta biznes subyektləri bu il oktyabrın 1-dək olan vergi cərimələrinin və onlara əlavə edilmiş penya faizlərinin ləğv ediləcəyi nəzərdə tutulur: bir şərtlə ki, onlar 2018-ci  ilin sonuncu gününə qədər əsas vergi borclarını tam ödəmiş olsunlar.  İlkin hesablamalara görə, vergi amnistiyası 90 mindən artıq təsərrüfat subyektini əhatə edəcək.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, bu addımın atılması Prezident Nursultan Nazarbayevin oktyabrın 5-də xalqa müraciətində irəli sürdüyü təşəbbüsdən irəli gəlir və öz biznesinə yenidən başlamaq istəyən kiçik və orta sahibkarlara işgüzar fəaliyyətlərini bərpa etməyə şərait yaratmaq məqsədi daşıyır.

Bax: Vergi və rüsumların onlayn ödənişinə maraq artır
Vergi amnistiyası:

– iri vergi ödəyicilərinə;

– yerin təkindən istifadə edənlərə (yeraltı su və müalicəvi palçıq çıxarmaq hüququ olanlar istisna olunmaqla);

– aksizli məhsul istehsal edənlərə;

– sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərə tətbiq olunmayacaq.

Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin açıqlamasında bildirilmişdir ki, yuxarıdakı meyarlara uyğun olaraq vergi amnistiyasından faydalanmaq hüququ qazanan 90.077 orta və kiçik biznes subyektinin  (31.210 hüquqi şəxs və 58.867 fərdi sahibkar) dövlətə 340,6 milyard tenge (1 tenge=0,00454 manat) vergi borcu var. Ləğv edilməsi nəzərdə tutulan cərimə faizlərinin məbləği 122,9 milyard tenge, cərimələrin məbləği isə 7,3 milyard tenge təşkil edir. Dekabrın 31-dək 210,4 milyard tenge məbləğində əsas vergi borcunun tam ödəniləcəyi halda, bu məbləğ silinəcək.

Bax: Nazirlər Kabineti ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıb

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Print Friendly, PDF & Email