Vergi üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vergi, Xəbər | 0

Vergi üzrə mühasibPAŞA Sığorta” ASC namizədləri Vergi  üzrə mühasib vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək;
• Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
• Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
• Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;

Bax: 2500 manat məvaciblə Baş mühasib tələb olunur

• Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
• Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
• Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
• Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
• Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Maliyyə istiqamətində ali təhsil;
• Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
• Ümumi qəbul olunmuş mühasibat prinsipləri və qaydaları, beynəlxalq maliyyə menecmenti və iqtisadi prinsiplər üzrə nəzəri biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
• Mühasibat uçotunun qanunverici bazasını, Vergi, Əmək, Mülki Məcəlləsi;
• Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı;
• Maliyyə sahəsində mühasib/aparıcı mühasib vəzifəsində 4 il (vergi mühasibi olduqda 2 il) iş təcrübəsi.

Bax: 1300 manat məvaciblə Mühasib tələb olunur

Son müraciət tarixi: 25 dekabr 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını – “Vergi üzrə mühasib” “mövzu” bölməsində qeyd etməklə CV-nizi  / info@finstaff.az ünvanına göndərin.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Elektron xidmət növlərinin siyahısında dəyişiklik edilib

posted in: Xəbər | 0

xidmətAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 521
Bakı şəhəri, 1 dekabr 2018-ci il
“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron   göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 aprel tarixli 1921 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Bax: “Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790,

№ 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (I kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 oktyabr tarixli 447 nömrəli və 24 oktyabr tarixli 463 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə

“Elektron xidmət növlərinin Siyahısı”nın 10.7-ci və 10.8-ci bəndləri ləğv edilsin.
Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

Azərbaycan Respublikasının
Baş naziri                          Novruz Məmmədov


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İki il ərzində özünə əlavə pullar hesablayan mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

mühasibMoskva polis idarəsinin baş istintaq idarəsi əməkhaqlarının ödənişi ilə bağlı saxtakarlıq edən mühasib barəsində cinayət işini baxılmasından ötrü məhkəməyə göndərib.

Saxlanılan şəxs etibardan və səlahiyyətlərdən sui-istifadə edib.

Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

Cinayət işi qeyri-dövlət pensiya fondundan 6,7 milyon rubldan çox (170 min manatdan artıq) vəsaitin mənimsənilməsi faktı üzrə qaldırılıb. Mühasibat uçotu şöbəsinin keçmiş işçisi iki qeyri-dövlət pensiya fondunun xüsusi proqramından istifadə etməklə təşkilatların pul vəsaitlərini oğurlayıb.

2014-2016-cı illərdə mühasib işçilərin gəlirlərini süni şəkildə artırıb, sonra isə onları əvvəlki məbləğlər həddinə qaytarıb və aradakı fərqi isə mənimsəyib. Mühasib reyestrləri möhürləyib və rəhbərliklə razılaşdırıb. Cinayət işinə Zamoskvaretskiy rayon məhkəməsində baxılacaq.

mühasib


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 18 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

ləğv“Polad Ailə Kəndli Fermer Təsərrüfatı” (VÖEN: 2600516621) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Lənkəran rayonu, Lənkəran şəhəri, H. Əsgərov ünvanına bildirə bilərlər.

  • “Həkəri-2016” MMC (VÖEN: 1503170141) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2/4, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “Tacşah” MMC (VÖEN: 1401937951) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay, ev 16, mənzil 7A ünvanına bildirə bilərlər.
  • “Aestheticmed” MMC (VÖEN: 1403369091) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Ardi” MMC (VÖEN: 1501751981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanına bildirə bilərlər.
  • “İmperator Company” MMC (VÖEN: 1401310741) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Akademik Sübhi Salayev küçəsi, ev 71A  ünvanına bildirə bilərlər.
  • “Qala-R” MMC (VÖEN: 2600690141) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 33, mənzil 6 ünvanına bildirə bilərlər.
  • “Mahrasa” MMC (VÖEN: 2300801811) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Gəncə şəhəri, Nizami rayonu, Təbrik küçəsi, ev 94/1, mənzil 48 ünvanına bildirə bilərlər.

ləğv

  • “MMG” MMC (VÖEN: 1901655311) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Qəsəbəsi, yaşayış sahəsi D, ev 6, mənzil 72 ünvanına bildirə bilərlər.
  • “Tamariks” MMC (VÖEN: 1403058841) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, ev 40 ünvanına bildirə bilərlər.
  • Yeni Dünya Dəyişim Mərkəzi” MMC (VÖEN: 2002801511) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2A, mənzil 97 ünvanına bildirə bilərlər.
  • “FH Group” MMC (VÖEN: 2003931861) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Babək prospekti, ev 64, mənzil 94 ünvanına bildirə bilərlər.
Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?
  • “Caspian Premier” MMC (VÖEN: 1401825031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 70, mənzil 10 ünvanına bildirə bilərlər.
  • “Rahat Mənzil” MTK (VÖEN: 200279921) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 4, məhəllə 2964 ünvanına bildirə bilərlər.
  • “Synergy Sport” MMC (VÖEN: 1701444761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “EL Tour AZ” MMC (VÖEN: 1603465601) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu ünvanına bildirə bilərlər.
  • “Chirag Engineering” MMC (VÖEN: 1403758201) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 4, mənzil 42 ünvanına bildirə bilərlər.
  • “ET-Group” MMC (VÖEN: 1300664321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.