Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

posted in: Vergi, Xəbər | 0

vergi odəyicisiSual: Sualım obyektin icarə verilməsindən əldə olunan gəlirlə bağlıdır. Məsələn: “A” MMC-nin Daşınmaz əmlakı var və o, sadələşdirilmiş vergi ödəyicisidir. “A” MMC obyektini digər sadələşdirilmiş vergi ödəyicisnə “B” MMC icarəyə verir. Bu zaman “A” MMC-nin gəlirləri vergilər məcələsinin 218.5.4 bəndinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Bu zaman 2 sualım yaranır:
1. “A” MMC hər ay “B” MMC-ə aylıq icarə barədə elektron qaimə göndərməlidirmi?
2.”A” MMC hansı bəyannamələri təqdim etməlidir?

Bax: Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

Cavab: 1-ci sualla bağlı. Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

“Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadə qaydaları” Nazirlər Kabinetinin 2017-ci ilin 14 mart tarixli, 89 nömrəli qərarı ilə müəyyən edilir. Həmin qərarın 3.3-cü bəndində göstərilir ki, vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir. Sizin qeyd etdiyiniz halda Vergi Məcəlləsinin 135-ci maddəsinə əsasən gəlir almaq hüququnun yarandığı vaxtdan sonra, müqavilə şərtlərinə riayət etmək şərti ilə elektron-qaimə faktura təqdim edilməlidir.

Bax: Elektron Qaimə Faktura verilərsə Təhvil-Təslim aktına ehtiyac varmı?
2-ci sualla bağlı. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Eyni zamanda Vergi Məcəlləsinin 221.7-ci maddəsində qeyd edilir ki, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, qanunla nəzərdə tutulmuş qaydada, digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır.

Hüquqi şəxs olan vergi ödəyicisinin fəaliyyəti yalnız əmlak icarəsi ilə bağlıdırsa, həmin hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi qeydiyyata alınmalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq, icarə gəlirlərini və həmin gəlirlərlə bağlı xərclərini göstərməklə mənfəət vergisinin bəyannaməsini təqdim etməlidir.

Bax: İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1300 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: CBC-Caspian Business Consultants LLC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 32 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Əbdülrəhimova
Bax: 2500 manat məvaciblə Baş mühasib tələb olunur

“Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq”

posted in: Xəbər | 0

Gəlir vergisi“Gəlir vergisi üzrə güzəşt nəticəsində büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq”.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu gün keçirdiyi brifinqdə deyib.

“Gəlir vergisinin 8 min manatadək olan hissəsinin vergidən azadolunmasının maliyyə tutumu dedikdə, yalnız itkiləri hesablasaq, bunu rahat demək olar. Lakin nəzərə alsaq ki, bu daha çox qeyri-şəffaf və ya real əmək münasibətlərinin rəsmiləşdirilmədiyi şəraitdə verilən güzəştdir, biz hesab edirik ki, burda büdcə ciddi şəkildə itkilərə məruz qalmayacaq. Hətta ən optimist ssenarilər üzrə getsə, gəlir vergisi üzrə hər hansı itki olmayacaq. Əksinə əmək münasibətləri rəsmiləşdiriləcək, yüksək əmək haqları hesabına daxilolmalarda da hər hansı ciddi itkilər olmayacaq” ,- deyə o vurğulayıb.
Bax: Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştləri açıqlanıb

O bildirib ki, bütövlükdə şəffalığın təmin olunması, vergidən yayınmanın qarşısının alınması üçün bütün istiqamətlərdə vergi inzibatçılğı və vergi nəzarəti tədbirlərində qanundan irəli gələrək kifayət qədər sərt addımlar atılacaq. Baş direktor icarədən gəlir əldə edən şəxslərin vergiyə cəlb olunması ilə bağlı da məlumat verib. “Əgər icarəyə verən şəxs hüquqi şəxsdirsə, həmin şəxslər əldə etdikləri icarə haqlarından mənfəət vergisi ödəməlidirlər.

Əgər icarəyə verən şəxs vergi ödəyici olmayan fiziki şəxsdirsə, ondan icarəyə götürən sahibkar tərəfindən ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmaqla vergilər ödənilir. Vergi Məcəlləsinin 14-cü maddəsi və müvafiq olaraq 124-cü maddəsinə əsasən icarə haqqından gəlirlərə də bazar qiymətlərinin tətbiqi nəzərdə tutulur. Yəni, vergi orqanı vergi nəzarəti tədbiri zamanı əgər icarədən gəlir əldə edən şəxslərin gəlirlərinin azaldılmasına dair mənbəyi bəlli məlumata malik olarsa və ya bazar qiymətinin tətbiqinə hər hansı əsas yarandığı halda bazar qiymətləri tətbiq olunmaqla icarə haqqından gəlirləri hesablamaq hüququna malikdir. Bu, bu gün də qüvvədə olan qanundan irəli gələn vergi orqanının hüququdur”.

Bax: İnzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq

Qeyd edək ki, parlamentin təsdiqlədiyi Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcmində müəyyənləşdirilir. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.

Mənbə: report.az

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kommunal xərclərə necə qənaət etmək olar?

posted in: Məqalə, Xəbər | 0

kommunalKommunal xərclərdə necə qənaət etmək olar

1-ci hissə

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.
  • İstilik izolyasiyasını yoxlayın

Ağac çərçivədən olan pəncərələri plastik şüşə pəncərələrlə əvəz etmisiniz. Onlar daha etibarlıdır, amma müəyyən zamandan sonra köpük quruyur, rezin-bərkidicilər kobudlaşır. Yoxlayın, pəncərələriniz küləyi buraxmır ki, əgər buraxırsa, onda qarşısını alın. Eləcə də giriş qapısının istilik izolyasıyasını da nəzərdən keçirin.

 

  • Mənzildə temperaturu tənzimləyin

İşə və ya harasa getdikdə, radiatorların gücünü azaldın. Boş otaqları hansı səbəbdən qızdırmaq lazımdır ki? Geri qayıtdıqdan sonra yenidən istiliyi artıra bilərsiniz. Ən rahatı temperaturun timer-li termostatla tənzimlənməsidir.

Əgər, evdə çox istidirsə, nəfəsliyi açmaq əvəzinə, batareyaların temperaturunu aşağı salın.

  • Çoxtarifli elektrik sayğacı qoyun.

Təbii ki, əgər şəhərinizdə belə tariflər tətbiq olunursa. Söhbət elektrikə görə gecə və gündüz tariflərinin tətbiq olunduğu ölkələrdən gedir.

  • Elektrik lampalarını işıqdiodlu lampalarla əvəz edin

Düzdür, buna bir qədər artıq pul xərcləmək lazım gələcək, lakin onlar öz məsrəflərini çox tezliklə çıxaracaqlar. İşıqdiodlu lampalar adi lamplardan 8-10 dəfə az elektrik enerjisi israf edirlər.

  • Evdən çıxarkən işıqları söndürün

Bayağı məsləhətdir, lakin biz çox vaxt bunu etməyi unuduruq. Xüsusilə də buna uşaqları öyrətmək lazımdır. Siz evdə olmadığınız zaman bütün otaqlarda işığın yanması kimə lazımdır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Hərəkət sensorları quraşdırın

Bu cihazlar təkcə çoxmənzilli binaların girişləri üçün deyil, həm də şəxsi evlərdə terraslar və çardaqlar, koridorlar, balkonlar, yük qoyulan yerlər və digər otaqlar üçün də keçərlidir. Çünki həmin yerlərə biz çox az-az keçirik və işığın yanılı saxlanılması xeyli itkiyə gətirib çıxara bilər.

  • Məişət texnikasının enerji səmərəliliyini yoxlayın

Müasir məişət texnikası enerji səmərəliliyinə görə siniflərə bölünür.

A –  50-80%-dən çox enerji səmərəli

B – 25-50%-dən çox səmərili

C – 10-25%-dən çox səmərəli

D – 0-10%-dən çox səmərəli

E – 0-10%-dən az səmərəli

F – 10-25 faizdən az səmərəli

25%-dən az enerji səmərəli

Nə qədər yüksəkdirsə (A++, A+, A). Bir o qədər cihaz saat ərzində az enerji istehlak edir. Əgər, soyuducunuz  və elektrik peçiniz C markasından aşağıdırsa, onu dəyişdirilməsi üzərində düşünmək lazımdır. Bəli, bu da müəyyən məsrəflər tələb edir, amma uzun perspektivdə bu sizə daha çox faydalı olacaq.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.