Bu işçilərin orta aylıq əməkhaqqısı artıb

posted in: Xəbər | 0

əməkhaqqıYanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, əməkhaqqı neft sektorunda 3059,0 manat, qeyri-neft sektorunda 483,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 428,6 manat, özəl müəssisələrdə isə 691,2 manat olub.

Bax: Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yəmənli sahibkar Azərbaycanda nizamnamə kapitalı 122.000 manat olan MMC yaradıb

posted in: Vergi, Xəbər | 0

MMCVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 72.000 ABŞ dolları olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Caspian İnternational Group” MMC

Qeydiyyat nömrəsi (VÖEN): 3102824931

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi, ev 18, döngə 2

Bax: Əməkhaqqının regionlar üzrə bölgü qrafiki

Nizamnamə kapitalı: 72.000 USD

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Arab Shaker Hussein Mohammed (Yəmən Respublikası)

Dövlət qeydiyyatına alındığı tarix: 8 oktyabr 2018

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əməkhaqqının regionlar üzrə bölgü qrafiki

posted in: Xəbər | 0

regionlarƏməkhaqqının regionlar üzrə bölgüsü

2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən.

1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı  540,5 manat təşkil edib.

2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən 1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı  540,5 manat təşkil edib.

Bax: Nizamnamə kapitalı 15 milyon manat olan həyat sığortası şirkəti yaradılıb

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, işləyən əhalinin regionlar üzrə bölgüsündə işçilərin sayına görə birinci yeri Bakı şəhəri (714,5 min nəfər) tutur. Aran, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə regionlardan fərqlənir. Bu rayonlarda işçi sayı, müvafiq olaraq, 214 min, 140,8 min və 111,6 min nəfər olub. Ayrı-ayrı rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində (57,5 min nəfər), ən az Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.

Dövlət Statistika Komitəsi rayonlar üzrə orta aylıq nominal əməkhaqqının məbləğinə dair göstəriciləri də açıqlayıb. Məlum olub ki, hazırda Azərbaycanda ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərinin payına düşür – 785,6 manat. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq  nominal əmək­haqqı Naxçıvan Muxtar Respublikasında (429,4 manat) olub. Ən az isə əməkhaqqı alanlar Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb – 284,7.

Bax: Vergilər Nazirliyi: Sosial qanunvericiliyə edilən dəyişikliklərin mahiyyəti

Rayonlar üzrə ən yüksək orta aylıq əməkhaqqı siyahısında ilk 3 yeri Sədərək (484,8 manat), Şuşa (456,6 manat), Naxçıvan şəhəri (447,4 manat), ən aşağı isə Qax (255,7 manat), Zərdab (257,7 manat) və Ağcabədi (258,7 manat) rayonları tutur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maliyyə Bazarlarına Nəzarət Palatası Mühasib axtarır

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət PalatasıAzərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə idarəetməsi sektorunun mühasibi vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs yaradılmışdır.
Bax: İnsan Resursları Departamentində Ödənişli Təcrübə Proqramı

Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inkişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil (maliyyə/iqtisadiyyat)
• Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
• İFRS (arzuolunandır)
• Microsoft office proqramları/1 C 8/ BTP/Elektron hökümət portalında (Vergi və kərgüzarliq) işləmək bacarığı;
• Yüksək analitik bacarıqlar, operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:

• Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
• Ödəniş tapşırıqlarının yazılması və banka təhvil verilməsi;
• Vergi və kərgüzarliq sistemində E-Qaimə Fakturaların tərtib olunması və göndərilməsi;
• Əmək haqqı və müavinatlərin hesablanması və ödənilməsi;
• Debitorlara və kreditorlara nəzarət və üzləşmə aktlarının tərtib olunması;
• Bank, kassa, əmək haqqı və sair sənədlərin 1C (8.3 versiyası)  proqramına daxil edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz  CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə  / info@finstaff.az 

elektron ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az

Bax: Baş mühasibin köməkçisi tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.