Əməkhaqqının regionlar üzrə bölgü qrafiki

posted in: Xəbər | 0
birbank biznes

regionlarƏməkhaqqının regionlar üzrə bölgüsü

2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən.

1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı  540,5 manat təşkil edib.

2018-ci ilin 3-cü rübündə Azərbaycanda muzdla işləyən 1 milyon 552,7 min nəfər əhalinin orta aylıq əməkhaqqı  540,5 manat təşkil edib.

Bax: Nizamnamə kapitalı 15 milyon manat olan həyat sığortası şirkəti yaradılıb

Dövlət Statistika Komitəsinin açıqladığı məlumata əsasən, işləyən əhalinin regionlar üzrə bölgüsündə işçilərin sayına görə birinci yeri Bakı şəhəri (714,5 min nəfər) tutur. Aran, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə regionlardan fərqlənir. Bu rayonlarda işçi sayı, müvafiq olaraq, 214 min, 140,8 min və 111,6 min nəfər olub. Ayrı-ayrı rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində (57,5 min nəfər), ən az Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.

Dövlət Statistika Komitəsi rayonlar üzrə orta aylıq nominal əməkhaqqının məbləğinə dair göstəriciləri də açıqlayıb. Məlum olub ki, hazırda Azərbaycanda ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərinin payına düşür – 785,6 manat. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq  nominal əmək­haqqı Naxçıvan Muxtar Respublikasında (429,4 manat) olub. Ən az isə əməkhaqqı alanlar Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınıb – 284,7.

Bax: Vergilər Nazirliyi: Sosial qanunvericiliyə edilən dəyişikliklərin mahiyyəti

Rayonlar üzrə ən yüksək orta aylıq əməkhaqqı siyahısında ilk 3 yeri Sədərək (484,8 manat), Şuşa (456,6 manat), Naxçıvan şəhəri (447,4 manat), ən aşağı isə Qax (255,7 manat), Zərdab (257,7 manat) və Ağcabədi (258,7 manat) rayonları tutur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email