Vergi məcəlləsinin 44.5-ci maddəsində dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

VergiAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 935-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Bax: Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı Vergilər Nazirinin tam müsahibəsi

Azərbaycan Respublikası Vergi Məcəlləsinin

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7, I kitab, maddələr 1414, 1427)

44.5-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“44.5. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Əvvəlki madde: 44.5. Ekspret, ona təqdim edilmiş materiallar kifayət qədər olmadıqda və ya ekspertizanın keçirilməsi üçün onun bilikləri kifayət qədər olmadıqda rəy verilməsindən imtina edə bilər.

Hazırki maddə: 44.5. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xoşbəxt insanların uğur formulaları (5-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

uğur formulalarıXoşbəxt insanların uğur formulaları

Nigel Cumberland

Əvvəlki hissəni oxumaq üçün keçidə daxil olun.

5-ci hissə

Əksinə davranın

Əksəriyyətin nə etdiyinə baxın və tam əksini edin: belədə ehtimal var ki, siz həmişə  həyatınız üçün düzgün yol seçəcəksiniz.

Earl Nightingale


İnsanları uğurlu hesab edənə kimi, onların nümunəsi üzrə hərəkət etmək üçün çoxlu imkanlarınız olacaq, lakin, hansısa bir anda siz digərlərinin etmədiyi kimi davranmalı olacaqsınız. Uğur fərqli formalar ala bilər: bəzən kütlədən aralanmaq lazımdır, ümumi səviyyədən yüksəkdə durmaq və hamının hansı istiqamətdə hərəkət etdiyinə baxıb, özünüzün əks tərəfə getdiyinizdən əmin olmaq lazımdır.

Əksəriyyətin düşündüyü və etdiyi kimi etməmək, bu o demək deyil ki, bunu yalnız başqalarından fərqlənmək naminə etmək lazımdır. Uğura doğru asan yolla da getmək olar və bunu təsdiq edən çoxlu sübutlar da var, lakin yaddan çıxarmaq lazım deyil ki, hansısa anda sizin maraqlarınız əksini etməyi tələb edəcək:

  • Dostlarınız təhsildən çox söz açırlar, lakin, oxumağa başlamaq üçün heç nə etmirlər; siz isə iradənizi bir yumruq kimi toparlayırsınız və nəticədə axşam kurslarında arzu edilən diplomu əldə edirsiniz.
  • Qiymətlər aşağı düşdükdə, təlaşa düşən adamlar səhmlərini və evlərini satmağa başlayırlar; siz isə ümumi əhvali-ruhiyyəyə uymursunuz və öz əmlakınızı qoruyub, saxlayırsınız.
  • Ətrafınızda olanların az bir hissəsi müntəzəm olaraq idmanla məşğul olur və sağlam qidalanır; siz isə işə piyada gedib-gəlirsiniz, idman zalını ziyarət edirsiniz və düzgün qidalanırsınız.
  • Bir çoxları özlərini bezikdirən vəzifəni nəhayət tərk edəcəklərini və öz arzularına uyğun iş tapacaqlarından yalnız söz açırlar; siz isə belə bir arzunuz varsa, onu dərhal həyata keçirirsiniz.

Ehtimal ki, sizə hamı kimi hərəkət etməmək sadə başa gəlməyəcək. Bəzən sizdə tək və atılıb qalmaq qorxusu baş qaldıracaq. Həmkarlar, dostlar və ailə üzvlərinin məsləhət axınının əksinə getmək heç vaxt asan olmur. Lakin, əgər siz nə etdiyinizi və nəyin naminə etdiyinizi onlara izah etsəniz, onlar yekunda sizinlə razılaşacaqlar.

Uğur fərqli formalar ala bilər. Bəzən kütlədən aralanma və ümumi səviyyədən yüksəkdə durmaq lazımdır.

Fəaliyyət üçün təlimat

Təklikdə fəaliyyət göstərmək – bu normal bir şeydir

Bəzən özünüzü ağ qarğa kimi hiss edin və nəzərə alın ki, bu sizə rahatsızlıq da gətirə bilər. Lakin, siz öz qərarınıza haqq qazandırmaq məcburiyyətində deyilsiniz. Adamlar sizin məntiqiniz və hətta sağlam fikirliliyinizə şübhə də edə bilərlər. Qoy olsun! Vaxtilə mən özümə işləmək üçün maliyyə sahəsində gəlirli vəzifəni buraxıb işdən çıxmışdım. Bir çoxları o vaxt ağlımı itirdiyimi və ya böhran yaşadığımı düşünürdülər. Təbii ki, bu mənə çox təsir edirdi, amma yenə də fikrimi dəyişmədim və özüm özümün ağası oldum.

Əksinə hərəkət etməyə çalışın

Həyatın hansı sahələrində siz arzu etdiyiniz məqsəd və nəticələrə çata bilməmisiniz? Siz nəyisə yenidən, təkrar-təkrar edirsiniz, lakin yenə eyni, yekun nəticəyə gəlirsiniz? Düşünün, nəticəni  yaxşılaşdırmaq üçün hərəkətləri necə dəyişə bilərsiniz?

Sizi yeni düşüncələrə gətirib çıxara bilən bir neçə nümunəvi vəziyyəti təqdim edirik:

  • Siz iş yerində vəzifədə yüksəlmək ümidi ilə inadla diqqəti özünüzə cəlb etməyə cəhd edirsiniz. Lakin, üç ildir ki, sizə bundan yüksək vəzifə təklif olunmur. Başqa cür hərəkət edin: inadkar və faydasız cəhdlərinizə son verin. Rəisinizlə səmimi söhbət edin, niyə oyundankənar saxlanılmağınızın səbəbini öyrənməyə çalışın. Mümkündür ki, sizi başqa bir yerdə daha yaxşı imkanlar gözləyir və sizə yalnız işdən çıxmaq və irəliyə doğru hərəkət etmək lazımdır.
  • Siz hər ayın sonunda müəyyən məbləğdə pulu arxaya atmaqla özünüzə pul yığmaq istəyirsiniz, lakin hər dəfə nağd pulların az olduğunu aşkar edirsiniz. Başqa cür hərəkət edin: ayın sonunu gözləmədən pulları maaşı alan təki, dərhal kənara qoyun. Həmin vəsaitləri təcili depozitə yatırın ki, onları çıxarmaq mümkün olmasın və növbəti əməkhaqqına kimi qalan vəsaitlə dolanmağa çalışın.
  • Siz yeni tanışlıqlara can atırsınız, amma “kor-koranə görüşü” sevmirsiniz. Əksini edin: idmanla və ya buna bənzər nəsə ictimai bir şeylə daha çox məşğul olun və yeni adamarla siz təsadüfən qarşılacaqsınız.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu rüsumların qüvvədə olma müddəti uzadılıb

posted in: Xəbər | 0

rüsumQuş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq edilən rüsumların qüvvədə olma müddəti uzadılıb

Yerli istehsalçılar tərəfindən edilən çoxsaylı müraciətləri nəzərə alaraq Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli 367 nömrəli qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və bir sıra digər dövlət orqanlarına müraciət edib. 367 nömrəli qərara əsasən ölkədə sahibkarlığın inkişaf etdirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması, yerli sahibkarların fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın qorunması məqsədi ilə Azərbaycana gətirilən bəzi mal mövqeləri üzrə gömrük idxal rüsumları artırılmışdır.

Bax: Gələn il dövlət rüsumu üzrə daxilolmalar 34% artacaq

Müraciətdə ASK yuxarıda qeyd edilən qərarın son iki ildə icrası dövründə toyuq və ərzaqlıq yumurta istehsalının əhəmiyyətli dərəcədə artdığını,  idxal olunan məhsullara tətbiq edilən spesifik gömrük rüsumu sayəsində yerli istehsalın inkişaf etdiyini qeyd edib. Qərarın qüvvədə olma müddətinin uzadılmasının yerli istehsalın daha da rəqabət qabiliyyətli səviyyəyə yüksəlməsinə təkan verəcəyi bildirmişdir.

ASK-nın da təklifləri də nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 2018-ci il 7 noyabr tarixli 476 nömrəli qərarına uyğun olaraq, bir sıra məhsulların, o cümlədən quş əti və ərzaqlıq yumurtanın idxalına tətbiq olunan spesifik rüsumların qüvvədə olma müddəti 2019-cu ilin 15 dekabr tarixinədək uzadılmışdır.

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.

Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı Vergilər Nazirinin tam müsahibəsi

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərVergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində islahatlar, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər ilə bağlı Azərbaycan televiziyalarına verdiyi müsahibələr əsasında hazırlanmış qısa xülasə

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini, vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, dövlətbiznes münasibətlərini, vergi orqanlarının yeni iş prinsiplərini, həyata keçirilən islahatları və onların ilkin nəticələrini televiziyalara müsahibəsində şərh edib.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirildiyini söyləyib. Bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

2018-ci ili vergi ödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: «Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb».

Vergilər Nazirinin tam müsahibəsini oxumaq üçün faylı yükləyin: Müsahibə

Mənbə: taxes.gov.az


Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.