Vergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində islahatlar, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər ilə bağlı Azərbaycan televiziyalarına verdiyi müsahibələr əsasında hazırlanmış qısa xülasə
Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini, vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, dövlətbiznes münasibətlərini, vergi orqanlarının yeni iş prinsiplərini, həyata keçirilən islahatları və onların ilkin nəticələrini televiziyalara müsahibəsində şərh edib.
Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək
Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirildiyini söyləyib. Bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
2018-ci ili vergi ödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: «Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb».
Vergilər Nazirinin tam müsahibəsini oxumaq üçün faylı yükləyin: Müsahibə
Mənbə: taxes.gov.az
Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.