İnzibati Xətalar Məcəlləsi ilə bağlı fərmanda dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 noyabr tarixli 331 nömrəli və 15 noyabr tarixli 343 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.70-ci bənddən “, lombardlara” sözü çıxarılsın və həmin bəndə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti (lombardlara münasibətdə),” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 5.70-2-ci bənd əlavə edilsin:

“5.70-2. həmin Məcəllənin 598-ci (monitorinqdə iştirak edən digər şəxslərə münasibətdə) maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə aşağıdakılar baxırlar:

5.70-2.1. notariuslara münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

5.70-2.2. hüquq xidmətləri, mühasibat və vergi məsləhəti xidmətləri göstərən digər şəxslərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi;

5.70-2.3. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.70-2.4. lotereya və idman mərc oyunları təşkilatçılarına münasibətdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası;

5.70-2.5. daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən şəxslərə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti;”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 noyabr 2018-ci il.


Sumqayıt Texnologiyalar Parkı Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifənin adı: Mühasib

Vəzifə öhdəlikləri:

• Sistemə yeni reseptlərin daxil edilməsi;
• Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
• Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması;
• Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itki) planlaşdırılmış göstəricilərin müqayisə olunması;
• Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının təmin edilməsi;
• Ay sonu istehsal sahəsində çalışan işçilərin əmək haqqılarının və kommunal xərclərinin müəyyənləşdirilməsi və sistemə daxil edilməsi;
• Aylıq istehsal edilmiş məhsulların tam maya dəyərinin formalaşdırılması;
• İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi;
• Ay sonu sahələrin imzalı qalıqlarının tələbi və sistemə daxil edilməsi;
• Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması;
• Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etmək, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirmək;
• Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirmək.

Bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Təhsil/Təcrübə: 

• Ali iqtisadi təhsil (Mühasibatlıq sahəsində təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 2-3 il iş təcrübəsi (İstehsalat təcrübəsi arzuolunandır);
• Beynəlxalq sertifikasiyaya malik olmalı (F2, F3, F7);
• Azərbaycan dilində sərbəst istifadəçi səviyyəsində bilməli (İngilis dilinə malik namizədlər arzuolunandırlar);
• Microsoft Excel, SAP və ya 1C proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;

Bax: Müxtəlif sahələr üzrə Ödənişli təcrübə proqramı

Əlavə məlumatlar: 

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq  / info@finstaff.az ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ödənişlə Təcrübəçi Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 1

MühasibVəzifə: Mühasib (Təcrübəçi)

İşəgötürən: Mazarina MMC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 25 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Məhəmməd Məhərrəmov
İş barədə məlumat:
– Gündəlik qaimə və qəbzlərin işlənməsi
– Logo proqramına məlumatların daxil edilməsi
– Mühasibin verdiyi tapşırıqların tam olaraq vaxtında yerinə yetirilməsi
– Bütün mühasibatlıq əməliyyatlarında iştirak etmək
– İstirahət günləri: Şənbə və Bazar
– İş saatları: 09:00-dan 18:00-dək
– Əmək müqaviləsi:müddətsiz olaraq bağlanılır
– Maaş: Təcrübə müddətində 250 AZN (3 ay), təcrübə müddəti bitdikdən sonra periodik olaraq artan əmək haqqı
Bax: Sumqayıt Texnologiyalar Parkı Mühasib axtarır

Namizədə tələblər

– Yaş 21-25
– Cinsi: Kişi
– Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit üstünlük veriləcək)
– Mühasibat uçotu və audit barəsində güclü nəzəri biliklər
– İş təcrübəsi tələb olunmur
– MS Office (xüsusən excel) bilikləri
– Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti

Mənbə: boss.az

Bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasiblər üçün psixoterapiya

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasiblərMühasiblər üçün psixoterapiya və ya 10 mühüm qayda

1-ci hissə

Bizlərin çoxunda  daimi stresin səbəbi ətrafımızdakı həqiqətin təhrifedici bir hiss kimi qavranılmasıdır. Öz növbəsində bu cür qavrama çox vaxt həyat haqqında ardıcıl olmayan və ziddiyyətli təsəvvürlərdən qaynaqlanır.

İnsanın təsəvvüründəki aləmə təsir vasitəsi kimi istifadə olunan məntiqi düşüncə metodu stresin miqyasının dəfələrlə azalmasına kömək edir. Bu metod rasional psixoterapiya adlanır. O, kütləvi üsullardan ibarətdir, lakin biz,  xüsusilə, məhz  mühasiblər üçün əhəmiyyətli olan qaydalara diqqət yetirmək istərdik.
Mühasibat Uçotu Kursları

1-ci Qayda.

Öz səlahiyyət sahənizi müəyyən edin

Həmişə konkret olaraq nəyə cavabdeh olduğunuzu dəqiq bilməlisiniz. Şirkətlərin vəziyyəti ilə əlaqəli ortaya çıxan problemləri öz üzərinizə yıxmaq lazım deyil. Siz ümumilikdə bütün biznesə görə deyil, yalnız öz işinizə görə cavabdehsiniz. O, necə inkişaf edəcək, bax bu, mülkiyyət sahiblərindən, direktordan asılıdır, sizdən yox. Direktor və ya sahibkarın işlərin aparılmasında riskli üsullardan istifadə etmələrində siz təqsirkar deyilsiniz. Mənfi nəticələr sizin deyil, onların fəaliyyəti, onların səhvləri nəticəsində  ortaya çıxıb. Buna görə strateji cəhətdən səhvə yol verən sözügedən rəhbər işçilər məsuliyyət daşıyırlar, siz yox! Çünki siz zamanında bütün risklərlə bağlı xəbərdarlıqlarınızı onların diqqətinə çatdırmısınız.

İkinci bir tərəfdən, problem hansısa obyektiv səbəb üzündən ortaya çıxırsa belə, buna görə də özünüzü üzməyə dəyməz. Tutaq ki, şirkət mal almaq üçün kredit götürüb, həmin mallar gömrükdə “asılıb qalıb”. Sizin işiniz – hər şeyi düzgün yerinə yetirməkdən ibarətdir: zəruri olan sənədləri tərtib etmək, ola bilsin, kreditin ödənişinə nəzart etmək, lazım olan yerə pul ödənişlərini müddətində yerinə yetirmək, bundan artığına gərək də yoxdur! Rəhbərlik nə qədər istəyir özünü dağıtsın, bunun sizə heç bir aidiyyatı yoxdur. Bu mühasibin nəzarətinə aid məsələ deyil!

Bu cür yanaşma metodu sizə emosiyalar altında deyil, dərk olunmuş seçim üzrə işləməyə yardım edəcək. Biz bütün dünyada baş verənlərə nəzarət etməyə cəhd göstərməməliyik və bunu edə də bilmərik, amma biz öz səlahiyyətimizdə olanlara təsir edə bilərik və təsir etməliyik də.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.