Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

posted in: Vergi, Xəbər | 0

“Əməkhaqqılarına vergi yükünü əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tuturuq. Vergi yükü 51%-dən 26%-ə endirilir”.

Bunu vergilər naziri Mikayıl Cabbarov “Real TV”yə verdiyi  müsahibəsində bildirib.

Bu gün 2500 manatadək əməkhaqqılar üzrə vergi yükü (14% gəlir vergisi və 26 % məcburi sosial ödənişlər daxil olmaqla) 40%, 2500 manatdan yüksək olan əməkhaqqıları üzrə 51%-dir. Bundan sonra, cəmi vergi yükü  8000 manatadək olan əməkhaqqılar üzrə 26%, 8000 manatdan yüksək əməkhaqqılar üzrə isə 40% nəzərdə tutulur.  Bu, dövlətin qeyri-neft sektoru üçün verdiyi ciddi güzəştdir”,- nazir qeyd edib.

 

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İcarəyə götürülmüş avtomobilə amortizasiya hesablana bilər?

posted in: Xəbər | 0

amortizasiyaSual: 100.000 manatlıq avtomobil 10.000 manata 5 illiyə icarəyə götürülmüşdür, İcarəyə götürən şirkət buna amortizasiya hesablaya bilər? İcarəyə götürən avtomobil balansda əks olunmalıdır?

Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq vergitutma məqsədləri üçün amortizasiyanın hesablanması yalnız vergi ödəyicisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada uçota alınmış əsas vəsaitərə münasibətdə aparılır.

Bax: Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?

Bu baxımdan da icarəyə götürən şəxs avtonəqliyyat vasitəsini bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq uçota aldıqda amortizasıya ayırmalarını hesablayaraq gəlirdən çıxa bilər.

İkinci sualınızla əlaqədar bildiririk ki, icarəyə verilən əmlak tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq istər icarəyə verənin, istərsə də icarəyə götürənin balansında uçota alına bilər.

Əsas vəsaitlərin uçotu ilə bağlı geniş və dolğun məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: İcarə müqaviləsi əvəzsiz bağlanarsa hansı vergi öhdəlikləri yaranır?

Bax: Vergi Məcəlləsinin 114-cü maddəsi, “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiMühasib köməkçisi tələb olunur.

İşəgötürən: TID Consulting

İş barədə məlumat:

– Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi
– Bank hesablarıı üzrə ödənişlərin həyata keçirilməsi
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV), DSMF hesabatlarının (B1, B3), Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi
– Elektron Vergi Hesab Faktura, Qaimə Faktrura,Hesab Fakturalarının işlənməsi
– Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər:

– Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
– Göstərilən sahə üzrə min. 2 il iş təcrübəsi
– MS Office və 1C (8.2) proqramlarında mükəmməl işləmək bacarığı
– Vergi Məcəlləsini bilməli
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– Azərbaycan və rus dili bilikləri
– Ünsiyyət qura bilmə bacarığı

Bax: 700 manat məvaciblə Mühasib axtarılır

Əmək haqqı namizəddən asılı olaraq müəyyən ediləcəkdir.

Maraqlanan şəxslər CV-lərini  / info@finstaff.az ünvanına göndərə bilərlər.  Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda 2 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

xarici şirkətVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, Azərbaycanda 2 xarici şirkət ləğv edilib.

  • “Mott Macdonald CZ, SPOL.S.R.O. Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303389411) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.
Bax: Azərbaycanda nizamnamə kapitalı 194.000 manat olan ASC yaradıldı
  • “TML İnşaat A.Ş.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701453091) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Adil İsgəndərov küçəsi, ev 2, mənzil 1 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.