Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

posted in: Vergi, Xəbər | 0

“Əməkhaqqılarına vergi yükünü əhəmiyyətli dərəcədə azaltmağı nəzərdə tuturuq. Vergi yükü 51%-dən 26%-ə endirilir”.

Bunu vergilər naziri Mikayıl Cabbarov “Real TV”yə verdiyi  müsahibəsində bildirib.

Bu gün 2500 manatadək əməkhaqqılar üzrə vergi yükü (14% gəlir vergisi və 26 % məcburi sosial ödənişlər daxil olmaqla) 40%, 2500 manatdan yüksək olan əməkhaqqıları üzrə 51%-dir. Bundan sonra, cəmi vergi yükü  8000 manatadək olan əməkhaqqılar üzrə 26%, 8000 manatdan yüksək əməkhaqqılar üzrə isə 40% nəzərdə tutulur.  Bu, dövlətin qeyri-neft sektoru üçün verdiyi ciddi güzəştdir”,- nazir qeyd edib.

 

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *