Mühasiblərlə bağlı yumor
Mühasiblərlə bağlı yumor
Yeni ruslardan biri öz dələduzluqları barədə heç kimə heç nə söyləyə bilməsin deyə, mühasib vəzifəsinə lal-kar bir şəxsi işə götürür. Amma, bir ay sonra həmin mühasib 3 milyon dolları da özü ilə birlikdə götürüb, aradan çıxır.
Yeni rus onu yalnız üç aydan sonra axtarıb tapa bilir və dərhal da onu sorğu-suala çəkir. Yeni rus:
– Pullarım hardadır?
Mühasib susur. Yeni rus:
– Axmaq adam pullarımla nə etmisən?
Mühasib yenə də susur.
– Tez ol, pulların yerini söylə.
Mühasib susmaqda davam edir.
Bax: Gömrüyü aldadan hiyləgər yəhudi haqqında lətifə
İki saatdan sonra yeni rus anlayır ki, mühasibi lal-kardır. Televiziyalardan birinə gedir və oradan surdo-tərcüməçi (lal-kar adamlar üçün mətni tərcümə edən ) tapır onunla birlikdə qayıdıb, mühasibi sorğu-suala çəkir:
– Qardaş, sən ona de ki, axmaqlıq etməsin, pulları geri qaytarsın.
– Tərcüməçi:
– Əl işarələri ilə mühasibə lazım olan mətni başa salır.
Mühasib işarə ilə nələrsə anladır.
Surdo tərcüməçi:
– Deyir ki, pulları mən almamışam.
Yeni rus tapançanı çıxarıb mühasibin gicgahına dirəyir və qışqırır:
– Əclaf, 3 milyon dollar hanı?
– Tez ol söylə, yoxsa qafana sıxacam.
Lal-kar mühasibi tər bürüyür və tez əlləri ilə nəsə işarə edir:
– Bütün pullar evimin yanındakı sarayın arxasında yerə basdırdığım qəhvəyi çemodandadır. Yalvarıram, məni öldürməyin! Hamısını qaytaracam, bir dollar da olsun xərcləməmişəm.
Yeni rus surdo-tərcüməçidən mühasibin nə dediyini soruşur:
– Hə, indi nə deyir?
Tərcüməçi:
– Deyir ki, istəyirsən atəş aç, onsuz da heç nə deməyəcəm.
“A.M.O” MMC (VÖEN: 1400732241) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 25, mənzil 45 ünvanına bildirə bilərlər.
Vəzifə: Aparıcı Mühasib
Hökumətin keçən ayın sonunda təqdim etdiyi 2018-2019-cu maliyyə ili üçün büdcə layihəsində rəqəmsal xidmətlər üçün vergi tətbiqi nəzərdə tutulmuşdur. Layihəyə əsasən, 2020-ci ilin aprelindən «Britaniya istifadəçiləri üçün rəqəmsal xidmətlərin göstərilməsi ilə bağlı biznesin müəyyən növlərindən» dövriyyənin 2 faizi həcmində vergi tutulması gözlənilir. Qeyd etmək lazımdır ki, rəqəmsal xidmətlər üçün vergi «internet axtarışları, sosial şəbəkələrin və internet mağazaların idarə olunması üzrə əməliyyatlara aid dövriyyəyə» tətbiq ediləcək.