“GROW Audit and Consulting” LLC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibGROW Audit and Consulting” MMC 2011-ci ildə fəaliyyətə başladığı andan etibarən professional səviyyədə möhkəmlənmək, fəaliyyətinin sərhədlərini genişləndirmək və xidmətlərinin ancaq kəmiyyət yox, həm də keyfiyyət nöqteyi nəzərdən artırmağı öz qarşısına strateji məqsəd kimi qoymuşdur.

  • Şəhər: Bakı
  • Yaş: 21 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Günel x

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Əmək haqqının hesablanması
– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək
– İstirahət günləri şənbə-bazar

– Xidmət göstərdiyimiz müəssisələr üçün baş mühasib, mühasib üzrə vakant yerlər mövcuddur.

Bax: Nurgun Holding Maliyyə Meneceri axtarır

Namizədə tələblər

– Ali təhsili
– Cins – kişi/qadın
– Səlist Azərbaycan, Rus və İngilis dillərində danışıq bacarığı
– Office və muhasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərinin  / info@finstaff.az – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühasib” qeyd etmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Bax: Baş mühasib tələb olunur


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaponiyada satışdan verginin dərəcəsi artırılıb

posted in: Vergi, Xəbər | 0

satışdan verginin dərəcəsiƏslində, ölkənin dövlət borclarının artması sayəsində belə bir addımın atılacağı gözlənilən idi. 2019-cu ilin oktyabr ayından satışdan verginin dərəcəsinin 8 faizdən 10 faizə qədər artırılmasında əsas məqsəd bu problemin aradan qaldırılmasıdır.

Belə bir addımın atılması 2015-ci ilə nəzərdə tutulmuşdu, lakin hakim dairələr bunun ölkənin həssas iqtisadi həyatında böyük əks-səda yaradacağından ehtiyatlanaraq həmin planı iki dəfə təxirə salmışdılar. Hakimiyyəti ehtiyatlanmağa vadar edən başlıca səbəb isə 2014-cü ildə ölkə iqtisadiyyatında qeydə alınan resessiya olmuşdu.

Bax: Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

Baş nazir Sindzo Abe belə hesab edir ki, zərbəni yüngülləşdirmək üçün qabaqlayıcı tədbirlər görməklə istehlakçı xərclərinin kəskin şəkildə aşağı düşməsinin qarşısını almaq mümkündür.

«Hökumət bütün mümkün tədbirləri görməklə  iqtisadiyyata mənfi təsirlərin qarşısını almaq üçün möcud imkanlar çərçivəsində hər şeyi edəcək», – Nazirlər Kabinetinin baş katibi Yoşixid Suqa jurnalistlərə açıqlama verərkən bildirmişdir.  Bununla belə, o, əlavə etmişdir ki,  əgər iqtisadiyyatda qlobal səviyyədə, məsələn, 2008-ci ildə olduğu kimi, azalma baş verərsə, planlaşdırılan addımın təxirə salınması da istisna edilmir.

Onun sözlərinə görə, nəzərdə tutulan vergi artımının ərzaq mallarına tətbiq edilən satışdan vergiyə aidiyyəti olmayacaq. Bundan əlavə, ev və ekoloji baxımdan təmiz avtomobillər kimi bir sıra uzunmüddətli istifadə olunan mallar üçün satışdan verginin təsirini kompensasiya etmək məqsədilə subsidiyaların verilməsi planlaşdırılır.

Bax: Bu ölkədə əcnəbilərdən əlavə vergi tutulacaq

Vergilərin artırılmasından əldə olunan gəlirlərin bir  qismi isə pulsuz uşaq bağçalarının inkişaf etdirilməsinə yönəldiləcək ki, bununla da ailələrin maliyyə yükünün yüngülləşdirilməsi, eləcə də əhalinin sayı sürətlə azaldığına görə ailələrin daha çox uşaq dünyaya gətirib böyütməyə həvəsləndirilməsi nəzərdə tutulur.

Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard isə xəbərdarlıq etmişdir ki, ölkənin üz-üzə gəldiyi problemlər Yaponiya əhalisinin yaşlanması davam etdikcə artacaq. O bildirmişdir ki, bu gedişlə qarşıdakı 40 il ərzində ölkənin həm iqtisadiyatının miqyasının, həm də əhalisinin sayının 25 faiz azalacağı gözlənilir.

Bundan əlavə, Yaponiyanın borclardan qurtarmaq imkanında olmasına inamın itirilməsi faiz dərəcələrinin artmasına və müflisləşmə riskinin yüksəlməsinə gətirib çıxara bilər. Bundan əvvəl isə reytinq agentlikləri Yaponiyanın borclanma səviyyəsinə uyğun olaraq kredit qabiliyyətini aşağı salmışdılar.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Xəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər, Xəzinədar | 0

Xəzinədarın əmək funksiyasıXəzinədarın əmək funksiyası nədir və nələri bilməlidir?

Əmək funksiyası. Xəzinədar pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir. Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır. Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

Həmçinin bax: Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

Bilməlidir: kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını; kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ümumi orta təhsil və xüsusi təlim;

3-cü dərəcə: xəzinədar vəzifəsini yerinə yetirdikdə;

4-cü dərəcə: böyük xəzinədar vəzifəsini yerinə yetirdikdə.

Həmçinin bax: Mühasib peşəsinin incəlikləri

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ölkədə əcnəbilərdən əlavə vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

vergiQazaxıstanda turizm imkanlarının təbliğinin genişləndirilməsi məqsədilə çəkilən xərclərin qarşılığı olaraq, hökumət turistlər üçün yeni vergi tətbiq olunmasını ictimaiyyətlə müzakirə edir.

Mədəniyyət və idman nazirinin müavininin məsləhətçisi Yerkebulan Hasenov Sahibkarların Milli Palatasında turizmin inkişafına həsr edilmiş çıxışında bildirmişdir ki, Qazaxıstan marketinq və turistlərin cəlb edilməsi üçün ölkənin tanıdılması sahəsində bir çox dövlətlərdən, eləcə də öz rəqiblərindən geri qalır: «Hazırda  dünyada Qırğızıstan, Özbəkistan, Azərbaycan, Monqolustan haqqında daha çox bilirlər, nəinki Qazaxıstan barədə. Mən hələ heç Gürcüstanı demirəm. Bütün bunlar adı çəkilən ölkələrin bu məsələyə əsaslı yanaşmasının nəticəsidir və onlar özlərinin tanıdılmasına daha çox vəsait xərcləyirlər.

Bax: Vergi Məcəlləsində gözlənilən dəyişikliklər həyatın yaşam sığortasının populyarlığına mənfi təsir göstərməyəcək

Məsələn, Gürcüstanın özünü tanıtmaq üçün ayırdığı büdcə Qazaxıstanda 2017-ci il üzrə marketinq üzrə ayrılan büdcədən 14 dəfə çoxdur. Çexiyada və Birləşmiş Ərəb Əmirliklərində turizm imkanlarının təqdim edilməsinə bizdəkindən 40 dəfə çox  pul xəclənir. Ona görə də biz bu sahəyə vəsait ayırmayınca bir ölkə kimi bizi tanıyan olmayacaq».

V.Hasenov onu da diqqətə çatdırmışdır ki,  bu sahədə qabaqcıl təcrübəyə malik ölkələrin marketinq üzrə orta büdcə göstəricilərinə yaxınlaşmaq üçün hazırkı büdcəni 1 milyon dollardan 6-7 milyon dollara çatdırmaq tələb olunur. Həmin vəsaiti əldə etmək üçünsə «Bed Tax» deyilən gecələmə vergisinin tətbiqi təklif edilmişdir. Turist yığımlarından əldə edilən əlavə vəsaiti isə marketinq və tanıtma xərclərinə yönəltmək olar: «İlk mərhələdə biz yalnız xarici ölkə vətəndaşlarından bir gecə üçün 2 dollar vəsait yığılmasını  nəzərdə tuturuq. Bu addımın atılması sayəsində hər il 4-5 milyon dollar əlavə vəsait əldə etmək mümkün olacaq».

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.