Sahibkarlıq sahəsində yoxlamalar (bilinənlər və bilinməyənlər)

posted in: Xəbər | 0

Sahibkarlıq sahəsində yoxlamalarMövzuya başlamazdan əvvəl qeyd etmək yerinə düşər ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılmışdır. Buna baxmayaraq bəzi sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və Qida Təhlükəsziliyi Agentliyi tərəfindən qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müəyyən edilmiş yoxlamalar aparıla bilər.

Bu yoxlamalara aşağıdakılar aid edilir:

  • sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;
  • fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;
  • təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;-
  • sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
  • kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yoxlanılması;
  • radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması;
  • əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu o deməkdir ki, 2021-ci il yanvarın 1-dək dayandırılmış yoxlamalar yuxarıdakı siyahıda göstərilmiş yoxlamalara aid edilmir.

Mövzu ilə əlaqədar xatırlatmaq yerinə düşərdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar dedikdə sahibkarlıq subyektlərinin qanunvericiliklə müəyyən edilmiş məcburi tələblərə riayət edib-etməmələrinin qiymətləndirilməsi üzrə tədbirlərin məcmusu başa düşülür. Bu yoxlamaların aparılması ilə əlaqədar sahibkarlıq subyektlərinin müəyyən kateqoriyalar üzrə iri, orta və kiçik sahibkar meyarları üzrə bölgüsünün olduğunu da qeyd etmək mümkündür.

Həmin meyarları təqdim edirik.

– ölçüsünə görə kateqoriyası

a) kiçik sahibkar  b) orta sahibkar  c) iri sahibkar

– işçilərin orta siyahı sayı üzrə kateqoriyası

a) kiçik sahibkar – 25 nəfərədək işçisi olan

b) orta sahibkar – 25 nəfərdən 125 nəfərədək işçisi olan

c) iri sahibkar – 125 nəfərdən çox işçisi olan

– illik gəlirinə görə

a) kiçik sahibkar – 200 min AZN-dək

b) orta sahibkar – 200 min AZN-dən 1 milyon 250 min AZN-dək

c) iri sahibkar – 1 milyon 250 min AZN-dək

İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı bilinməsi gərəkli məsələlərdən başlıcası odur ki, bu sahədə aparılan növbəti (plan üzrə) yoxlamalar sahibkarlıq subyektlərinin fəaliyyət müddəti, aparılmış əvvəlki yoxlamalar, fəaliyyət göstərdiyi sahə və digər statistik göstəriciləri nəzərə alınmaqla onlara verilən risk qrupları üzrə həyata keçirilir.

Həmin risk qrupları bunlardır:

a) yüksək, b) orta,  c) aşağı

Sahibkarlıq subyektinin 2 risk qrupuna aid edildiyi müəyyən edilərsə, ən yüksək dərəcə əsas götürülür və bu risk qrupuna 3 ildən bir yenidən baxılır.

Risk qrupları nəzərə alınmaqla sahibkarlıq subyektlərində yoxlamalar aşağıdakı dövriliklə aparılır.

1) yüksək risk qrupu üzrə – ildə 1 dəfədən çox olmayaraq

2) orta risk qrupu üzrə – 2 ildə 1 dəfədən çox olmayaraq

3) aşağı risk qrupu üzrə – 3 ildə 1 dəfədən çox olmayaraq

Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət üzrə isə aparılan planlı yoxlamaların dövriliyi aşağıdakı kimidir:

1) yüksək risk qrupu üzrə – altı ayda 1 dəfədən çox olmayaraq

2) orta risk qrupu üzrə – 1 ildə 1 dəfədən çox olmayaraq

3) aşağı risk qrupu üzrə – 2 ildə 1 dəfədən çox olmayaraq

Əgər son iki yoxlama nəticəsində sahibkarlıq subyektinin qanunvericilikdəki məcburi tələblərə riayət etdiyi və insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaratmırsa, bu halda aparılan planlı (növbəti) yoxlamaların dövriliyi 1.5 dəfə artırılır.

Misal üçün orta risk qrupu üzrə aparılacaq növbəti yoxlama 2 ildə 1 dəfə deyil, 3 ildə 1 dəfə aparılır.

Onu da qeyd edək ki, plan üzrə yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır.

Plandankənar yoxlamalar isə:

  • sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edildikdə
  • sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlərin tətbiqi (təkrar tətbiqi) barədə qərarın icra vəziyyəti yoxlanıldıqda
  • insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda (bu barədə daxil olmuş anonim müraciətlər (məlumatlar) əsasında plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz)
  • sahibkar plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etdikdə aparılır.

Bəs bu yoxlamaların müddəti nə qədər davam edir?

Qanunvericiliyə görə plan üzrə (növbəti) yoxlamalar iri sahibkarlarda 10 iş günündən, kiçik və orta sahibkarlarda isə 5 iş günündən artıq olmayaraq davam edə bilər.

Plandankənar yoxlamalar isə iri sahibkarlarda 5 iş günündən, kiçik və orta sahibkarlarda isə 3 iş günündən artıq olmamalıdır.

Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu tələblərə riayət edilmədiyi halda sahibkarlıq subyekti yoxlayıcı orqanı yoxamaya buraxmaqdan imtina edə bilər.

Onu da xatırladaq ki, yoxlanılan sahibkar aparılan yoxlama tədbirlərinin foto, video çəkilişini və audio yazılışını apara bilər.

Sahibkarın fəaliyyətinin yoxlanması zamanı müəyyən edilsə ki,

  • yoxlama zamanı aşkar edilmiş qanun pozuntusu insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradır və ya mühüm zərər vurur
  • həmin qanun pozuntusunun dərhal aradan qaldırılması mümkün deyil;
  • məhdudlaşdırıcı tədbirlərin mümkünlüyü yoxlayıcı orqanın nəzarət sahəsi üzrə qanunla nəzərdə tutulur, bu halda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.

Həmin tədbirlərə aiddir:

  • istehsalın ayrı-ayrı sahələrinin, istehsalın dayandırılması, malın satışının dayandırılması, istehsalının və ya satışının qadağan edilməsi, malın dövriyyədən çıxarılması, malın geri çağırılması, emalı, təkrar emalı, təyinatının dəyişdirilməsi, iş personalının uzaqlaşdırılması, işvə ya xidmət göstərilməsinin dayandırılması

Aşağıdakı hallarda sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq edilməsi barədə qərar ləğv edilmiş hesab edilir və o öz fəaliyyətini davam etdirə bilər

  • sahibkar tam və əhatəli şəkildə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirmişdir
  • sahibkar məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirləri yerinə yetirdiyi barədə müvafiq yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.

Mövzu ilə əlaqədar qeyd edək ki, bütün növ yoxlamaların sonunda yoxlama aktı tərtib edilməlidir.

Sahibkarlıq subyektinin yoxlayıcı orqanın qərarından yuxarı orqana və ya məhkəməyə şikayət etmək hüququ var. Bu şikayətə isə 15 iş günü ərzində baxılmalıdır və yoxlayıcı orqanın qərarı ya ləğv edilir, ya da dəyişdirilir, ya da ki qüvvədə saxlanılır.

Yekunda isə qeyd edək ki, yeni yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi bəzi hallarda sırf bu yoxlamalar zamanı müşahidəçi kimi iştirak etmək hüququ əldə etmişdir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

vergi uçotu məlumatlarının dəyişdirilməsiXidmətin adı: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”

– “Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə” (soyadı, adı və ya ünvanı dəyişdikdə və vergi orqanından təhvil götürüldüyü halda)

– şəxsiyyəti təsdiq edən sənədin (AR vətəndaşları üçün – şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti (dəyişiklik şəxsiyyəti təsdiq edən sənədlə əlaqədar olduqda)

Aydın Kərimovla mühasibat uçotu kursu

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 34-cü maddəsi

– VN-nin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Xidmətin göstərildiyi yer: 

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Bax: Qeyri-kommersiya qurumunun uçot məlumatlarının dəyişdirilməsi

Müraciəti emal edən struktur vahidi: 

lınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti:

-Sənədlər daxil olduğu gündən sonra 2 iş günü

– ünvan dəyişdiriləndə sənədlər daxil olduğu gündən sonra  15 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

– Fiziki şəxsin vergi uçotu haqqında  şəhadətnamə

(soyadı, adı və ya ünvanı dəyişdikdə)

Həmçinin bax: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Elektronlaşdırma səviyyəsi:

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Başak Group Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Başak GroupŞirkətin adı: Başak Group

Vakansiya: Mühasib

Vəzifə üzrə tələblər:

– Ali təhsil
– Müvafiq  sahə üzrə iş təcrübəsi
– Office proqramlarını yüksək səviyyədə  bilməli
– 1C 8.2 , 8.3, Logo proqramlarında təcrübəsi olanlara üstünlük verilir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Vəzifə üzrə əsas öhdəliklər.

– Vergi , DSMF  və Stastistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
– Gündəlik və aylıq hesabatlarının tərtib edilməsi
– Kassa , Bank əməliyyatlarının həyata keçirilməsi
– Debitor və kreditor hesablaşmalar
– Əmək haqqı hesablanması
– Aylıq xərclər smetasının planlaşdırılması  və xərclərin planı uyğun sərfiyyatına nəzarət
– Aylıq , rüblük və illik hesabatların dövlət orqanlarına göndərilməsi

Bax: Daxili Auditor tələb olunur

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– Həftədə 6  iş günü, 1 gün istirahət
– Nahar şirkət tərəfindən verilir.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “Mühasib” qeyd etməklə  / info@finstaff.az  elektron ünvanına göndərilməsi xahiş edilir.

Mənbə: jobsearch.az

Bax: 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Daxili Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

Auditor tələb olunur

  • Vəzifə: Daxili Auditor
  • İşəgötürən: Ayan MMC
  • Şəhər: Xırdalan
  • Yaş: 25 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Aynurə xanım.
Aydın Kərimovla mühasibat uçotu kursu

İş barədə məlumat

– İllik Audit Planını tərtibi, audit obyektlərinin və həcminin müəyyən edilməsi

– Keçiriləcək audit yoxlamalarının təşkilini həyata keçirməsi, audit planları və proqramları əsasında audit yoxlamalarının aparılması

– Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsinin aparılması

– Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işininin həyata keçirilməsi

– Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət etmək, Şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirmək

– Audit yoxlamaları nəticəsində şirkət siyasətinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirilməsi

– Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etməli

– Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə

– İş qrafiki: 6 gün, 08:00-dan 17:00-dək

Bax: 800 manat məvaciblə Mühasib axtarılır

Namizədə tələblər

– Daxili audit, Risklərin idarəedilməsini (o cümlədən, müxtəlif sahələrdə (satış, marketinq, logistika və sair) bilməli

– İqtisadi sahədə qanunvericiliyi; Mənimsəmə və saxtakarlığın idarəedilməsini; Korporativ idarəetməni biməli

– Bazar iqtisadiyyatı və iqtisadiyyatın inkişafı; Biznesin təşkili və idarə edilməsi; İşgüzar ünsiyyət etikasınə bilməli

– Kişi namizədlərə üstünlük verilir

– Tələb olunan yaş həddi: 25-30

– İqtisadiyyat, maliyyə, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (mütləq)

– Maliyyə menecmenti, audit, daxili nəzarət, idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi

CV-lərinizi info@ayan-az.com /  ünvanına “Daxili Auditor” başlığı ilə göndərin.

Mənbə: boss.az

Bax: Kaspi Təhsil Şirkəti Mühasib axtarır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.