2000 manat məvaciblə Analitik tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Analitik tələb olunurVakansiya: Analitik

Vəzifə öhdəlikləri:

• Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması
• MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi
• Verilmiş qərarların, edilmiş dəyişiklişlərin hazırki biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi

Tələblər:

• Ali təhsil
• Maliyyə / Mühasibatlıq / İT / Pərakəndə satış / Bank sahəsində (bunlardan biri olsa kifayət edər) – ən azı 1 il iş təcrübəsi
• Microsoft Excel – professional səviyyədə biliklər
• Analitik düşüncə tərzi

Bax: Accounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir

Arzu olunan tələblər:

• Data Analysis sahəsində iş təcrübəsi
• 1C bilikləri

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: 2000 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Analitik” qeyd edərək CV formasını  / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?

posted in: Vergi, Xəbər | 0

Aviabiletlərin nağd satışı

Sual: Müəssisə avbiletləri satan zaman müştəriyə kassa mədaxil qəbzi verməlidir, yoxsa vacibdir ki, satış məkanında kassa aparatı qeydiyyatdan keçirib kassa çeki versin? Bu sualın cavabında VM-nin maddəsini göstərmənizi xahiş edirəm.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyətlərdən başqa digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti, o cümlədən aviabiletlərin satışı üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Həmçinin bax: Vergi ödəyicisinin “qara bazar”la bağlı sualı

Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən turagentlər tərəfindən turizm məhsulunun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər nağdsız qaydada həyata keçirilir. Biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Turizm haqqında” Qanunun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) aid edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, “Turizm haqqında” Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli 674-IQ nömrəli Qanununun 1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.9-cu maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Accounting.Az MMC mühasib köməkçisi üzrə təcrübə proqramı elan edir

posted in: İş elanı, muhasibat, Təcrübə, Xəbər | 1

təcrübəçiAccounting.Az MMC-yə işə qəbul edilmək şərti ilə mühasib köməkçisi – təcrübəçi mühasib tələb olunur.

Mühasib köməkçisi ilk 3 aylıq təcrübə müddətində minimal əmək haqqı ilə işə sınaq müddətinə qəbul ediləcək. Uğurlu olarsa sınaq müddəti azaldıla bilər. Sınaq müddətindən sonra işləmə qabiliyyətinə uyğun olaraq əmək haqqı artırılacaq.

Tələblər:

  • Mühasibat sahəsində əla Nəzəri biliklər;
  • Vergi Qanunvericiliyindən məlumatı olmalı;
  • Orta səviyyədə Excel biliyi;
  • Təcrübə tələb olunmur;
  • Muhasibat uçotu üzrə ali təhsilli olanlara üstünlük verilir.

Maraqlı olanlar CV-ni e-mailinə göndərə bilərlər.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Maliyyə Bazarlarına Nəzarət Palatası 2 yeni xidmət təqdim edib

posted in: Xəbər | 0

xidmətMaliyyə Bazarlarına Nəzarət Palatasında yenilənmiş 966 Çağrı Mərkəzii-Map informativ xəritə xidməti təqdim olunub.

Palatanın mətbuat katibi Elşən Allahverdiyev təqdim olunan 966 Çağrı Mərkəzinin vətəndaşların suallarının operativ, keyfiyyətli cavablandırılması, şikayətlərinin, habelə təkliflərinin qəbulu məqsədilə fəaliyyətə başladığını və fasiləsiz xidmət göstərəcəyini bildirib.

Qeyd edilib ki, çoxkanallı, 3 dildə cavablandırmanı təmin edən, ölkənin bütün stasionar və mobil şəbəkə operatorlarından zəng qəbul edəcək 966 Çağrı Mərkəzinin mütləq hədəfi maliyyə xidmətlərinin istehlakçılarının, həmçinin Çağrı Mərkəzinə müraciət ünvanlayan vətəndaşların xətdə gözləmə müddətini minimuma endirməklə sorğu və suallarının cavablandırılmasını təmin etməkdir. Çağrı Mərkəzinin yaradılmasında əsas prioritet palata ilə əlaqənin əlçatan olmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Bax: Vergilər naziri vətəndaşları qəbul edəcək

Bildirilib ki, fasiləsiz fəaliyyət göstərməsi və daxil olan bütün zənglərin qeydiyyata alınması üçün Çağrı Mərkəzinə insan resursları cəlb olunub, həmçinin mərkəz xüsusi proqram təminatı, ən son avadanlıq və serverlərlə təchiz olunub.

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar və ölkəmizə səfər etmiş turistlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, maliyyə qurumlarının filial və şöbələrinin rahat tapılması üçün yeni informativ xəritənin yaradılmasına zərurət yarandığı müəyyən edilib. Bununla əlaqədar olaraq, ölkənin bütün regionlarında fəaliyyət göstərən bank, bank olmayan kredit təşkilatı, ATM, valyuta mübadiləsi məntəqələrin, sığorta şirkətlərinin və “Azərpoçt” milli poçt operatorunun filial, şöbə və ofislərinin əlaqə məlumatlarını özündə əks etdirən i-Map informativ xəritə yaradılıb. Xəritədə Azərbaycanın işğal olunmuş ərazilərinin adları və turistlər üçün faydalı ola biləcək əsas turistik istiqamətlər barədə məlumat yerləşdirilib. Vətəndaşlar və ölkə qonaqları məkandan asılı olmayaraq i-Map informativ xəritənin köməyi ilə maliyyə xidmətlərini göstərən təşkilatların ünvanları, əlaqə telefonları, iş saatları və digər faydalı məlumatları rahatlıqla əldə edə biləcəklər.

Yaxın gələcəkdə informativ xəritədə bir neçə yeni funksiyanın tətbiq edilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, palatanın rəsmi internet səhifəsinə daxil olmaqla xəritənin imkanlarından faydalanmaq mümkündür.

Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.