Aviabiletlərin nağd satışı zamanı Mədaxil orderi yoxsa Kassa çeki verilməlidir?

posted in: Vergi, Xəbər | 0

Aviabiletlərin nağd satışı

Sual: Müəssisə avbiletləri satan zaman müştəriyə kassa mədaxil qəbzi verməlidir, yoxsa vacibdir ki, satış məkanında kassa aparatı qeydiyyatdan keçirib kassa çeki versin? Bu sualın cavabında VM-nin maddəsini göstərmənizi xahiş edirəm.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində göstərilən fəaliyyətlərdən başqa digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti, o cümlədən aviabiletlərin satışı üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməlidir.

Həmçinin bax: Vergi ödəyicisinin “qara bazar”la bağlı sualı

Biznes hesabi

Bununla yanaşı, “Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən turagentlər tərəfindən turizm məhsulunun təqdim edilməsi ilə bağlı göstərilən fəaliyyətə görə onlara edilən ödənişlər nağdsız qaydada həyata keçirilir. Biletlərin ayrılıqda, turizm məhsulunun tərkib hissəsi olmadan satışı həyata keçirildikdə həmin biletlərin dəyəri nağd qaydada ödənilə bilər.

“Turizm haqqında” Qanunun 1-ci maddəsinə əsasən turizm məhsuluna turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçi-tərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) aid edilir.

Bax: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, “Turizm haqqında” Azərbaycan Respublikasının 4 iyun 1999-cu il tarixli 674-IQ nömrəli Qanununun 1-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.4.9-cu maddəsi.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.