Yeni məzunlar və tələbələr üçün Təcrübə Proqramı

posted in: Təcrübə, Xəbər | 0

tələbələr üçün TəcrübəKAPİTALımız – könüllü təcrübə proqramı (region filialları üzrə)

Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!

Çalışqan, iddialı və bank təcrübəsi qazanmağa həvəslisiz?

Ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank potensiallı gənclərə dəstək olmaq məqsədi ilə bütün region filiallar üzrə “KAPİTALımız” könülü təcrübə proqramını elan edir!

Bax: Təcrübəçi Mühasib tələb olunur

Kimlər müraciət edə bilər?

  • 3-cü və 4-cü kurslarda təhsil alan gənclər və son  2 il ərzində Universiteti bitirənlər
  • İqtisadi və texniki sahədə təhsil alan tələbələrə üstünlük veriləcək
  • Bakı şəhəri üzrə – rus dili biliyinin olması önəmlidir, İngilis dili – arzuolunandır

Necə müraciət etməli?

CV formanızı mövzu bölməsində “KAPİTALımız – könüllü təcrübə proqramı (region)” qeyd etməklə  / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: kapitalbank.az

Online şəkildə bu keçidə daxil olmaqla CV göndərə bilərsiniz.


Bax: Veysəloğlu Şirkətlər Qrupu 1 il iş təcrübəsi olan Mühasib axtarır


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

Bu gün Milli Məclisin plenar iclasında İnzibati Xətalar, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələri müzakirə olunacaq

posted in: Xəbər | 0

iclasBu gün  Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Iclasın gündəliyinə 54 məsələ daxildir.

İclasda gündəliyə daxil olan “Normativ hüquqi aktlar haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “Rəsmi statistika haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında”, “Torpaq bazarı haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Təhsil haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “İpoteka haqqında”, “Lotereyalar haqqında”, “İnzibati icraat haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” və s. qanunlara, o cümlədən Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə baxılacaq. Dəyişikliklərin əksəriyyəti texniki və uyğunlaşdırma xarakterlidir.

İclasda yeni hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, parlamentin bu ay daha iki plenar iclası keçiriləcək.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

Vergilər Nazirliyində yeni apelyasiya institutu təsis ediləcək

posted in: Vergi, Xəbər | 0

apelyasiya institutuSon dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır.

Bu barədə nazirliyin Media və kommunikasiya mərkəzindən açıqlama verilib.

Bax: Vergilər Nazirinə xüsusi rütbə verilib

Bildirilib ki, bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi isə müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir, həmçinin vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur.

Yeniliyin digər başlıca mahiyyəti isə çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir.

Bununla da, yeni yaradılmış departament müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

Mənbə: azertag.az


Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

700 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırVəzifə: Mühasib

İşəgötürən: Özəl müəssisə

İş yeri (şəhər): Bakı şəhəri

Əmək haqqı: 600-700 AZN

İş şəraiti: • Bazar ertəsi – cümə: saat 09:00 – 18:00

Son tarix: 2018-10-31

E-poçt:

Bax: “AZM Trading” MMC Baş mühasib axtarır

İş barədə məlumat

– Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

– Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi;

– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;

– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;

– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır;

– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak

– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi

– Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması

– Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək

– Ödənişləri nəzarətdə saxlamaq

–  Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;

– Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması.

– Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Bax: Təcrübəçi Mühasib tələb olunur

Tələblər

– Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)

– Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi.

– Yaş həddi 25-45

– MS Office – Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli

– Riyazi qabiliyyəti mükəmməl olmalı

– Vergi qanunvericiliyini bilmək

– Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı

– İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı

Sair məlumat CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək  ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az

Bax:


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.